AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.10.2018
QEYDİYYAT NÖMRƏSİ
444
ADI
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-10-2018, Nəşr Nömrəsi: 232), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2018, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 2159)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201810130444
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.10.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi yaradılsın.

2. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

4.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;

4.1.3. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.1.4. Mərkəzin yenidən təşkili və ləğv edilməsi.

4.2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik):

4.2.1. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi;

4.2.2. icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.2.3. işçilərin say həddinin müəyyən edilməsi;

4.2.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.2.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

5. Agentlik:

5.1. balansında olan əmlakdan Mərkəzin fəaliyyətini təmin etmək üçün müvafiq əmlak ayırsın və həmin əmlakı bir ay müddətində Mərkəzin balansına versin;

5.2. Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etsin;

5.3. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəzin ilkin nizamnamə fondu 500.000 (beş yüz min) manat təşkil edir. [1]

7. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

8. Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 13 oktyabr 2018-ci il

                     № 444

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 13 oktyabr tarixli 444 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi (bundan sonra - Mərkəz) “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.3-cü bəndinə əsasən yaradılmışdır və bu Nizamnaməyə uyğun olaraq ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını apararaq patent və şəhadətnamə verilməsi üçün ekspert rəyini hazırlayan, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sahəsində digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirən, müvafiq məlumatların dərci üçün tələb olunan sənədləri hazırlayan, patent müvəkkillərinin attestasiyasının aparılmasında, habelə əqli mülkiyyət sahəsində maarifləndirilmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində olan publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını digər normativ hüquqi aktlarını, Agentliyin İdarə Heyətinin qərarlarını, Agentlik üzrə əmr və sərəncamları, habelə bu Nizamnaməni rəhbər tutur. [2]

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentlik, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, bank hesabları, öz adı Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. [3]

1.6. Mərkəzin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və bu Nizamnaməyə uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyətinin məqsədi Agentliyə daxil olmuş ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə iddia sənədlərinin ekspertizasını aparmaq, ekspertiza ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirmək və əqli mülkiyyət sahəsində maarifləndirilmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etməkdir.

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. Agentliyə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizasını aparmaq, müvafiq ekspert rəyi vermək, bu sahədə digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirmək, o cümlədən patent müvəkkillərinin attestasiyasının aparılmasında müvafiq qaydada iştirak etmək; [4]

2.2.2. ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sahəsində digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirmək;

2.2.3. müvafiq məlumatların dərci üçün tələb olunan sənədləri hazırlamaq;

2.2.4. patent müvəkkillərinin attestasiyasının aparılmasında müvafiq qaydada iştirak etmək; [5]

2.2.5. əhalinin əqli mülkiyyət sahəsində maarifləndirilməsində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etmək, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin fəaliyyət istiqamətləri sahəsində biliklərinin artırılması, mütəxəssislərin hazırlanması və bu istiqamətlərdə işlərin təşkilində iştirak etmək.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. Agentliyə daxil olmuş ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını aparmaq, patent və şəhadətnamə verilməsi üçün ekspert rəyi hazırlamaq;

3.1.2. ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirmək;

3.1.3. ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə ilkinliyin müəyyən edilməsində iştirak etmək;

3.1.4. Agentliyə daxil olmuş ixtiranın, faydalı modelin və sənaye nümunəsinin ilkin istifadəçilərinin hüquqlarının tanınması barədə müraciətlərə baxılmasında iştirak etmək;

3.1.5. müvafiq məlumatların dərci üçün tələb olunan sənədləri hazırlamaq;

3.1.6. patent müvəkkillərinin attestasiyasının aparılmasında müvafiq qaydada iştirak etmək;

3.1.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının qüvvəsinin tanınması məqsədi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Agentliyə göndərilən əmtəə nişanları barədə bildirişlərin (iddia sənədlərinin) ekspertizasını aparmaq və ekspertizanın nəticəsində qəbul olunan qərarları Agentlik vasitəsilə müvafiq qaydada göndərilməsini təmin etmək;

3.1.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional sistemlər vasitəsilə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin qorunmasına təminat yaratmaq məqsədi ilə Agentliyə göndərilən iddia sənədlərinin ekspertizasını aparmaq və ekspertizanın nəticəsində qəbul olunan qərarları Agentlik vasitəsilə müvafiq qaydada göndərilməsini təmin etmək;

3.1.9. elmi araşdırma, tədqiqat və inkişaf mərkəzlərində əldə olunan əqli fəaliyyət nəticələri üzərində patent hüququnun əldə olunması üçün Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən və yerli əmtəə nişanlarının qorunması üçün “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişi sistemindən istifadə olunması ilə bağlı Agentlik tərəfindən aparılan təşviqat işlərində iştirak etmək;

