AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
08.10.2018
QEYDİYYAT NÖMRƏSİ
1851100005
ADI
“Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201810080005
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.10.2018
“Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

08.10.2018

Qeydiyyat nömrəsi

1851100005

Adı

“Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.10.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201810080005

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.10.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. “Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

 

İbrahim Alışov

 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1851100005

“ 08 ” oktyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

_____________________

İbrahim Alışov

 

 

Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 5.11-ci bəndinə uyğun olaraq hazırlanmışdır və dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin (bundan sonra – səhm) buraxılışı, qeydiyyatı və tədavülü qaydalarını tənzimləyir.

 

2. Səhmlərin buraxılışı və qeydiyyatı

 

2.1. Emitent səhmlərinin yerləşdirilməsi hüququnu səhm buraxılışının dövlət qeydiyyatından keçdiyi andan əldə edir.

2.2. Səhm buraxılışının dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – Komitə) müraciəti ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən həyata keçirilir.

2.3. Səhmlərin buraxılışının dövlət qeydiyyatı üçün Komitə Palataya aşağıdakı sənədləri təqdim edir:

2.3.1. səhmlərin qeydiyyata alınması üçün ərizə;

2.3.2. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri;

2.3.3. dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə Komitənin qərarının (sərəncamın) surəti.

2.4. Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərarda (sərəncamda) aşağıdakılar əks olunmalıdır:

2.4.1. Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərarı (sərəncamı) qəbul etmiş səlahiyyətli orqanın adı və qərarın (sərancamın) qəbul edilmə tarixi;

2.4.2. emitentin tam adı və hüquqi ünvanı;

2.4.3. bir səhmin nominal dəyəri;

2.4.4. səhmlərin ümumi sayı;

2.4.5. səhmlərin növü;

2.4.6. səhmlərin forması;

2.4.7. səhmlərin yerləşdirilməsi qaydaları;

2.4.8. səhm mülkiyyətçisinin bir səhmlə təsbit edilmiş hüquqları və emitentin səhm mülkiyyətçiləri qarşısında olan öhdəlikləri.

2.5. Palata səhm buraxılışının dövlət qeydiyyatını bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədlər təqdim edildiyi tarixdən etibarən 15 (on beş) gün ərzində həyata keçirir və Komitəyə qiymətli kağızların dövlət reyestrindən çıxarış verir.

2.6. Səhm buraxılışının qeydə alınmasından imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

2.6.1. təqdim olunmuş sənədlərin və onlarda olan məlumatların məzmununun bu Qaydaların tələblərinə uyğun olmaması;

2.6.2. səhmlərin qeydiyyatı üçün əsas olan sənədlərə qeyri-dürüst və ya təhrif olunmuş məlumatların daxil edilməsi.

2.7. Bu Qaydaların 2.6-cı bəndində göstərilən hallar müəyyən edildikdə, Palata səhmlərin buraxılışının dövlət qeydiyyatına alınmasından imtina barədə Komitəyə yazılı bildiriş göndərir.

2.8. Palata səhm buraxılışının qeydiyyata alınmasından imtina etdikdə səhmlərin dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər geri qaytarılmır.

 

3. Səhmlərin tədavülü

 

3.1. Səhmlərin alğı-satqısı və digər qaydada özgəninkiləşdirilməsi Mülki Məcəllə və dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3.2. Səhmdar cəmiyyətin səhmlərinin satışına dair yekun məlumatlar Komitə tərəfindən Milli Depozit Mərkəzinə təqdim edilir. Milli Depozit Mərkəzi təqdim olunmuş sənədlər əsasında səhmdarların reyestrini formalaşdırır və səhmdarların səhmlər üzərində mülkiyyət hüququnun təsdiqinə dair müvafiq sənədlərin verilməsini təmin edir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status