![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
15.11.2018 |
Qeydiyyat nömrəsi |
67 |
Adı |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2017-ci il 08 fevral tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nda dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
24.11.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
220.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201811150067 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
23.11.2018 |
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci 5 iyul tarixli 164 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
qərara alır:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2017-ci il 08 fevral tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nın 2.4.4-cü yarımbəndində “bakalavriat və rezidentura” sözləri “bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura)” sözləri ilə əvəz edilsin.
2. Hüquq və daxili nəzarət sektoruna (E.Əzizov) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın icrasına nəzarət nazir müavini R.Əliyevə həvalə edilsin.
Kollegiyanın sədri, Nazir
Kollegiyanın məsul katibi vəzifəsini müvəqqəti icra edən |
Oqtay Şirəliyev
Səbinə Əhmədova |