AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.10.2018
QEYDİYYAT NÖMRƏSİ
443
ADI
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-10-2018, Nəşr Nömrəsi: 232), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2018, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 2158)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201810130443
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.10.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

3.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi; [2]

3.1.3. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.4. Mərkəzin yenidən təşkili və ləğv edilməsi.

3.2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik):

3.2.1. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi;

3.2.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; [3]

3.2.3. işçilərin say həddinin müəyyən edilməsi;

3.2.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

3.2.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

4. Agentlik:

4.1. Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etsin;

4.2. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

5. Mərkəzin ilkin nizamnamə fondu 300.000 (üç yüz min) manat təşkil edir. [4]

6. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

7. Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli qərarının 2-5-ci, 6.2-6.3-cü və 7-8-ci hissələri ləğv edilsin. [5]

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 13 oktyabr 2018-ci il

                    № 443

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 13 oktyabr tarixli 443 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi (bundan sonra - Mərkəz) “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.6-cı bəndinə əsasən yaradılmışdır və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) tabeliyinə verilmiş, bu Nizamnaməyə uyğun olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqlarının (bundan sonra - əqli mülkiyyət hüquqları) təminatının həyata keçirilməsində, əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsində, əqli mülkiyyət sahəsində maarifləndirilmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını digər normativ hüquqi aktlarını, Agentliyin İdarə Heyətinin qərarlarını, Agentlik üzrə əmr və sərəncamları, habelə bu Nizamnaməni rəhbər tutur. [6]

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentlik, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, bank hesabları, öz adı Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. [7]

1.6. Mərkəzin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və bu Nizamnaməyə uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyətinin məqsədi müəlliflərin, hüquq sahiblərinin əqli mülkiyyət hüquqlarının təminatının və idarəçiliyinin həyata keçirilməsində, əqli mülkiyyət sahəsində maarifləndirilmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etməkdir.

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı müvafiq tədbirlər görmək, o cümlədən Agentlik tərəfindən beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN və ISRC) verilməsi ilə bağlı işlərdə iştirak etmək, eləcə də müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılmaq üçün nəzarət markalarının hazırlanmasını təmin etmək və bu obyektlər barədə dövlət reyestrinə daxil ediləcək müvafiq məlumatların uçotunu aparmaq;

2.2.2. müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının rəqəmsal şəbəkələrdə idarə edilməsində və bu sahənin subyektləri ilə qarşılıqlı əlaqə yaradılmasında iştirak etmək;

2.2.3. əhalinin əqli mülkiyyət sahəsində maarifləndirilməsində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etmək, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin fəaliyyət istiqamətləri sahəsində biliklərinin artırılması, mütəxəssislərin hazırlanması istiqamətlərində işlərin təşkilində iştirak etmək.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. Agentlik tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılmaq üçün verilən nəzarət markalarının hazırlanmasını təşkil etmək;

3.1.2. bu Nizamnamənin 3.1.1-ci yarımbəndində göstərilən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri barədə dövlət reyestrinə daxil ediləcək müvafiq məlumatların uçotunu aparmaq;

3.1.3. Agentlik tərəfindən kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə, audio və ya videoyazılara beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN və ISRC) verilməsi ilə bağlı müvafiq hazırlıq işlərini görmək;

3.1.4. qlobal rəqəmsal şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sisteminin yaradılmasında və istifadəsi ilə bağlı tədbirlərin görülməsində iştirak etmək;

3.1.5. rəqəmsal şəbəkədə əsərlərdən istifadənin monitorinqinin aparılması, kontent haqqında informasiya bankının yaradılması, formalaşdırılması, yeniləşdirilməsi və istifadəçilərin sorğularının eyniləşdirilməsi (identifikasiyası) ilə bağlı işlərin görülməsində və rəqəmləşdirilmiş əsərlərdən istifadəyə dair şərtlərin razılaşdırılmasında iştirak etmək;

3.1.6. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət göstərmədiyi sahələrdə, habelə həmin təşkilatlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci cümləsinə uyğun olaraq Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmədiyi hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının, o cümlədən rəqəmsal şəbəkələrdə kollektiv əsasda idarə edilməsinin həyata keçirilməsi ilə bağlı işlərin təşkilində iştirak etmək, bu halda istifadəyə görə qonorarı müvafiq qaydada yığmaq, hüquq sahiblərinə çatdırmaq, yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün Agentlik tərəfindən müəyyən olunmuş məbləği çıxmaq və bu sahənin subyektləri ilə qarşılıqlı əlaqə yaratmaq; [8]

