“Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 479-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1245 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1732) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulasına “yarımbəndinin” sözündən sonra “və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 479-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1245 nömrəli Fərmanının 2-ci hissəsinin” sözləri əlavə edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na aşağıdakı məzmunda 16-cı hissə əlavə edilsin:
16.
|
Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr:
|
16.1.
|
İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar
|
16.2.
|
İşlənilmiş batareyalar
|
16.3.
|
İstifadə olunmuş şinlər
|
16.4.
|
İşlənilmiş sürtkü və mühərrik yağları
|
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 30 avqust 2018-ci il
№ 365