“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 469; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 709; 2003, № 12, (I kitab), maddə 672; 2007, № 10, maddə 938; 2015, № 11, maddə 1264) 3-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun məqsədləri üçün kiçik sahibkarlıq subyektləri dedikdə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik və mikro sahibkarlıq subyektləri başa düşülür.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2018-ci il
№ 1268-VQD
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 dekabr 2022-ci il tarixli 661-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 27 yanvar 2023-cü il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 15)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 dekabr 2022-ci il tarixli 661-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 27 yanvar 2023-cü il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 15) ilə ləğv edilmişdir.