![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
08.10.2018 |
Qeydiyyat nömrəsi |
1851100007 |
Adı |
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
17.10.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201810080007 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
16.10.2018 |
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri vəzifəsini icra edən |
İbrahim Alışov |
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 1851100007 “08” oktyabr 2018-ci il
İdarə Heyətinin sədri vəzifəsini icra edən ______________________ İbrahim Alışov |
İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.5-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar səhmdar investisiya fondları və investisiya fondlarının idarəedilməsi fəaliyyətini həyata keçirənlər (bundan sonra – idarəçi) tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) təqdim edilən hesabatlara dair tələbləri, habelə onların Palataya təqdim edilməsi və açıqlanması qaydalarını müəyyən edir.
2. Səhmdar investisiya fondu tərəfindən təqdim olunan hesabatlar
2.1. Səhmdar investisiya fondu fəaliyyəti ilə əlaqədar olaraq Palataya yarımillik və illik hesabatlar təqdim edir.
2.2. Səhmdar investisiya fondu tərəfindən Palataya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.2.1. maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər;[1]
2.2.2. investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə № 1);
2.2.3. investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə № 2);
2.2.4. səhmdar investisiya fondunun fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı və səhmləri haqqında hesabat (Əlavə № 3);
2.2.5. səhmdar investisiya fondunun nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;
2.2.6. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.
2.3. Səhmdar investisiya fondu tərəfindən Palataya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 2.2.1 – 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
2.3.1. investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə № 4);
2.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).
3. İdarəçi tərəfindən öz fəaliyyəti ilə əlaqədar olaraq təqdim edilən hesabatlar
3.1. İdarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq Palataya yarımillik və illik hesabatlar təqdim edir.
3.2. İdarəçi tərəfindən Palataya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
3.2.1. idarəçinin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi;
3.2.2. idarəçinin hüquqi ünvanı və olduğu yer;
3.2.3. idarəçinin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, idarəçinin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların dövlət qeydiyyatına alındığı tarixlər, idarəçi hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;
3.2.4. idarəçinin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayrılıqda sayı;
3.2.5. idarəçinin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;
3.2.6. idarəetməsində olan investisiya fondları və ya digər şəxslər barədə məlumat;
3.2.7. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat;
3.2.8. maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
3.3. İdarəçi tərəfindən Palataya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 3.2.1 – 3.2.8-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
3.3.1. idarəçinin fəaliyyətinin yoxlanılması ilə bağlı kənar auditorun rəyi;
3.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).
4. İdarəçi tərəfindən idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq hesabatlar
4.1. İdarəçi idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq Palataya aylıq, rüblük, yarımillik və illik hesabatlar təqdim edir.
4.2. İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq İdarəçi tərəfindən Palataya təqdim edilən yarımillik hesabata aşağıdakılar daxildir:
4.2.1. investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə №1);
4.2.2. investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə №2);
4.2.3. paylı investisiya fondunun payçılarının ayrı-ayrılıqda sayı və payları haqqında hesabat (Əlavə № 3);
4.2.4. paylı investisiya fondunun paylarının on faizi və daha artıq həcminə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan payların sayı və paylı investisiya fondunun paylarına faizlə nisbəti.
4.3. İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq idarəçi tərəfindən Palataya təqdim edilən illik hesabatların tərkibi bu Qaydaların 4.2.1–4.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
4.3.1. investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə №4);
4.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).
4.4. İdarəçi idarəetməsində olan açıq paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq aylıq, interval paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar isə rüblük olaraq, bu Qaydaların 4.2.1-4.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hesabatları Palataya təqdim edir.
5. Palata hesabatların təqdim olunması qaydası
5.1. İllik hesabat hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 4 (dörd) ayı ərzində Palataya səhmdar investisiya fondu və idarəçi tərəfindən təqdim edilməlidir.
5.2. Yarımillik hesabat hər təqvim ilinin 6 (altı) ayın nəticələri üzrə hazırlanmalı və hər bir yarımil başa çatdıqdan sonra 2 (iki) ay ərzində Palataya təqdim edilməlidir.
5.3. Rüblük hesabatlar hər təqvim rübünün nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 10 (on) iş günündən gec olmayan müddətdə Palataya təqdim edilməlidir.
5.4. Aylıq hesabatlar hər təqvim ayının nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 5 (beş) iş günündən gec olmayan müddətdə Palataya təqdim edilməlidir.
