Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:
Musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2018-ci il
№ 1333-VKQ
|
Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr
tarixli 1333-VKQ nömrəli Konstitusiya Qanunu ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikası Dövlət Himninin mətni
AZƏRBAYCAN MARŞI
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
|
Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr
tarixli 1333-VKQ nömrəli Konstitusiya Qanunu ilə
təsdiq edilmişdir
|