3.1.7. xarici ölkələrin müəlliflərinin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə müvafiq təşkilatlarla əlaqələrin qurulması, Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən və əlaqəli hüquqların obyektlərindən xaricdə istifadəyə görə qonorarın alınması və aidiyyəti üzrə çatdırılması ilə bağlı işlərin təşkilində iştirak etmək;

3.1.8. əmlak hüquqlarını, o cümlədən rəqəmsal şəbəkələrdə kollektiv əsasda idarə edilən müəlliflər və digər hüquq sahibləri və onların hüquq sahibi olduğu əsərlər və əlaqəli hüquq obyektləri, habelə Azərbaycan folklor nümunələri (ənənəvi mədəni nümunələr), ənənəvi biliklər və digər qeyri-maddi mədəni irs nümunələri, həmçinin beynəlxalq standart eyniləşdirmə nömrələri (ISBN, ISMN, ISSN, ISAN və ISRC), müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılması üçün nəzarət markaları verilmiş obyektlər və onların hüquqi sahibləri barədə elektron məlumat bazalarının yaradılmasında iştirak etmək;

3.1.9. idarə edilən rəqəmsal kontentin hüquqi qorunmasının həyata keçirilməsində, rəqəmsal hüquqların istifadəsinə nəzarət işlərində iştirak etmək və kontent axtarışının xüsusi avtomatlaşdırma mexanizmini təmin etmək, texnoloji müdafiə tədbirləri, o cümlədən daxilolmaya və surətçıxarmaya riayət olunması üçün müvafiq tədbirlər görmək;

3.1.10. hüquq sahibləri tərəfindən hüquqların idarə edilməsi haqqında informasiya və texniki müdafiə tədbirlərinin müəyyənləşdirilməsinə dair işlərin həyata keçirilməsi, qorunan elementlərə (rəqəmləşdirilmiş müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə) identifikatorlar (rəqəmli kodlar) sisteminin daxil edilməsi ilə bağlı işləri təşkil etmək;

3.1.11. əsərlərdən istifadənin monitorinqini aparmaq, internet resurslarını və kontent axtarışını indeksləşdirmək və istifadəçilər tərəfindən elektron ödəniş edildiyi hallarda, bu ödənişlərin qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsini təmin etmək;

3.1.12. əqli mülkiyyət hüquqları obyektlərindən qlobal rəqəmsal şəbəkələrdə istifadəyə dair monitorinq aparmaq və arayışlar hazırlamaq;

3.1.13. kadrların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi məqsədi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası ilə əlaqələrini genişləndirmək, bu sahədə informasiya mübadiləsinin təşkili və fəaliyyət istiqamətlərinə uyğun olaraq Akademiyanın qlobal şəbəkəsinin rəqəmsal kitabxanalarından istifadə etməklə, yeniliklər barədə informasiyanın hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.1.14. əhalinin, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin fəaliyyət istiqamətləri sahəsində biliklərinin artırılması, bu sahə üzrə mütəxəssislərin hazırlanması və digər istiqamətlərdə Agentliyin müəyyən etdiyi qaydada işlər görmək;

3.1.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet portalının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin portalda yerləşdirilməsini, habelə bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.16. Agentliklə razılaşdırmaqla, əqli mülkiyyətin müxtəlif sahələri üzrə araşdırmalar aparmaq, maarifləndirilmə məqsədi ilə müvafiq tədbirlər görmək, o cümlədən seminarlar, müzakirələr, simpoziumlar və sərgilər təşkil etmək, əqli mülkiyyətlə bağlı ekspozisiyalar və dəyirmi masalar keçirmək, bukletlər, bülletenlər, kitablar və digər nəşrlər buraxmaq, mütəxəssislərin əqli mülkiyyət üzrə bilik və təcrübələrinin artırılması üçün işlər görmək, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək;

3.1.17. kargüzarlığı, vətəndaşların qəbulunu, onların müraciətlərinə baxılmasını normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.18. Agentlik tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq tapşırılan digər vəzifələri yerinə yetirmək. [9]

3.1.19. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.20. Mərkəzə ayrılan vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.21. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.22. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.23. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; [10]