3.1.10. ixtira, faydalı model və sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər üzrə məlumatlar bankının avtomatlaşdırılmış sisteminin yaradılmasında və onun mütəmadi təkmilləşdirilməsində iştirak etmək;

3.1.11. patent fondunun komplektləşdirilməsi sahəsində zəruri işlərin həyata keçirilməsində iştirak etmək;

3.1.12. Agentlik tərəfindən yaradılmış texnologiyalara və innovasiyalara dəstək mərkəzlərinin işində fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək;

3.1.13. Agentliyin tapşırığına əsasən ali təhsil və elmi tədqiqat müəssisələrində, həmçinin kiçik və orta sahibkarlıq subyektlərində əqli mülkiyyətin kommersiyalaşdırlması və texnologiyaların transferi ilə bağlı aparılan işlərdə iştirak etmək;

3.1.14. patent və patentləşdirmə sahəsində analitik araşdırmaların aparılmasında iştirak etmək;

3.1.15. Kadrların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi məqsədi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası ilə əlaqələrini genişləndirmək, bu sahədə informasiya mübadiləsinin təşkili və fəaliyyət istiqamətlərinə uyğun olaraq Akademiyanın qlobal şəbəkəsinin rəqəmsal kitabxanalarından istifadə etməklə, yeniliklər barədə informasiyanın hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.1.16. əhalinin, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin fəaliyyət istiqamətləri sahəsində biliklərinin artırılması, bu sahə üzrə mütəxəssislərin hazırlanması və digər istiqamətlərdə Agentliyin müəyyən etdiyi qaydada işlər görmək;

3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet portalının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin portalda yerləşdirilməsini, habelə bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.18. Agentliklə razılaşdırmaqla, əqli mülkiyyətin müxtəlif sahələri üzrə araşdırmalar aparmaq, maarifləndirilmə məqsədi ilə müvafiq tədbirlər görmək, o cümlədən seminarlar, müzakirələr, simpoziumlar və sərgilər təşkil etmək, əqli mülkiyyətlə bağlı ekspozisiyalar və dəyirmi masalar keçirmək, bukletlər, bülletenlər, kitablar və digər nəşrlər buraxmaq, mütəxəssislərin əqli mülkiyyət üzrə bilik və təcrübələrinin artırılması üçün müəyyən işlər görmək, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək;

3.1.19. kargüzarlığı, vətəndaşların qəbulunu, onların müraciətlərinə baxılmasını normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.20. Agentlik tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq tapşırılan digər vəzifələri yerinə yetirmək.

3.1.21. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.22. Mərkəzə ayrılan vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.23. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.24. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.25. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; [6]

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. Agentliyə daxil olmuş ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə iddia sənədlərinin ekspertizasını aparmaq;

3.2.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid müvafiq qaydada sorğular göndərmək və məlumatlar (sənədlər) almaq;

3.2.3. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Agentliyin struktur bölmələrinin, həmçinin fiziki və hüquqi şəxslərin sorğularını cavablandırmaq;

3.2.4. işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq;

3.2.6. qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə xarici və yerli ekspertləri və mütəxəssisləri cəlb etmək;

3.2.7. hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrə əsasən, fəaliyyət istiqamətlərinə uyğun olaraq işlər görmək, xidmətlər göstərmək və ödənişlər almaq (dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların ödənilməsi nəzərdə tutulan xidmətlər istisna olmaqla); [7]

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. Agentliklə razılaşdırmaqla, nəşriyyat fəaliyyəti ilə məşğul olmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.10. səlahiyyətlərinə uyğun olaraq, fəaliyyət sahəsi ilə bağlı dövlət orqanları ilə, hüquqi şəxslərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

3.2.11. Agentliyin tapşırığına əsasən əqli mülkiyyət hüquqları sahəsinə nəzarət çərçivəsində Agentlik tərəfindən aparılan yoxlamalarda iştirak etmək;

3.2.12. Agentliklə razılaşdırmaqla iclaslar, elmi-metodik konfranslar, seminarlar keçirmək, dövri nəşrlər təsis etmək, sahə üzrə dərs vəsaitləri və digər metodiki vasitələr hazırlamaq;

3.2.13. səlahiyyətlərinə uyğun olaraq, analoji qurumlarla, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübəni öyrənmək;

3.2.14. vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak edilməsi, idarə, filial və nümayəndəliklərin yaradılması ilə bağlı Agentliyə təkliflər vermək;

3.2.15. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyin İdarə Heyətinin sədrinə təkliflər vermək;

3.2.16. Agentlik tərəfindən verilən əmr, sərəncam və qərarlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3.2.17. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzi Müşahidə Şurası və direktor idarə edirlər.

