"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 125; 2016, № 6, maddə 1027, № 8, maddə 1384, № 9, maddələr 1464, 1470, № 10, maddə 1624) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014 -2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 4.1.26-cı bəndində və 4.2.1.1-ci, 4.2.1.28-ci, 4.2.1.46-cı, 4.2.2.1-ci, 4.2.2.41-ci, 4.2.2.59-cu, 4.2.2.79-cu, 4.2.2.98-ci, 4.2.2.114-cü, 4.2.2.133-cü, 4.2.2.152-ci, 4.2.2.171-ci, 4.2.2.191-ci, 4.2.2.208-ci, 4.2.2.228-ci, 4.2.2.243-cü, 4.2.2.259-cu, 4.2.2.277-ci, 4.2.2.278-ci, 4.2.2.297-ci, 4.2.2.315-ci, 4.2.3.1-ci, 4.2.3.9-cu, 4.2.3.29-cu, 4.2.3.47-ci, 4.2.3.65-ci, 4.2.4.1-ci, 4.2.4.11-ci, 4.2.4.39-cu, 4.2.4.57-ci, 4.2.4.73-cü, 4.2.4.91-ci, 4.2.4.107-ci, 4.2.4.123-cü, 4.2.4.144-cü, 4.2.4.164-cü, 4.2.4.182-ci, 4.2.5.1-ci, 4.2.5.12-ci, 4.2.5.31-ci, 4.2.5.50-ci, 4 2.5.66-cı, 4.2.5.83-cü, 4.2.6.1-ci, 4.2.6.11-ci, 4.2.6.30-cu, 4.2.6.47-ci, 4.2.6.66-cı, 4.2.6.85-ci, 4.2.6.102-ci, 4.2.8.1-ci, 4.2.8.10-cu, 4.2.8.26-cı, 4.2.8.42-ci, 4.2.8.59-cu, 4.2.8.75-ci, 4.2.8.94-cü, 4.2.9.1-ci, 4.2.9.9-cu, 4.2.9.23-cü və 4.2.9.39-cu yarımbəndlərində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublıkası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445; Azərbaycan Respublikası Prezidentinin 2018 ci il 7 may tarixli 46 nömrəli, 10 may tarixli 50 və 58 nömrəli, 22 may tarixli 87 nömrəli, 11 iyun tarixli 135 nömrəli, 25 iyun tarixli 144 nömrəli və 6 iyul tarixii 179 nömrəli fərmanları) 4.15-1-ci bəndində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
3. "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527) 10-cu hissəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 870; 2014, № 12, maddə 1630; 2016, № 7, maddə 1315) 3-cü hissəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətidir" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 85, № 11, maddə 886; 2010, № 7, maddə 610; 2011, № 2, maddə 85; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 6, maddə 1028, № 8, maddə 1384, № 10, maddə 1660; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planı"nın 2.3.2-ci yarımbəndinin "İcraçı qurumlar" sütununda "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
6. "Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1114 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 309) 1-ci hissəsində "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
7. "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1546; 2016, № 10, maddə 1663) 2.4-cü bəndində ismin müvafiq hallarında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti" sözləri ismin müvafiq hallarında "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 2677 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 254) 4-cü hissəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 mart tarixli 2784 nömrəli Sərəncamı ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 470) "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nın 2.3-cü bəndinin "İcraçılar/Tövsiyə" sütununda "Azəravtoyol" ASC" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1125) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın 4.1.1.1 -ci, 4.1.1.2-ci, 4.2.1.1-ci və 4.3.1.2-ci yarımbəndlərinin "İcra orqanları" sütununda "Azəravtoyol" ASC" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2018-ci il
№ 228