![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı |
Qəbul edildiyi tarix |
05.11.2018 |
Qeydiyyat nömrəsi |
22/1 |
Adı |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
17.11.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201811150221 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
16.11.2018 |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən
Q Ə R A R A A L I R:
1. “Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri Elman Rüstəmov
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 03 may tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.10-cu yarımbənddə “Yenidənmaliyyələşdirmə” sözü “30 günədək yenidənmaliyyələşdirmə” sözləri ilə əvəz edilsin;
2. 3.2.3.5-ci yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.3.6-cı yarımbənd əlavə edilsin:
“3.2.3.6. rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak.”;
3. aşağıdakı məzmunda 3.2.4-cü yarımbənd əlavə edilsin:
“3.2.4. 20 (iyirmi) milyon manatdan yuxarı məbləğdə 360 günədək yenidənmaliyyələşdirmə kreditlərinin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir.”;
4. 5.1.3-cü və 5.2-ci yarımbəndlərdə “əmlak” sözündən sonra “və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak” sözləri əlavə edilsin.