4.3. Müşahidə Şurası (bunda sonra – Şura) Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şuranın tərkibi - onun sədri də daxil olmaqla, Agentliyin nümayəndələri olan 3 nəfərdən ibarətdir. Agentliyin İdarə Heyətinin sədri Şuranın sədrini və digər 2 üzvünü vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

4.7.1. Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparır və bu barədə təkliflərini Agentliyə təqdim edir;

4.7.2. Şura üzvləri və Mərkəzin direktoru tərəfindən qaldırılan məsələlərə baxır və müzakirə olunan məsələlərlə bağlı təkliflərini Agentliyə təqdim edir;

4.7.3. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləyir;

4.7.4. Mərkəzin kənar auditorunun təyin edilməsi barədə Agentliyə təkliflər verir;

4.7.5. ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasının nəticələrinə dair hazırlanmış ekspert rəyi ilə tanış olur, müzakirə edir və məsələyə dair qəbul etdiyi qərarı Agentliyə təqdim edir;

4.7.6. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Agentliyə təkliflər verir;

4.7.7. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir; [8]

4.8. Şuranın sədri həftədə bir dəfə olmaqla Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Mərkəzin direktoru çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə təkliflərin Agentliyə təqdim edilməsinə dair qərarlar qəbul edilir. Şuranın iclasında hər üzv bir səsə malikdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Şuranın iclaslarında Mərkəzin direktoru, o, müvəqqəti olmadıqda, direktor müavini iştirak edir. [9]

4.9. Şuranın üzvlərinə, habelə Mərkəzin direktoruna, o müvəqqəti olmadıqda direktor müavininə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz. [10]

4.9-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək Mərkəzin direktoruna göndərir. [11]

4.9-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.9-3. Şuranın katibi:

4.9-3.1. Şuranın iclaslarını təşkil edir;

4.9-3.2. bu Nizamnamənin 4.9-cu bəndinin birinci cümləsində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.9-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;

4.9-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.9-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.10. Şuranın sədri:

4.10.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarınığv edir; [12]

4.10.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.10.3. öz təşəbbüsü ilə, həmçinin Şuranın hər hansı bir üzvünün və ya Mərkəzin direktorunun xahişi əsasında digər şəxsləri və ekspertləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.10.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.10-1. Şuranın sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından Şuranın sədrinin müəyyən etdiyi şəxs icra edir. [13]

4.11. Şuranın üzvləri:

4.11.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.11.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.11.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.11.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.12. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

4.13. Mərkəzin cari fəaliyyətinə Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.

4.14. Direktorun Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. Direktorun müavini direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir. Direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavini icra edir. [14]

4.15. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:

4.15.1. Mərkəzin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və Mərkəzi təmsil edir;

4.15.2. Mərkəzin fəaliyyətinə dair aylıq, rüblük və illik hesabatlar hazırlayaraq, Agentliyə təqdim edir;

4.15.3. Şuranın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Şuraya təkliflər təqdim edir və Şura qarşısında məsələ qaldırır;

4.15.4. Mərkəzin cari fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, daxili təşkilati-sərəncamverici sənədləri təsdiq edir, onların icrasını təşkil edir və icrası üzərində nəzarəti həyata keçirir;

4.15.5. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə struktur bölmələrinin əsasnamələrini və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

4.15.5-1. Özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarınığv edir; [15]

4.15.6. qanunvericiliklə müəyyən edilmiş qaydada təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak edilməsi, idarə, filial və nümayəndəliklərin yaradılması barədə Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.15.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu və ştat cədvəlinə dair təklifləri Agentliyin İdarə Heyətinin sədrinə təqdim edir;

4.15.8. İdarə Heyətinin sədrinə təkliflər verir;

4.15.9. Mərkəzin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Agentliyin İdarə Heyətinin sədrinə təqdimat verir;

4.15.10. Mərkəzin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.15.11. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırmaqla, Mərkəzin adından müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir və etibarnamələr verir;

4.15.12. Mərkəzin vəzifə və hüquqlarına uyğun olaraq, dövlət sirrinin qorunmasını və məxfilik rejimini, həmçinin kargüzarlıq işlərinin aparılmasını təmin edir;

4.15.13. audit hesabatını qəbul edir, kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür və bu barədə Agentliyin İdarə Heyətinin sədrinə məlumat verir;

4.15.14. Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırmaqla, Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;

4.15.15. Mərkəzə Agentlik tərəfindən ayrılan vəsaitdən kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.15.16. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyə təkliflər verir.

4.16. Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırmaqla, Mərkəzin nəzdində fəaliyyət istiqamətləri üzrə mütəxəssislərdən ibarət məşvərətçi komitələr və işçi qrupu, o cümlədən ödənişli əsaslarla ekspert qrupları yaradıla bilər.