5.5. Təqdim edilmiş illik və yarımillik hesabatlarda nöqsanlar aşkar edildikdə, hesabatların təqdim edildiyi tarixdən etibarən 15 iş gün müddətində Palata həmin nöqsanların aradan qaldırılmasını və bu hesabatların açıqlanmasının dayandırılmasını səhmdar investisiya fondundan və idarəçidən yazılı surətdə tələb edir.
5.6. Bu Qaydaların 5.5-ci bəndi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılması Palata tərəfindən tələb olunmadıqda, səhmdar investisiya fondu və ya idarəçi yarımillik və illik hesabatda olan məlumatların (bu Qaydaların 2.2.5-ci, 3.2.5-ci və 4.2.4-cü yarımbəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitentlər üçün) Palataya təqdim edildiyi tarixdən etibarən 30 gün ərzində kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.
5.7. Hesabatların səhifələri nömrələnməli, tikilməli, səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının möhürü ilə təsdiq edilməlidir.
|
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 1 |
/_______ / /___________ /______ – /______ / /___________ /______ dövrünə |
|
||||||||
|
(gün) |
(ay) |
(il) |
(gün) |
|
(ay) |
(il) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
İnvestisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat
İnvestisiya fondun adı |
|
İdarəçinin adı |
|
VÖEN |
|
Fəaliyyəti |
|
Lisenziya nömrəsi və tarixi |
|
|
Aktivlərin növü |
İzah |
Hesabat dövrünün əvvəlinə |
Hesabat dövrünün sonuna |
||
Dəyəri (AZN) |
Cəmi aktivlərə nisbəti (%) |
Dəyəri (AZN) |
Cəmi aktivlərə nisbəti (%) |
|||
1 |
Cəmi aktivlər |
11+12+13+14+15+16+17
|
3 |
4 |
6 |
7 |
11 |
Bank Depozitləri |
111+112 |
|
|
|
|
111 |
Tələb olunanadək |
1111+1112
|
|
|
|
|
1111 |
Milli valyutada |
1111
|
|
|
|
|
1112 |
Xarici valyutada |
1112
|
|
|
|
|
112 |
Müddətli |
1121+1122
|
|
|
|
|
1121 |
Milli valyutada |
1121
|
|
|
|
|
1122 |
Xarici valyutada |
1122
|
|
|
|
|
12 |
Dövlət qiymətli kağızları |
121+122+123+124+125+126
|
|
|
|
|
121 |
Mərkəzi Bank Notları |
121 |
|
|
|
|
122 |
Dövlət İstiqrazları |
1221+1222+ 1223
|
|
|
|
|
1221 |
Dövlət Qısamüddətli İstiqrazları |
1221
|
|
|
|
|
1222 |
Dövlət Ortamüddətli İstiqrazları |
1222
|
|
|
|
|
1223 |
Dövlət Uzunmüddətli İstiqrazları |
1223
|
|
|
|
|
123 |
Bələdiyyə İstiqrazları |
123
|
|
|
|
|
124 |
Digər dövlət qiymətli kağızları |
124
|
|
|
|
|
125 |
İƏİT ölkələrinin dövlət qiymətli kağızları |
125
|
|
|
|
|
126 |
Digər ölkələrin dövlət qiymətli kağızları |
126
|
|
|
|
|
13 |
Korporativ qiymətli kağızlar |
131+132
|
|
|
|
|
131 |
Səhmlər |
1311+1312+ 1313+ 1314+1315 |
|
|
|
|
1311 |
Yerli fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər |
1311
|
|
|
|
|
1312 |
İƏİT ölkələrinin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər |
1312
|
|
|
|
|
1313 |
Digər ölkələrin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər |
1313
|
|
|
|
|
1314 |
Listinqə daxil olmayan yerli emitentlər tərəfindən emissiya edilən səhmlər |
1314
|
|
|
|
|
1315 |
Listinqə daxil olmayan xarici emitentlər tərəfindən emissiya edilən səhmlər |
1315
|
|
|
|
|
132 |
İstiqrazlar |
1321+1322+ 1323+ 1324+1325 |
|
|
|
|
1321 |
Yerli fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar |
1321
|
|
|
|
|
1322 |
İƏİT ölkələrinin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar |
1322
|
|
|
|
|
1323 |
Digər ölkələrin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar |
1323
|
|
|
|
|
1324 |
Listinqə daxil olmayan yerli emitentlər tərəfindən emissiya edilən istiqrazlar |
1324
|
|
|
|
|
1325 |
