Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılsın.
2. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunda təmsil olunmuş dövlət qurumunun nümayəndəsi ilə əmək münasibətlərinə xitam verildikdə, yaxud həmin nümayəndənin başqa səbəblərdən Koordinasiya Qrupunun işində iştirakı mümkün olmadıqda, həmin dövlət qurumu bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş tərkibdə göstərilən nümayəndəsini əvəz etsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu barədə məlumatlandırsın.
4. Kiçik və orta biznes evlərinin əhatə etdiyi ərazilər üzrə rayon (şəhər) icra hakimiyyətləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Koordinasiya Qrupuna nümayəndələrinin ayrılmasını təmin etsinlər.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 21 sentyabr 2018-ci il
№ 408
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 21 sentyabr tarixli 408 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
|
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi
Koordinasiya Qrupunun rəhbəri
|
||
|
||
Niyazi Səfərov
|
|
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
|
|
||
Koordinasiya Qrupunun rəhbərinin müavini
|
||
|
||
Orxan Məmmədov
|
|
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri
|
|
||
Koordinasiya Qrupunun üzvləri:
|
||
|
||
Rəşad Qarayev
|
|
Azərbaycan Respublikası Vergilər Nazirliyi Aparatının Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin uçot-qeydiyyat məlumat bazalarının təhlili və informasiya təminatı şöbəsinin müdiri
|
Elnur Süleymanov
|
|
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri
|
Tariyel Alverdiyev
[1]
|
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi
|
İlqar Poladov
|
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri
|
Anar Məmmədov
|
|
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Aparatının Baş Təşkilat-İnspeksiya İdarəsi rəisinin müavini
|
Bilal Dadaşov
|
|
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının kommunikasiya və təsərrüfat şöbəsinin müdiri
|
Hikmət Həsənov
|
|
Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri
|
Namik İsmayılov
|
|
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin dövlət reyestrinin aparılması və məlumat şöbəsinin məlumat sisteminin yaradılması sektorunun müdiri
|
Ramin Paşayev
|
|
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin xüsusi icazə və dövlət reyestri şöbəsinin müdiri
|
Aqil Quliyev
|
|
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri
|
Müşfiq Səttarzadə
|
|
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin şöbə müdiri
|
Vasif Eyvazzadə
|
|
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbərinin müavini - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri
|
Məhəmməd Muradov
|
|
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri
|
Anar Qasımov
|
|
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri
[2]
|
Nabil Seyidov
|
|
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdirinin müavini
|
İqbal Əsgərov
|
|
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Aparatının hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri
|
Səbuhi Gülməmmədov
|
|
Azərbaycan Respublikası Auditorlar Palatası Aparatının Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi
|
Ceyhun İsayev
|
|
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Aparatının hüquq şöbəsinin müdiri
|
Orxan Kazımov
|
|
Bakı Nəqliyyat Agentliyi Aparatının strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri
|
Xudayət Həsənli
|
|
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri
|
İbrahim Quliyev
|
|
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
|
Vüqar Qəhrəmanov
|
|
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
[3]
|
Nuru Süleymanov
|
|
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
|
Oqtay Həsənov
|
|
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq şöbəsinin müdiri
|
Xəyyam İsmayılov
|
|
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank fəaliyyətinə nəzarət departamentinin bank olmayan kredit təşkilatlarına nəzarət idarəsinin rəisi
|
Ruslan Əliyev
|
|
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun satış və istismar üzrə müavini
|
Elsevər Rüstəmli
|
|
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN Xidmət”lə İş İdarəsinin rəisi
|
Faiq Kazımov
|
|
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviri - hüquq departamentinin rəisi
|
|
|
|
Kamil Alıyev
|
|
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Hava Yolları Sərnişin Aviaşirkətinin Marketinq, Kommersiya və İstehsalat İdarəsinin Tarif siyasəti şöbəsinin rəisi
|
Heydər Cəfərli
|
|
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Tarif Siyasəti və Marketinq İdarəsinin rəisinin müavini
|
Zaur Nağıyev
|
|
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi
|
Orxan Ərəbov
|
|
Azərbaycan Respublikası Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri
|
|
|
|
Samir Hümbətov
|
|
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Aparatının Kredit zəmanət departamentinin təhlil və konsaltinq şöbəsinin müdiri
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 yanvar 2019-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 yanvar 2019-cu il, № 5, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 145)
2.
14 mart 2019-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 524)
3.
14 mart 2019-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 529)
4.
4 aprel 2022-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 388)
5.
14 sentyabr 2022-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 15 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2022-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1083)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 yanvar 2019-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 yanvar 2019-cu il, № 5, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 145) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”ndə “Şahin Ələsgərov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri “Tariyel Alverdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri ilə əvəz edilmişdir.
[2]
4 aprel 2022-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 388) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”nin “Koordinasiya Qrupunun üzvləri” bölməsində “Rəşad Əzizov - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri” sözləri “Anar Qasımov - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.
[3]
14 mart 2019-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 529) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”nin “Koordinasiya Qrupunun üzvləri” bölməsində “Tamilla Mehdiyeva - Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər İqtisadiyyat Komitəsinin tikinti və təmir sektorunun müdiri” sözləri “Vüqar Qəhrəmanov - Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.
[4]
14 mart 2019-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 524) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”ndən “Xaliq Məmmədov - “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini” sözləri çıxarılmışdır.
[5]
14 sentyabr 2022-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 15 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2022-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1083) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”nin “Koordinasiya Qrupunun üzvləri” bölməsindən “İsaxan Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktorunun müşaviri” sözləri çıxarılmışdır.