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1. Mərkəzin ilkin nizamnamə fondu 500.000 (beş yüz min) manatdır. [16]

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçilərin verdiyi digər əmlakdan, həmçinin Agentlik tərəfindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş vəsaitdən, ianələrdən, qanunla qadağan olunmayan qrantlardan, cəlb edilən investisiyalardan və digər vəsaitlərdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrə əsasən, fəaliyyət istiqamətlərinə uyğun olaraq işlər görür, xidmətlər göstərir və ödənişlər alır (dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların ödənilən xidmətlər istisna olmaqla). Mərkəzin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir. [17]

5.5. Qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra fəaliyyətindən əldə edilmiş vəsait üzərində sərəncam vermək hüququ Mərkəzə aiddir. Həmin vəsaitin xərclənməsi Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırılmaqla həyata keçirilir.

5.6. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir.

5.7. Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Agentlik tərəfindən, eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir. [18]

5.8. Mərkəzin direktorunun, direktor müavininin və işçilərinin maaşları Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Agentlik həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Agentliyin İdarə Heyətinin sədrinə təqdim edilir.

 

7. Mərkəzdə uçot və hesabat

 

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

8. Mərkəzin ləğvi və yenidən təşkili

 

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 13 oktyabr tarixli 444 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin

 

STRUKTURU

 

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Aparatı (şöbələr və sektorlar).

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526)

2.       20 noyabr 2019-cu il tarixli 454 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2019-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1874)

3.       28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə 6-cı hissədən “ilkin” sözü çıxarılmışdır.

 

[2] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 1.2-ci bəndində “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsini, Azərbaycan Respublikasının” sözləri “” sözü ilə əvəz edilmişdir.

 

[3] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsinin 1.5-ci bəndinə adı sözündən sonra Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri sözləri əlavə edilmişdir.

 

[4] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 2.2.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.2.1. Agentliyə daxil olmuş ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını aparmaq, patent və şəhadətnamə verilməsi üçün ekspert rəyi hazırlamaq;

 

[5] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 2.2.2-2.2.4-cü yarımbəndləri ləğv edilmişdir.

 

[6] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 3.1.20-ci və 3.2.16-cı yarımbəndləri ləğv edilmişdir və yeni məzmunda 3.1.21-3.1.25-ci və 3.2.17-ci yarımbəndlər əlavə edilmişdir.

 

[7] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 3.2.7-ci yarımbəndində “rüsum və haqlar” sözləri, 5.4-cü bəndində rüsum və haqqı” sözləri “dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların” sözləri ilə əvəz edilmişdir.

 

[8] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 4.7.7-ci yarımbəndində Agentliyə təkliflər verir” sözləri “qərar qəbul edir” sözləri ilə əvəz edilmişdir.

 

[9] 20 noyabr 2019-cu il tarixli 454 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 noyabr 2019-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1874) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 4.8-ci bəndinin üçüncü cümləsində “hamısı” sözü “yarıdan çoxu” sözləri ilə əvəz edilmişdir.

 

28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsinin 4.8-ci bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir və altıncı cümlədə Şura sədrinin (və ya onu əvəz edən Şuranın digər üzvünün) sözləri iclasa sədrlik edənin sözləri ilə əvəz edilmişdir.

 

Birinci cümlənin əvvəlki redaksiyasında deyilirdi

Şuranın iclasları həftədə bir dəfə olmaqla çağırılır.

 

[10] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsinin 4.9-cu bəndin birinci cümləsində iclasın sözü , habelə Mərkəzin direktoruna, o müvəqqəti olmadıqda direktor müavininə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının sözləri ilə əvəz edilmişdir.

 

[11] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsinə yeni məzmunda 4.9-1-ci, 4.9-2-ci və 4.9-3-cü bəndlər əlavə edilmişdir.

 

[12] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsinin 4.10.1-ci yarımbəndinə rəhbərlik edir sözlərindən sonra , habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarınığv edir sözləri əlavə edilmişdir.

 

[13] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsinə yeni məzmunda 4.10-1-ci bənd əlavə edilmişdir.

 

[14] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsinin 4.14-cü bəndin üçüncü cümləsində onu müavini əvəz edir sözləri onun səlahiyyətlərini müvafiq əmrlə müavini icra edir sözləri ilə əvəz edilmişdir.

 

[15] 28 avqust 2021-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2021-ci il, № 184, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 972) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsinə yeni məzmunda 4.15.5-1-ci yarımbənd əlavə edilmişdir.

 

[16] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 5.1-ci bəndindən “ilkin” sözü çıxarılmışdır.

 

[17] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 5.4-cü bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[18] 14 mart 2019-cu il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 526) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nin 5.7-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.7. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti rübdə bir dəfə Mərkəzin Nizamnamə fonduna daxil edilməklə Agentlik tərəfindən maliyyələşdirilir. Həmin vəsait Nizamnamə fondunun artırılmasına yönəldilmir və rüb ərzində Mərkəzin saxlanma xərclərinə və fəaliyyətinə yönəldilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status