Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 avqust tarixli 345 nömrəli qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinin 26-cı hissəsində “Qərb Universiteti” sözləri “Qərbi Kaspi Universiteti” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə” bölməsinin adından “və Turizm” sözləri çıxarılsın və həmin bölmənin 1-ci hissəsi ləğv edilsin.
3. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üzrə” bölməsi əlavə edilsin:
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üzrə
|
|||
1.
|
Azərbaycan Turizm və Menecment Universiteti
|
fəlsəfə doktoru üzrə
|
elmlər doktoru üzrə
|
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 21 sentyabr 2018-ci il
№ 407