100.070.000
![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ARXİV İDARƏSİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
06.11.2018 |
Qeydiyyat nömrəsi |
9 |
Adı |
“Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
17.11.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.180.010; 100.070.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201811060009 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
16.11.2018 |
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 15-ci hissəsini rəhbər tutaraq
KOLLEGİYA QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1 464-cü bəndin 2-ci sütununun “a” sətrindən “, texniki-peşə məktəbləri şagirdlərinin” sözləri çıxarılsın;
1.2. 528-ci bəndin 2-ci sütununda “və orta ixtisas təhsili müəssisələrinin, tam orta və peşə təhsili məktəblərinin” sözləri “, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
1.3. 531-ci və 534-cü bəndlərin 2-ci sütunlarında “tam orta və peşə təhsili məktəblərinin” sözləri “peşə və ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin.
2. İdarənin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsi bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını 3 gün ərzində təmin etsin.
İdarənin rəisi Əsgər Rəsulov