×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.11.2018
QEYDİYYAT NÖMRƏSİ
482
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 28 yanvar tarixli 15 nömrəli, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 38 nömrəli, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli, “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 41 nömrəli və “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14-11-2018, Nəşr Nömrəsi: 256), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2018, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2432)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.11.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201811080482
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.11.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 28 yanvar tarixli 15 nömrəli, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 38 nömrəli, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli, “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 41 nömrəli və “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.2-ci və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 358) ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın 4.3.1-ci yarımbəndində “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4, maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adına və 1-ci hissəsinə “müəssisələrinin” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin” sözləri əlavə edilsin;

2.2. preambulaya “artırılması” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri əlavə edilsin;

2.3. həmin Qərarla təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası” üzrə:

2.3.1. adına, 1.1-ci bəndinə (ikinci halda) və 1.3-cü bəndinə “müəssisələrinin” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin” sözləri əlavə edilsin;

2.3.2. 1.1-ci bəndə “artırılması” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri əlavə edilsin;

2.3.3. 1.4-cü bəndə hər iki halda və 1.6-cı bəndə ismin müvafiq hallarında “müəssisə” sözündən sonra ismin müvafiq hallarında “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

2.3.4. 1.11-ci bənd üzrə:

2.3.4.1. birinci cümləyə “orqanları” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

2.3.4.2. ikinci cümləyə “Şurası” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi müəssisə və təşkilatının Elmi Şurası” sözləri əlavə edilsin;

2.3.5. 2.1-ci bəndə, 2.4-cü bəndin birinci, ikinci cümlələrinə və 2.5-ci bəndin birinci cümləsinə ismin müvafiq hallarında “müəssisələri” sözündən sonra ismin müvafiq hallarında “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi” sözləri əlavə edilsin;

2.3.6. 2.7-ci bəndə “müəssisəsinə” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə” sözləri əlavə edilsin;

2.3.7. 2.8-ci bəndə “fakültənin” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasında isə müvafiq elmi müəssisə və təşkilatın” sözləri əlavə edilsin;

2.3.8. 2.9-cu bəndə “Bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilsin;

2.3.9. 2.14-cü bəndə “müəssisələrində” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri, “digərinə” sözündən sonra “və ya magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına və ya magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından təhsil müəssisəsinə” sözləri və “müəssisəsində” sözündən sonra “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin;

2.3.10. 2.15-ci bəndə “müəssisəsindən” sözündən sonra “və ya magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1349; 2018, № 3, maddə 612) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr”in ikinci sütununa “məktəblərində” sözündən sonra “, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:

“1.2-1. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.”;

4.2. 1.4-cü bəndə “Bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilsin;

4.3. 1.6-cı bəndin birinci cümləsində “dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində göstərilən hallar” sözləri ilə əvəz edilsin;

4.4. 1.8-ci bəndə “bakalavr” sözündən sonra “(əsas (baza ali) tibb təhsilinin)” sözləri əlavə edilsin;

4.5. Qaydalara 3 nömrəli əlavənin mətninə hər iki halda “bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 294; 2018, № 4, maddə 819) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1-ci bənddə, 2.1.2-ci yarımbənddə, 3.3-cü, 4.2-ci bəndlərdə və 5.3.1-ci yarımbənddə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin;

5.2. 1.2-ci bənddə “baza (əsas) ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin;

5.3. 3.1-ci bənddə “Baza ali” sözləri “Əsas (baza ali)” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482, № 10, maddə 1906, № 11, maddə 2177) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. “Şagird-məzun” dövlət elektron məlumat sistemi;”;

6.2. Qaydalara əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nın “Müraciətin doldurulması ilə bağlı qeydlər”in 3-cü hissəsi üzrə:

6.2.1. ikinci cümlədə “Baza ali” sözləri “Əsas (baza ali)” sözləri ilə əvəz edilsin;

6.2.2. dördüncü cümlədə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 8 noyabr 2018-ci il

                         № 482

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status