Listinqə daxil olmayan xarici emitentlər tərəfindən emissiya edilən istiqrazlar |
1325
|
|
|
|
|
14 |
Törəmə qiymətli kağızlar |
141+142+143+144
|
|
|
|
|
141 |
Yerli fond birjalarında ticarət olunan |
141
|
|
|
|
|
142 |
İƏİT ölkələrinin fond birjalarında ticarət olunan |
142
|
|
|
|
|
143 |
Digər xarici ölkələrin fond birjalarında ticarət olunan |
143
|
|
|
|
|
144 |
Hər hansı tənzimlənən bazarda ticarət olunmayan |
144
|
|
|
|
|
15 |
Pul vəsaitləri |
15
|
|
|
|
|
16 |
Daşınmaz əmlak |
16
|
|
|
|
|
17 |
Digər aktivlər |
17
|
|
|
|
|
2 |
Cəmi öhdəliklər |
21+22+23+24+25+26
|
|
|
|
|
21 |
Maliyyə vasitəçilərinə qarşı öhdəliklər |
21 |
|
|
|
|
22 |
Depozitara qarşı öhdəliklər |
22 |
|
|
|
|
23 |
İdarəçiyə qarşı öhdəliklər |
23 |
|
|
|
|
24 |
Qiymətləndiriciyə qarşı öhdəliklər |
24 |
|
|
|
|
25 |
Auditora qarşı öhdəliklər |
25 |
|
|
|
|
26 |
Digər öhdəliklər |
26 |
|
|
|
|
Kod |
|
İzah |
Hesabat dövrünün əvvəlinə |
Hesabat dövrünün sonuna |
3 |
Xalis Aktivlər |
1–2 |
|
|
4 |
Dövriyyədə olan payların və ya səhmlərin ümumi sayı |
4 |
|
|
5 |
Bir payın cari dəyəri və ya bir səhmin geri alınma dəyəri |
3÷4 |
|
|
İdarəçinin və ya səhmdar investisiya fondunun rəhbəri _______________________________ ___________________ (Soyadı, Adı, Atasının adı) (imzası)
İdarəçinin və ya səhmdar investisiya fondunun baş mühasibi _______________________________ ___________________ (Soyadı, Adı, Atasının adı) (imzası) M.Y. |
|
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 2 |
/_______ / /___________ /______ – /______ / /___________ /______ dövrünə |
|
||||||||
|
(gün) |
(ay) |
(il) |
(gün) |
|
(ay) |
(il) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
İnvestisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat
İnvestisiya fondunun adı |
|
İdarəçinin adı |
|
VÖEN |
|
Fəaliyyəti |
|
Lisenziya nömrəsi və tarixi |
|
Əmlakda baş vermiş dəyişiklik |
Kod |
Məbləği |
|
|
|
Qiymətli kağızlarla ticarətdən əldə edilən gəlirlər |
10 |
|
Qiymətli kağızlarla ticarətlə bağlı ortaya çıxan xərclər |
20 |
|
Qiymətli kağızlarla ticarətdən əldə edilən xalis mənfəət (10-20) |
30 |
|
Daşınmaz əmlakla ticarətdən əldə edilən gəlirlər |
40 |
|
Daşınmaz əmlakla ticarətlə bağlı ortaya çıxan xərclər |
50 |
|
Daşınmaz əmlakla ticarətdən əldə edilən xalis mənfəət (40-50) |
60 |
|
Digər əmlakla ticarətdən əldə edilən gəlirlər |
70 |
|
Digər əmlakla ticarətlə bağlı ortaya çıxan xərclər |
80 |
|
Digər əmlakla ticarətdən əldə edilən xalis mənfəət (70-80) |
90 |
|
Faiz gəlirləri |
100 |
|
Dividend gəlirləri |
110 |
|
Daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirlər |
120
|
|
Kotirovka olunmuş qiymətli kağızların dəyərindəki artım (azalma) |
130
|
|
səhmlər |
131
|
|
istiqrazlar |
132
|
|
Kotirovka olunmamış qiymətli kağızların dəyərindəki artım (azalma) |
140
|
|
səhmlər |
141
|
|
istiqrazlar |
142
|
|
veksellər |
143
|
|
digər qiymətli kağızlar |
144
|
|
Daşınmaz əmlakın qiymətindəki artım (azalma) |
150
|
|
İdarəçinin mükafatları |
160
|
|
Digər idarəetmə xərcləri |
170
|
|
Digər gəlirlər |
180
|
|
Digər xərclər |
190
|
|
Yeni payların emissiyası nəticəsində kapitalda baş vermiş artım |
200
|
|
Payların geri alınması nəticəsində kapitalda baş vermiş azalma |
210
|
|
İnvestisiya fondunun kapitalında baş vermiş ümumi dəyişiklik (030 + 060 + 090 + 100 + 110 + 120 + 130 + 140 + 150 + 160 + 190 + 210 - 170 - 180 - 200 - 220) |
220
|
|
İdarəçinin və ya səhmdar investisiya fondunun rəhbəri _______________________________ ___________________ (Soyadı, Adı, Atasının adı) (imzası)