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət göstərmədiyi sahələrdə müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının, o cümlədən rəqəmli şəbəkələrdə kollektiv əsasda idarəçiliyinin təşkil edilməsində və həyata keçirilməsində iştirak etmək; [11]

3.2.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid müvafiq qaydada sorğular göndərmək və məlumatlar (sənədlər) almaq;

3.2.3. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Agentliyin struktur bölmələrinin, həmçinin fiziki və hüquqi şəxslərin sorğularını cavablandırmaq;

3.2.4. işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq;

3.2.6. qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə xarici və yerli ekspertləri və mütəxəssisləri cəlb etmək;

3.2.7. hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrə əsasən, fəaliyyət istiqamətlərinə uyğun olaraq işlər görmək, xidmətlər göstərmək və ödənişlər almaq (dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların ödənilməsi nəzərdə tutulan xidmətlər istisna olmaqla); [12]

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. Agentliklə razılaşdırmaqla, nəşriyyat fəaliyyəti ilə məşğul olmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.10. səlahiyyətlərinə uyğun olaraq, fəaliyyət sahəsi ilə bağlı dövlət orqanları ilə, hüquqi şəxslərlə və beynəlxalq təşkilatlarla, o cümlədən əmlak hüquqlarını idarə edən təşkilatlarla əməkdaşlıq etmək;

3.2.11. Agentliyin tapşırığına əsasən əqli mülkiyyət hüquqları sahəsinə nəzarət çərçivəsində Agentlik tərəfindən aparılan yoxlamalarda iştirak etmək;

3.2.12. Agentliklə razılaşdırmaqla iclaslar, elmi-metodiki konfranslar, seminarlar keçirmək, dövri nəşrlər təsis etmək, sahə üzrə dərs vəsaitləri və digər metodik vasitələr hazırlamaq;

3.2.13. səlahiyyətlərinə uyğun olaraq, analoji qurumlarla, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübəni öyrənmək;

3.2.14. vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak edilməsi, idarə, filial və nümayəndəliklərin yaradılması ilə bağlı Agentliyə təkliflər vermək;

3.2.15. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyə təkliflər vermək;

3.2.16. Agentlik tərəfindən verilən əmr, sərəncam və qərarlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3.2.17. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzi Müşahidə Şurası və direktor idarə edirlər.

4.3. Müşahidə Şurası (bunda sonra – Şura) Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şuranın tərkibi - onun sədri də daxil olmaqla, Agentliyin nümayəndələri olan 3 nəfərdən ibarətdir. Agentliyin İdarə Heyətinin sədri Şuranın sədrini və digər 2 üzvünü vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

4.7.1. Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparır və bu barədə təkliflərini Agentliyə təqdim edir;

4.7.2. Şura üzvləri və Mərkəzin direktoru tərəfindən qaldırılan məsələlərə baxır və müzakirə olunan məsələlərlə bağlı təkliflərini Agentliyə təqdim edir;

4.7.3. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləyir;

4.7.4. Mərkəzin kənar auditorunun təyin edilməsi barədə Agentliyə təkliflər verir;

4.7.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Agentliyə təkliflər verir;

4.7.6. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir. [13]

4.8. Şuranın sədri ayda bir dəfə olmaqla Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Mərkəzin direktoru çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə təkliflərin Agentliyə təqdim edilməsinə dair qərarlar qəbul edilir. Şuranın iclasında hər üzv bir səsə malikdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Şuranın iclaslarında Mərkəzin direktoru, o müvəqqəti olmadıqda, direktor müavini iştirak edir. [14]

4.9. Şuranın üzvlərinə, habelə Mərkəzin direktoruna, o müvəqqəti olmadıqda direktor müavininə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz. [15]

4.9-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək Mərkəzin direktoruna göndərir. [16]

4.9-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.9-3. Şuranın katibi:

4.9-3.1. Şuranın iclaslarını təşkil edir;

4.9-3.2. bu Nizamnamənin 4.9-cu bəndinin birinci cümləsində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.9-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;

4.9-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.9-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.10. Şuranın sədri:

4.10.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarınığv edir; [17]

4.10.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.10.3. öz təşəbbüsü ilə, həmçinin Şuranın hər hansı bir üzvünün və ya Mərkəzin direktorunun xahişi əsasında digər şəxsləri və ekspertləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.10.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.10-1.Şuranın sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından Şuranın sədrinin müəyyən etdiyi şəxs icra edir. [18]

4.11. Şuranın üzvləri:

