AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.09.2018
QEYDİYYAT NÖMRƏSİ
372
ADI
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1139-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04-09-2018, Nəşr Nömrəsi: 196), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2018, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1902)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.09.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201809030372
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.09.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1139-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1139-VQD nömrəli Qanununun tətbiqi və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 126 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 69) ilə təsdiq edilmiş “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissə ləğv edilsin;

1.2. 4-cü hissədə “Agentliyin büdcədənkənar xüsusi vəsaitlər üzrə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 70; 2017, № 12 (II kitab), maddə 2509) ilə təsdiq edilmiş “Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “2.2-ci” sözü “2.3-cü” sözü ilə və “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qaydalara əlavənin 11-ci sütununda “Müəllif Hüquqları” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 337; 2017, № 12 (II kitab), maddə 2508) ilə təsdiq edilmiş “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın 2.1-ci bəndində və həmin Qaydalara əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrəsinin verilməsi haqqında ərizə”də “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 yun tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 744; 2015, № 7, maddə 882) ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənddə “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

4.2. 1.4-cü, 2.5-ci bəndlərdə, 5.3.7-ci yarımbənddən sonra verilmiş “Qeyd”də, 5.14-cü və 5.16-cı bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

4.3. həmin Qaydalara 2 nömrəli əlavə - “Nəzarət markasının nümunəsi”ndə “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

 

Bakı şəhəri, 3 sentyabr 2018-ci il

                          № 372

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status