İdarəçinin və ya səhmdar investisiya fondunun baş mühasibi _______________________________ ___________________ (Soyadı, Adı, Atasının adı) (imzası)
M.Y. |
|
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 3 |
/_______ / /___________ /______ – /______ / /___________ /______ dövrünə |
|
||||||||
|
(gün) |
(ay) |
(il) |
(gün) |
|
(ay) |
(il) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
Səhmdar investisiya fondunun səhmdarlarının səhmləri (Paylı investisiya fondunun payçılarının payları) haqqında hesabat
İnvestisiya fondunun adı |
|
İdarəçinin adı |
|
VÖEN |
|
Fəaliyyəti |
|
Lisenziya nömrəsi və tarixi |
|
|
Kod |
Hesabat dövrünün əvvəlinə |
Hesabat dövrünün sonuna |
Yerləşdirilmiş səhmlərin (payların) ümumi həcmi: |
100 |
|
|
Azərbaycan Respublikasının vətəndaşı fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi |
110 |
|
|
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi |
120 |
|
|
Qeyri-rezident fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi |
130 |
|
|
Azərbaycan Respublikasından kənarda qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi |
140 |
|
|
Əməkdaşlıq etməyən ərazilərin vətəndaşları, habelə qeydiyyat və yaşayış yeri belə ərazilər olan fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi |
150 |
|
|
Əməkdaşlıq etməyən ərazilərdə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi |
160 |
|
|
Nominal saxlamada olan səhmlərin (payların) həcmi |
170 |
|
|
İdarəçinin və ya Səhmdar investisiya fondunun rəhbəri _______________________________ ___________________ (Soyadı, Adı, Atasının adı) (imzası)
İdarəçinin və ya Səhmdar investisiya fondunun baş mühasibi _______________________________ ___________________ (Soyadı, Adı, Atasının adı) (imzası)
M.Y |
|
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 4 |
/_______ / /___________ /______ – /______ / /___________ /______ dövrünə |
|
||||||||
|
(gün) |
(ay) |
(il) |
(gün) |
|
(ay) |
(il) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
(idarəçinin tam adı)
İnvestisiya fondunun adı |
|
İdarəçinin adı |
|
VÖEN |
|
Fəaliyyəti |
|
İnvestisiya fondunun xərcləri haqqında hesabat
|
Hesabın №-si |
Məbləğ (AZN) |
Xalis aktivlərin illik orta həcminə nisbəti (%) |
Mükafatların ümumi həcmi |
010 |
|
|
idarəçiyə ödənilmiş |
011 |
|
|
depozitara ödənilmiş |
012 |
|
|
mərkəzi depozitara ödənilmiş |
013 |
|
|
qiymətləndiriciyə ödənilmiş |
014 |
|
|
auditora ödənilmiş |
015 |
|
|
İnvestisiya fondunun idarəedilməsi ilə bağlı olaraq ortaya çıxan xərclərin ümumi həcmi |
020 |
|
|
... (investisiya şirkətlərinin komissiyaları) |
021 |
|
|
... (bank köçürmə xərcləri) |
022 |
|
|
.... |
02x |
|
|
Mükafatların ödənilməsi ilə bağlı ayrılmış ehtiyat |
030 |
|
|
Xərclərin ümumi həcmi |
040 (010 + 020) |
|
|
İdarəçinin və ya Səhmdar investisiya fondunun rəhbəri _______________________________ ___________________ (Soyadı, Adı, Atasının adı) (imzası)
İdarəçinin və ya Səhmdar investisiya fondunun baş mühasibi _______________________________ ___________________ (Soyadı, Adı, Atasının adı) (imzası) M.Y |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 26 iyul 2019-cu il tarixli 1951100030 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il)
[1] 26 iyul 2019-cu il tarixli 1951100030 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 2.2.1-ci və 3.2.8-ci yarımbəndlərində “mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları” sözləri “maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat” sözləri ilə əvəz edilmişdir.