AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
08.10.2018
QEYDİYYAT NÖMRƏSİ
1851100011
ADI
“Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201810080011
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.10.2018
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

 

1851100011

 

Bakı şəhəri

“08” oktyabr 2018-ci il

 

“Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

Azərbaycan Respublikası Prezidentinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1050-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 4 may tarixli 40 nömrəli və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1052-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 4 may tarixli 41 nömrəli sərəncamlarının 3-cü hissələrinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

 

Qərar № 1851100011

 

08” oktyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

______________________

İbrahim Alışov

 

Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.4-cü maddəsinə və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qayda bankların və bank olmayan kredit təşkilatlarının (bundan sonra - BOKT) hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.

 

2. Anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1 kredit - hesabat tarixinə istənilən valyutada verilmiş kreditlər, o cümlədən açılmış kredit xətləri, qarantiya və zəmanətlər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (burada banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər nəzərə alınmır);

2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən bank və BOKT, o cümlədən lisenziyası ləğv edilmiş bank və BOKT;

2.1.3. kreditin eyniləşdirmə nömrəsi - bank və ya BOKT tərəfindən kreditə verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;

2.1.4. birgə borcalanlar qrupunun eyniləşdirmə nömrəsi - bank və ya BOKT tərəfindən birgə borcalanlar qrupuna verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;

2.1.5. birgə borcalanlar qrupu - “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş şəxslər;

2.1.6. fərdi sahibkar - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

 

3. MKR-ə məlumatların təqdim edilməsi

 

3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir.

3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir.

3.3. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

3.4. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir.

3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.

3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydalara Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir.

3.8. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə bank və BOKT tərəfindən yazılı məlumat verilməli, köhnə və yeni nömrələrin siyahısı təqdim edilməlidir.

3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir.

3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

 


 

“Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları

haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə

verilməsi Qaydası ”na Əlavə 1

 

 

MKR-ə təqdim edilən məlumatların tərkibi

 

1. Bank və ya BOKT barədə:

1.1. adı;

1.2. lisenziyasının nömrəsi.

2. Borcalan fiziki şəxs barədə:

2.1. adı, soyadı, atasının adı;

2.2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;

2.3. doğulduğu yer və tarix;

2.4. fərdi indentifikasiya nömrəsi;

2.5. fərdi sahibkarın VÖEN-i;

2.6. fərdi sahibkarın müflis elan olunub-olunmaması.

3. Borcalan hüquqi şəxs barədə:

3.1. adı;

3.2. VÖEN-i;

3.3. müflis elan olunub-olunmaması.

4. Birgə borcalanlar qrupu barədə:

4.1. qrupun adı;

4.2. eyniləşdirmə nömrəsi.

5. Zamin fiziki şəxs barədə:

5.1. adı, soyadı, atasının adı;

5.2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;

5.3. doğulduğu yer və tarix;

5.4. fərdi sahibkarın VÖEN-i.

6. Zamin hüquqi şəxs barədə:

6.1. adı;

6.2. VÖEN-i.

7. Kredit:

7.1. eyniləşdirmə nömrəsi;

7.2. forması:

7.2.1. borc pul;

7.2.2. kredit xətti;

7.2.3. kredit kartı;

7.2.4. qarantiya və ya zaminlik;

7.2.5. overdraft xətləri;

7.2.6. balansdan silinmiş kreditlər;

7.2.7. lizinq;

7.2.8. faktorinq;

7.3. məbləği;

7.4. açılmış kredit xətləri üzrə limitlərin tam məbləği;

7.5. hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği;

7.6. hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği;

7.7. valyutası;

7.8. verilmə tarixi;

7.9. ilkin müqavilədə göstərilmiş ödəniş tarixi;

7.10. vaxtının uzadılması, yenidən rəsmiləşdirilmə, restrukturizasiya və başqa dəyişikliklərlə bağlı müqavilə üzrə son ödəniş tarixi;

7.11. müddət (aylarla);

7.12. illik faiz dərəcəsi;

7.13. ay ərzində ödənilməli məbləğ;

7.14. hesabat tarixinə sonuncu ödənişin tarixi;

7.15. təyinatı:

7.15.1. fiziki şəxslərə istehlak kreditləri;

7.15.2. fiziki şəxslərə ipoteka kreditləri;

7.15.3. ticarət və xidmət sektoru;

7.15.4. energetika, kimya və təbii ehtiyatlar sektoru;

7.15.5. kənd təsərrüfatı və emal sektoru;

7.15.6. inşaat və əmlak sektoru;

7.15.7. sənaye və istehsal sektoru;

7.15.8. nəqliyyat və rabitə sektoru;

7.15.9. neft sektoru;

7.15.10. digər;

7.16. kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmə günlərinin) sayı;

7.17. faizlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı;

7.18. ödəmə vaxtının uzadılması, yenidən rəsmiləşdirilməsi, restrukturizasiyası və digər dəyişikliklərin sayı;

7.19. təsnifatı:

7.19.1. nağd pulla təmin olunmuş;

7.19.2. qənaətbəxş kreditlər;

7.19.3. nəzarət altında olan kreditlər;

7.19.4. qeyri-qənaətbəxş kreditlər;

7.19.5. təhlükəli kreditlər;

7.19.6. ümidsiz kreditlər.

7.20. statusu:

7.20.1. tam ödənilmiş;

7.20.2. qeyri-işlək;

7.20.3. balansdan silinmiş;

7.20.4. işlək.

8. Təminat üsulu:

8.1. girov (ipoteka):

8.1.1. növü:

8.1.1.1. daşınmaz əmlak;

8.1.1.2. daşınar əmlak;

8.1.1.3. hesabda olan vəsait;

8.1.2. predmeti və təsviri;

8.1.3. dəyəri (manatla);

8.1.4. qeydiyyata almış dövlət orqanının (qurumunun) adı və qeydiyyat tarixi;

8.2. zaminlik;

8.3. qarantiya;

8.4. təminatsız;

8.5. digər.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 12 noyabr 2021-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202111120321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 noyabr 2021-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 noyabr 2021-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202111120321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 noyabr 2021-ci il) ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status