AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.09.2018
QEYDİYYAT NÖMRƏSİ
386
ADI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-09-2018, Nəşr Nömrəsi: 204), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2018, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1914)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.09.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201809120386
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.09.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının mədəniyyət naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.

2. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 574; 2007, № 11, maddə 1180; 2008, № 7, maddə 691; 2011, № 12, maddə 1254; 2014, № 10, maddə 1327; 2015, № 4, maddə 455, № 6, maddə 798, № 10, maddə 1247; 2016, № 6, maddə 1191) 1-ci və 2-ci hissələri ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 12 sentyabr 2018-ci il

   № 386

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status