×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.09.2018
QEYDİYYAT NÖMRƏSİ
277
ADI
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2018, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1840)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.09.2018
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının icrası ilə əlaq

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, №11, maddə 969; 2017, № 1, maddə 51) 3-cü və 4-cü hissələrində “rabitə” sözü “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə, 4-cü hissəsində “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının” sözləri “və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, №11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027; 2016, №11, maddə 1817; 2017, № 2, maddə 177, № 8, maddə 1521; 2018, № 5, maddə 902) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə - “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “İdxal” bölməsinin altıncı abzasından “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası,” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 478; 2005, № 2, maddə 69; 2006, № 12, maddə 1053; 2007, № 6, maddə 601; 2012, № 12, maddə 1239; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 877; 2017, № 8, maddə 1521; 2018, № 5, maddə 945) 2.8-ci bəndində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 702; 2003, № 6, maddə 286; 2006, №11, maddə 945; 2008, № 8, maddə 719, №11, maddə 980; 2012, № 7, maddə 678, № 12, maddə 1240; 2016, № 5, maddə 878) 1-ci hissəsinin birinci və üçüncü abzaslarında “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin. [1]

5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485; 2006, №11, maddə 948; 2008, №11, maddə 969; 2009, № 4, maddə 226, № 10, maddə 785; 2010, № 2, maddə 80; 2012, № 12, maddə 1242; 2013, № 5, maddə 494, № 12, maddə 1538; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2017, № 5, maddə 775, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın IV hissəsinin 12-ci bəndindən “Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra - DMAA)” sözləri, 13-cü, 23-cü və 24-cü bəndlərindən “DMAA” abreviaturası çıxarılsın.

6. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 716; 2009, № 2, maddə 67; 2014, № 9, maddə 1027; 2015, № 2, maddə 129; 2017, № 3, maddə 353, № 6, maddə 1113, № 8, maddə 1521) 2.3-cü, 2.4-cü, 2.11-ci və 2.13-cü bəndlərindən “, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri çıxarılsın və 2.5-ci, 2.6-cı, 2.10-cu, 2.12-ci, 2.14-cü, 2.16-cı, 2.17-ci bəndlərində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798, № 10, maddə 918; 2006, № 5, maddə 408; 2007, № 3, maddə 232, № 8, maddə 765; 2008, № 1, maddə 7, № 8, maddə 719; 2009, № 3, maddə 163; 2013, № 6, maddə 654; 2014, № 2, maddə 112, № 9, maddə 1027, № 10, maddə 1220; 2015, № 7, maddə 829; 2016, № 1, maddə 45, № 6, maddə 1039, № 8, maddə 1375; 2017, № 3, maddə 353, № 8, maddə 1521, № 11, maddə 1996; 2018, № 3, maddə 436) ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 506 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1053; 2008, № 11, maddə 980) 2-ci hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

9. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 222; 2008, № 8, maddələr 720, 722, № 11, maddə 980; 2009, № 1, maddə 11, № 11, maddə 882; 2010, № 10, maddə 858; 2013, № 9, maddə 1043; 2014, № 9, maddə 1030) 5-ci hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457, № 8, maddə 1376; 2017, № 8, maddə 1521; 2018, № 2, maddə 208) ilə təsdiq edilmiş Əlavə 2 - “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısının 9-cu hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri, 12-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

11. “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 603; 2010, № 2, maddə 91; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 51, № 8, maddə 1521) 1-ci hissəsindən “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” və “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru” sözləri çıxarılsın.

12. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 182) 2-ci hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, №11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 238 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələr- arası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

13.1. 8.3-cü bənddə “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

13.2. aşağıdakı məzmunda 8.3.4-cü yarımbənd əlavə edilsin:

“8.3.4. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq telefon (məftilli), sellülar (mobil), radiotrank və simsiz telefon xidmətləri göstərən rabitə müəssisələrinin (operatorlarının) abunəçiləri haqqında məlumatların Sistemə daxil edilməsi;”;

13.3  8.17-ci bənd ləğv edilsin;

13.4  9-cu hissədən “Dövlət Dəniz Administrasiyası,” sözləri çıxarılsın.

14. “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 634; 2016, № 6, maddə 1067, № 11, maddə 1841) aşağıdakı dəyişikliklər edilsin:

14.1. Fərmanın adında, preambulasında, 1-ci və 4-cü hissələrində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

14.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə” üzrə:

14.2.1. adında və mətn üzrə “Nəqliyyat” sözündən sonra “, Rabitə və Yüksək Texnologiyalar” sözləri əlavə edilsin;

14.2.2.  2-ci, 15-ci, 17-ci, 18-ci hissələrdə, 21.15-ci bənddə, 22-ci və 24-cü hissələrdə “nəqliyyat” sözündən sonra “, rabitə və yüksək texnologiyalar” sözləri əlavə edilsin.

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 794; 2013, № 11, maddə 1340; 2014, № 12, maddə 1569; 2017, № 1, maddə 60, № 8, maddə 1521) 4.4-cü bəndində “dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, su nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, hava nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın 3.2.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyasına (bundan sonra - Aviasiya Administrasiyası)” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin.

17. “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 688 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1318) 2-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

18. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (II kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428 ,443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 179 nömrəli, 10 iyul tarixli 191 nömrəli, 16 iyul tarixli 208 nömrəli, 30 iyul tarixli 218 nömrəli fərmanları) 4.18-ci, 5.28-ci, 5.29-cu və 5.65-ci bəndlərində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 4.47-1-ci, 5.26-cı bəndlərində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 5.57-ci bəndində “dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, su nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, hava nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

19. “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli 909 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 870) 2-ci hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

20. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2087; 2017, № 1, maddə 42, № 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

20.1. həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin 3.1.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyasına” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin və 4.1-ci bəndindən “və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun” sözləri çıxarılsın;

20.2. həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin “Komissiyanın üzvləri” hissəsindən “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru” sözləri çıxarılsın.

21. “Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1259 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 203) 2-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 22-ci hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, “Administrasiyanın rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Nazirliyin yanında Dövlət Dəniz Agentliyinin direktoru, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi” sözləri ilə əvəz edilsin.

23. “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1391 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 795) 2-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

24. “Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 noyabr tarixli 1659 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1998) 2-ci hissəsində “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoruna” sözləri “Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə” sözləri ilə əvəz edilsin.

25. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2324; 2018, № 5, maddə 952, № 6, maddələr 1196, 1206; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 169 nömrəli Fərmanı) 1.1.1.43-cü və 1.12.1.3-cü yarımbəndlərində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, 1.1.1.44-cü yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilsin.

26. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 278; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 337) 2.2-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyasına” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin.

27. “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 657; 2012, №4, maddə 365, № 6, maddə 555; 2013, № 8, maddə 982; 2014, № 10, maddə 1226, №11, maddə 1414; 2016, № 2 (II kitab), maddə 250, № 9, maddə 1505; 2017, № 5, maddə 801; 2018, № 4, maddə 721) 3-cü, 12-ci və 13-cü hissələri ləğv edilsin.

28. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492; 2017, № 4, maddə 603) 3.5-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

29. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1125) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın 4.1.1.3-cü yarımbəndində “İcra orqanları” sütununda “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2018-ci il

№277

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909) ilə 4-cü bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status