4.11.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.11.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.11.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.11.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.12. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

4.13. Mərkəzin cari fəaliyyətinə Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.

4.14. Direktorun Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. Direktorun müavini direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir. Direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavini icra edir. [19]

4.15. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:

4.15.1. Mərkəzin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və Mərkəzi təmsil edir;

4.15.2. Mərkəzin fəaliyyətinə dair aylıq, rüblük və illik hesabatlar hazırlayaraq Agentliyə təqdim edir;

4.15.3. Şuranın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Şuraya təkliflər təqdim edir və Şura qarşısında məsələ qaldırır;

4.15.4. Mərkəzin cari fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, daxili təşkilati-sərəncamverici sənədləri təsdiq edir, onların icrasını təşkil edir və icrası üzərində nəzarəti həyata keçirir;

4.15.5. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə struktur bölmələrinin əsasnamələrini və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

4.15.5-1. Özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarınığv edir; [20]

4.15.6. qanunvericiliklə müəyyən edilmiş qaydada təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak edilməsi, idarə, filial və nümayəndəliklərin yaradılması barədə Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.15.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu və ştat cədvəlinə dair təklifləri Agentliyin İdarə Heyətinin sədrinə təqdim edir;

4.15.8. Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.15.9. Mərkəzin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Agentliyin İdarə Heyətinin sədrinə təqdimat verir;

4.15.10. Mərkəzin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.15.11. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırmaqla, Mərkəzin adından müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir və etibarnamələr verir;

4.15.12. Mərkəzin vəzifə və hüquqlarına uyğun olaraq, dövlət sirrinin qorunmasını və məxfilik rejimini, həmçinin kargüzarlıq işlərinin aparılmasını təmin edir;

4.15.13. audit hesabatını qəbul edir, kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür və nəticə barədə Agentliyin İdarə Heyətinin sədrinə məlumat verir;

4.15.14. Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırmaqla, Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;

4.15.15. Mərkəzə Agentlik tərəfindən ayrılan vəsaitdən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.15.16. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyə təkliflər verir.

4.16. Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırmaqla, Mərkəzin nəzdində fəaliyyət istiqamətləri üzrə mütəxəssislərdən ibarət məşvərətçi komitələr və işçi qrupu, o cümlədən (əsərin, əlaqəli hüquqlar obyektinin, məlumat toplusunun və inteqral sxem topologiyasının orijinallığının müəyyən edilməsi hallarında istisna olmaq) ödənişli əsaslarla ekspert qrupları yaradıla bilər. [21]

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1. Mərkəzin ilkin nizamnamə fondu 300.000 (üç yüz min) manatdır. [22]

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçilərin verdiyi digər əmlakdan, həmçinin Agentlik tərəfindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitlərdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrə əsasən, fəaliyyət istiqamətlərinə uyğun olaraq işlər görür, xidmətlər göstərir və ödənişlər alır (dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların ödənilməsi nəzərdə tutulan xidmətlər istisna olmaqla). Mərkəzin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir. [23]

5.5. Qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra fəaliyyətindən əldə edilmiş vəsait üzərində sərəncam vermək hüququ Mərkəzə aiddir, həmin vəsaitin xərclənməsi Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırılmaqla həyata keçirilir.

5.6. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir.

5.7. Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Agentlik tərəfindən, eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir. [24]

5.8. Mərkəzin direktorunun, direktor müavininin və işçilərinin maaşları Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Agentlik həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Agentliyin İdarə Heyətinin sədrinə təqdim edilir.

 

7. Mərkəzdə uçot və hesabat

 

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

8. Mərkəzin ləğvi və yenidən təşkili

 

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 13 oktyabr tarixli 443 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin

 

S T R U K T U R U

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Aparatı (şöbələr və sektorlar).

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525)

2.       20 noyabr 2019-cu il tarixli 454 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2019-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1874)

3.       28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972)

4.       13 may 2022-ci il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə qərarın adında “edilməsi haqqında” sözləri “edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə 3.1.2-ci və 3.1.3-cü yarımbəndlər 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər hesab edilmişdir və yeni məzmunda 3.1.2-ci yarımbənd əlavə edilmişdir.

 

[3] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə 3.2.2-ci yarımbənddən “icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və” sözləri çıxarılmışdır.

 

[4] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə 5-ci hissədən “ilkin” sözü çıxarılmışdır.

