AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
18.10.2018
QEYDİYYAT NÖMRƏSİ
Q-09
ADI
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.160.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201810180009
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.10.2018
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI QƏRARI

Qəbul edildiyi tarix

18.10.2018

Qeydiyyat nömrəsi

Q-09

Adı

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

26.10.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.160.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201810180009

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

25.10.2018

 

 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

1. “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 24 dekabr tarixli Q-12 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

1.2. preambulasında “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə, “2.1-ci” sözləri isə “2.3-cü” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”ın adında, 1.1-ci, 1.2-ci və 3.2-ci bəndlərində ismin müvafiq hallarında verilən “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” sözləri ismin müvafiq hallarında “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları” sözləri ilə əvəz edilsin.

2. “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 09 yanvar tarixli Q-02 nömrəli Qərarının preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin.

3. “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 15 aprel tarixli Q-11 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. adı aşağıdakı redaksiyada verilsin:

“Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında”;

3.2. preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin;

3.3. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).”;

3.4. həmin Qərarla təsdiq edilmiş “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları” üzrə:

3.4.1. adı aşağıdakı redaksiyada verilsin:

“Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları”;

3.4.2. 1.1-ci bənddə “və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi” sözləri “hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi” sözləri ilə əvəz edilsin;

3.4.3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Büdcə təşkilatlarının maliyyə hesabatları (bundan sonra maliyyə hesabatları) - büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Büdcə təşkilatlarının “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim etdikləri maliyyə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir.”.

3.4.4. 2.1-ci bənddən, 3.1.1-ci, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərdən “və fondlar” sözləri çıxarılsın;

3.4.5. 2.3-cü bənd və 4-cü hissə ləğv edilsin;

3.4.6. 3-cü hissənin adında “Təşkilatlar və fondların” sözləri “Təşkilatların” sözü ilə əvəz edilsin.

4. “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 16 iyul tarixli Q-16 nömrəli Qərarının preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin.

5. “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 16 iyul tarixli Q-17 nömrəli Qərarının preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin.

6.Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-19 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

6.1. preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin;

6.2. həmin Qərarla təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar” üzrə:

6.2.1. 1.2-ci bəndin birinci cümləsində “və Milli Mühasibat Uçotu Standartlarına” sözləri “, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

6.2.2. 4-cü hissənin adında, 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.4-cü bəndlərdə “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

6.2.3. 5-ci hissənin adında, 5.1-ci, 5.2-ci, 5.3-cü və 5.4-cü bəndlərdə “Kommersiya Təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına” sözləri “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

6.2.4. 6-cı hissənin adında, 6.1-ci, 6.2-ci, 6.3-cü və 6.4-cü bəndlərdə “İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda” sözləri “Qeyri-Hökumət Təşkilatlarında” sözləri ilə əvəz edilsin.

7. “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 18 yanvar tarixli Q-02 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

7.1. adında və 1-ci hissəsində “və Milli Mühasibat Uçotu Standartlarına” sözləri “, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

7.2. preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin;

7.3. həmin Qərarla təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası” üzrə:

7.3.1. adında, 1.2-ci bənddə, 1, 2, 3, 4, 5, 6 və 7 nömrəli əlavələrdə “və Milli Mühasibat Uçotu Standartlarına” sözləri “, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

7.3.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.5. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir.”;

7.3.3. 9.3.5-ci və 9.4.8-ci yarımbəndlərdə “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin.

8. “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 03 fevral tarixli Q-03 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

8.1. adında və 1-ci hissəsində “Kiçik” sözü “Mikro və kiçik” sözləri ilə əvəz edilsin və “sadələşdirilmiş” sözü çıxarılsın;

8.2. preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin;

8.3. həmin Qərarla təsdiq edilmiş “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları” üzrə:

8.3.1. adında “Kiçik” sözü “Mikro və kiçik” sözləri ilə əvəz edilsin və “sadələşdirilmiş” sözü çıxarılsın;

8.3.2. mətn üzrə ismin müvafiq hallarında verilən “kiçik sahibkarlıq subyekti” və “kiçik sahibkarlıq subyektləri” sözləri ismin müvafiq hallarında “mikro və kiçik sahibkarlıq subyektləri” sözləri ilə əvəz edilsin;

8.3.3. 1.1-ci bənddə “2.1.7-ci” sözləri “4.3.2-ci” sözləri ilə əvəz edilsin və “sadələşdirilmiş” sözü çıxarılsın;

8.3.4. 1.3-cü, 3.4-cü, 3.5-ci, 3.6-cı, 3.7-ci, 3.8-ci, 3.10-cu, 6.5-ci bəndlərdən, 3.2.1-ci, 3.2.2-ci, 3.2.3-cü, 3.2.4-cü, 5.3.3-cü yarımbəndlərdən, 1, 2 və 3 nömrəli əlavələrdən “sadələşdirilmiş” sözü çıxarılsın;

8.3.5. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Mikro və kiçik sahibkarlıq subyektləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə uyğun olaraq maliyyə hesabatlarını tərtib etmək və mühasibat uçotunu aparmaq hüququna malikdirlər.”;

8.3.6. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.”;

8.3.7. 3-cü və 6-cı hissələrin adlarında “Sadələşdirilmiş uçotun” sözləri “Uçotun” sözü ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsinin dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün Hesablar Planının müvafiq hesablarında və subhesablarında əks etdirilməsi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 22 iyul tarixli Q-16 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

9.1. preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin;

9.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsinin dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün Hesablar Planının müvafiq hesablarında və subhesablarında əks etdirilməsi qaydası”nın 1.2-ci bəndində “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin.

10. “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 30 yanvar tarixli Q-01 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

10.1. adından və 1-ci hissəsindən “və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri çıxarılsın;

10.2. preambulasında “2.1-ci” sözləri “2.3-cü” sözləri ilə əvəz edilsin;

10.3. həmin Qərarla təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” üzrə:

10.3.1. adından, 1, 2, 3 və 4 nömrəli əlavələrdən “və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri çıxarılsın;

10.3.2. 1.1-ci bənddən “və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”, “müvafiq olaraq” və “və Milli Standartlar” sözləri çıxarılsın;

10.3.3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri Beynəlxalq Standartlar əsasında maliyyə hesabatlarını tərtib etdikdə bu Qaydalar onlara şamil edilir.”;

10.3.4. 2.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.1. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”;

10.3.5. 4-cü hissənin adından və 4.1-ci bəndin birinci cümləsindən “və Milli Standartlara” sözləri çıxarılsın;

10.3.6. 7.10-cu bəndin ikinci cümləsində “və Milli Mühasibat Uçotu Standartlarına” sözləri “, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

10.3.7. 5-ci fəslin və 9-cu hissənin adından, 9.1-ci bəndin birinci cümləsindən “və Milli” sözləri çıxarılsın;

10.3.8. 64.1-ci bənddən “Standartlar və Milli” sözləri çıxarılsın.

11. Bu qərarın 1.1-ci, 1.2-ci, 1.3-cü, 7.1-ci, 9.2-ci bəndləri, 6.2.1-ci, 6.2.2-ci, 6.2.3-cü, 7.3.1-ci və 7.3.3-cü yarımbəndləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri ilk dəfə dərc olunduğu gündən qüvvəyə minir.

12. Maliyyə Nazirliyi aparatının Hüquq şöbəsinə və Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status