AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.11.2018
QEYDİYYAT NÖMRƏSİ
492
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 40 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli və “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 23-11-2018, Nəşr Nömrəsi: 264), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2018, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2442)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201811190492
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.11.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 40 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli və “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 151 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, maddə 125, № 8, maddə 782; 2011, № 5, maddə 455; 2012, № 5, maddə 487, № 7, maddə 776, № 9, maddə 921; 2013, № 6, maddə 575, № 8, maddə 1021, № 11, maddə 1462; 2015, № 4, maddələr 463, 467; 2016, № 2 (II kitab), maddə 386, № 4, maddə 810; 2017, № 4, maddələr 620, 646; 2018, № 5, maddə 1119; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 oktyabr tarixli 461 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.3-cü bəndinin beşinci abzasına “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344; 2014, № 8, maddə 1011, № 10, maddə 1301; 2017, № 6, maddə 1218; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 sentyabr tarixli 390 nömrəli, 9 oktyabr tarixli 431 və 432 nömrəli qərarları) ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası”nın 4.2-ci bəndinə “kateqoriyasına” sözündən sonra “(altkateqoriyasına)” sözü əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 80, № 9, maddə 695; 2002, № 8, maddə 544, № 11, maddə 675; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2013, № 8, maddə 1022; 2018, № 4, maddə 799; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 oktyabr tarixli 459 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 5.1-ci bəndinə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin.

4. Bu Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 19 noyabr 2018-ci il

   № 492

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status