 

[5] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə 8-ci hissəyə “2-5-ci” sözlərindən sonra “, 6.2-6.3-cü” sözləri əlavə edilmişdir.

 

[6] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 1.2-ci bəndində “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsini, Azərbaycan Respublikasının” sözləri “” sözü ilə əvəz edilmişdir.

 

[7] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə 1 nömrəli əlavə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinin 1.5-ci bəndinə adı sözündən sonra Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri sözləri əlavə edilmişdir.

 

[8] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 3.1.6-cı və 3.2.1-ci yarımbəndlərinə “müəlliflərin” sözündən əvvəl “əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət göstərmədiyi sahələrdə” sözləri əlavə edilmişdir.

13 may 2022-ci il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndə “sahələrdə” sözündən sonra “, habelə həmin təşkilatlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci cümləsinə uyğun olaraq Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmədiyi hallarda” sözləri əlavə edilmişdir.

 

[9] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 3.1.18-ci və 3.2.16-cı yarımbəndləri ləğv edilmişdir.

 

[10] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.19-3.1.23-cü və 3.2.17-ci yarımbəndlər əlavə edilmişdir.

 

[11] 13 may 2022-ci il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 3.2.1-ci yarımbənd ləğv edilmişdir.

 

[12] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 3.2.7-ci yarımbəndində və 5.4-cü bəndində rüsum və haqlar” sözləri “dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların” sözləri ilə əvəz edilmişdir.

 

[13] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 4.7.6-cı yarımbəndində Agentliyə təkliflər verir” sözləri “qərar qəbul edir” sözləri ilə əvəz edilmişdir.

 

[14] 20 noyabr 2019-cu il tarixli 454 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2019-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1874) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 4.8-ci bəndinin üçüncü cümləsində “hamısı” sözü “yarıdan çoxu” sözləri ilə əvəz edilmişdir.

 

28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə 1 nömrəli əlavə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinin 4.8-ci bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir və altıncı cümlədə Şura sədrinin (və ya onu əvəz edən Şuranın digər üzvünün) sözləri iclasa sədrlik edənin sözləri ilə əvəz edilmişdir.

 

Birinci cümlənin əvvəlki redaksiyasında deyilirdi:

Şuranın iclasları ayda bir dəfə olmaqla çağırılır.

 

[15] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə 1 nömrəli əlavə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinin 4.9-cu bəndin birinci cümləsində iclasın sözü , habelə Mərkəzin direktoruna, o müvəqqəti olmadıqda direktor müavininə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının sözləri ilə əvəz edilmişdir.

 

[16] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə 1 nömrəli əlavə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinə yeni məzmunda 4.9-1-ci, 4.9-2-ci və 4.9-3-cü bəndlər əlavə edilmişdir.

 

[17] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə 1 nömrəli əlavə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinin 4.10.1-ci yarımbəndinə rəhbərlik edir sözlərindən sonra , habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarınığv edir sözləri əlavə edilmişdir.

 

[18] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə 1 nömrəli əlavə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinə yeni məzmunda 4.10-1-ci bənd əlavə edilmişdir.

 

[19] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə 1 nömrəli əlavə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinin 4.14-cü bəndin üçüncü cümləsində onu müavini əvəz edir sözləri onun səlahiyyətlərini müvafiq əmrlə müavini icra edir sözləri ilə əvəz edilmişdir.

 

[20] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə 1 nömrəli əlavə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinə yeni məzmunda 4.15.5-1-ci yarımbənd əlavə edilmişdir.

 

[21] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 4.16-cı bəndinə “o cümlədən” sözündən sonra “(əsərin, əlaqəli hüquqlar obyektinin, məlumat toplusunun və inteqral sxem topologiyasının orijinallığının müəyyən edilməsi hallarında istisna olmaq)” sözləri əlavə edilmişdir.

 

[22] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 5.1-ci bəndindən “ilkin” sözü çıxarılmışdır.

 

[23] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 5.4-cü bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[24] 14 mart 2019-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 525) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”nin 5.7-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.7. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti rübdə bir dəfə Mərkəzin Nizamnamə fonduna qoyulmaqla Agentlik tərəfindən maliyyələşdirilir. Həmin vəsait Nizamnamə fondunun artırılmasına yönəldilmir və rüb ərzində Mərkəzin saxlanma xərclərinə və fəaliyyətinə yönəldilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status