×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.12.2018
QEYDİYYAT NÖMRƏSİ
518
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli, “Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli 65 nömrəli, “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 5 iyun tarixli 136 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 4 dekabr tarixli 255 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 23 yanvar tarixli 11 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 16 aprel tarixli 66 nömrəli və “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 80 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 05-12-2018, Nəşr Nömrəsi: 274), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2721)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.160.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201812010518
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.12.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli, “Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli 65 nömrəli, “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 5 iyun tarixli 136 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 4 dekabr tarixli 255 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 23 yanvar tarixli 11 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 16 aprel tarixli 66 nömrəli və “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 80 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 603; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 9, maddə 822; 2012, № 5, maddə 478; 2013, № 6, maddə 731; 2014, № 10, maddə 1312) ilə təsdiq edilmiş “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”nın 1.3-cü bəndinin ikinci cümləsinə “səlahiyyətləri daxilində,” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi,” sözləri əlavə edilsin və həmin cümlədə “, torpaq idarələr və baytarlıq xidməti” sözləri “və torpaq idarələri” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 627; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2012, № 5, maddə 483; 2015, № 2, maddə 227) ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”nın 3-cü hissəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 293; 2009, № 1, maddə 34; 2014, № 7, maddə 934; 2015, № 1, maddə 64, № 2, maddə 227; 2018, № 9, maddə 1937) aşağıdakı dəyişikliklər edilsin:

3.1. preambuladan “1.17-ci,” sözləri çıxarılsın;

3.2. həmin Qərarla təsdiq edilmiş “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları” üzrə:

3.2.1. II hissənin birinci abzasının ikinci cümləsindən və III hissənin birinci abzasından “Nəzarəti” sözü çıxarılsın;

3.2.2. II hissənin doqquzuncu abzasında “Azərbaycan Baytarlıq Preparatları Dövlət Elmi Nəzarət İnstitutuna” sözləri “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna” sözləri ilə əvəz edilsin;

3.2.3. III hissənin ikinci abzasında “Dövlət Baytarlıq Təchizatı Birliyi” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”nin II hissəsinin üçüncü abzasına “heyvanların” sözündən sonra “identikləşdirilməsi (kodlaşdırılması)” sözləri əlavə edilsin və həmin abzasda “identikləşdirilməsi (kodlaşdırılması)” sözləri “qeydiyyatı” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 iyun tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 564) ilə təsdiq edilmiş “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın II hissəsinin 2.5-ci bəndində “müvafiq rayon baytarlıq idarələrinin rəhbərinin” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 823; 2015, № 2, maddə 227) ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3-cü hissə üzrə:

5.1.1. dördüncü abzasda “yerli dövlət baytarlıq orqanlarını” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrini” sözləri ilə əvəz edilsin;

5.1.2. doqquzuncu abzasda “dövlət baytarlıq orqanına” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilsin;

5.2. 5.4-cü bənddə “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;

5.3. 6-cı hissə üzrə:

5.3.1. birinci abzasda “Dövlət baytarlıq orqanları” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;

5.3.2. dördüncü abzasın sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

5.3.3. beşinci abzas ləğv edilsin.

6. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1147; 2008, № 7, maddə 673; 2014, № 7, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:

6.1. preambuladan “1.19-cu,” sözləri çıxarılsın;

6.2. 1-ci hissədə “ekspertizası və diaqnostika müayinələrinin” sözləri “ekspertizasının” sözü ilə əvəz edilsin;

6.3. həmin Qərarla təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları” üzrə:

6.3.1. adında və 1.1-ci bənddə “ekspertizası və diaqnostika müayinələrinin” sözləri “ekspertizasının” sözü ilə əvəz edilsin;

6.3.2. 1.2-ci bənddən “və diaqnostikası” sözləri çıxarılsın;

6.3.3. 2-ci hissə üzrə: 

6.3.3.1. adından və birinci abzasından “və diaqnostikasının” sözləri çıxarılsın;

6.3.3.2. dördüncü və beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

“heyvan mənşəli məhsullar – insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsullar;

heyvan mənşəli xammal – gön, dəri, yun, tük, qıl, lələk, sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatları;”;

6.3.4. 3-cü hissənin adından “və diaqnostik müayinələrinin” sözləri çıxarılsın;

6.3.5. 3.2-ci bəndin ikinci cümləsindən “diaqnostik” sözü çıxarılsın;

6.3.6. 3.6-cı bənddən “və diaqnostika müayinələri” sözləri çıxarılsın;

6.3.7. 4-cü hissənin adından “və diaqnostik müayinələrin” sözləri çıxarılsın;

6.3.8. 4.1-ci bəndin birinci cümləsindən “diaqnostik müayinələrin yekun nəticələrinə” sözləri çıxarılsın;

6.3.9. 4.3-cü bənddən “diaqnostik müayinə nəticəsində” sözləri çıxarılsın;

6.3.10. 4.4-cü bəndin ikinci cümləsində “(diaqnostik müayinənin və digər sınaqların)”, “(diaqnostik müayinəni)” və “müayinələrə” sözləri çıxarılsın.

7. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 55; 2009, № 1, maddə 34; 2015, № 2, maddə 227) aşağıdakı dəyişikliklər edilsin:

7.1. preambuladan “1.20-ci,” sözləri çıxarılsın;

7.2. həmin Qərarla təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları” üzrə:

7.2.1. 2.2-ci bənddə “dövlət baytarlıq orqanının” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin (bundan sonra - regional bölmə)” sözləri ilə əvəz edilsin;

7.2.2. 2.3-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Regional bölmənin” sözləri ilə əvəz edilsin;

7.2.3. 4.1-ci bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə və “baytarlıq orqanlarına” sözləri “regional bölmələrə” sözləri ilə əvəz edilsin;

7.2.4. 4.3-cü bənddə “dövlət baytarlıq orqanları” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 63; 2008, № 7, maddə 673; 2015, № 2, maddə 227) aşağıdakı dəyişikliklər edilsin:

8.1. preambuladan “1.18-ci,” sözləri çıxarılsın;

8.2. 1-ci hissədə “Heyvanların karantin xəstəliklərinin statistik uçotunun və kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması, habelə dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi” sözləri “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması” sözləri ilə əvəz edilsin;

8.3. həmin Qərarla təsdiq edilmiş “Heyvanların karantin xəstəliklərinin statistik uçotunun və kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması, habelə dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi Qaydaları” üzrə:

8.3.1. adında “Heyvanların karantin xəstəliklərinin statistik uçotunun və kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması, habelə dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi” sözləri “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması” sözləri ilə əvəz edilsin;

8.3.2. 1.1-ci bənddən “1.18-ci,” sözləri çıxarılsın və həmin bənddə “heyvanların karantin xəstəliklərinin statistik uçotunun aparılması, kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi, habelə dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin identikləşdirilməsi yollarını” sözləri “heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydalarını” sözləri ilə əvəz edilsin;

8.3.3. 1.3-cü bənd, 3-cü və 4-cü hissələr ləğv edilsin;

8.3.4. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Heyvanların identikləşdirilməsi (kodlaşdırılması) xərcləri mülkiyyətçilərin vəsaiti hesabına maliyyələşdirilir.”;

8.3.5. 1.5-ci bənddən “, heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsullar və xammal istehsal, emal, saxlanma və satış obyektlərinin” sözləri çıxarılsın;

8.3.6. 1.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“1.6. Heyvanların identikləşdirilməsi (kodlaşdırılması) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir.”;

8.3.7. 2.2-ci bənddə “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

8.3.8. 2.10-cu bəndin ikinci abzasında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri və üçüncü abzasında “dövlət baytarlıq orqanı” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

8.3.9. Qaydalara 1 nömrəli əlavənin yuxarı sağ küncündə “Heyvanların karantin xəstəliklərinin statistik uçotunun və kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması, habelə dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin uçotunu aparmaq üçün onların identikləşdirilməsi” sözləri “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması” sözləri ilə, adında “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Rayon (şəhər) Baytarlıq İdarəsi” sözləri “Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi” sözləri ilə əvəz edilsin və mətnindən “Rayon (şəhər)” sözləri çıxarılsın;

8.3.10. Qaydalara 2 və 3 nömrəli əlavələr ləğv edilsin;

8.4. həmin Qərarla təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları” üzrə:

8.4.1. 2.10-cu bənddə “ərazinin dövlət baytarlıq orqanına” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinə” sözləri ilə əvəz edilsin;

8.4.2. 2.16-cı bənddə “baytarlıq xidməti” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

8.4.3. 2.18-ci bənddə “dövlət baytarlıq orqanlarının” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;

8.5. həmin Qərarla təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması Qaydaları”nın 2.6-cı bəndində “baytar” sözü və 2.8-ci bəndində “baytarlıq xidməti” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;

8.6. həmin Qərarla təsdiq edilmiş “Baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı forması və təqdim edilməsi Qaydası” üzrə:

8.6.1. 2-ci hissədə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri “Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

8.6.2. 3-cü hissədə “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

8.6.3. Qaydaya əlavə - “Baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı Forması”nda ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 392; 2008, № 1, maddə 39, № 2, maddə 116, № 5, maddə 448, № 7, maddə 673; 2010, № 2, maddə 148; 2014, № 7, maddə 940; 2015, № 2, maddə 227) aşağıdakı dəyişikliklər edilsin:

9.1. preambuladan “1.10-cu, 1.11-ci,” sözləri çıxarılsın;

9.2. 1-ci hissədən “, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi” sözləri çıxarılsın;

9.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları” üzrə:

9.3.1. adından “, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi” sözləri çıxarılsın;

9.3.2. 1.1-ci bənddən “1.10-cu, 1.11-ci,” sözləri və “, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi” sözləri çıxarılsın;

9.3.3. 1.2-ci bənd və 11-ci hissə ləğv edilsin;

9.3.4. 1.4-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri “Qida Təhlükəsizliyi Agentliyində (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

9.3.5. 2.7-ci bənddə, 3.13-cü bəndin birinci, ikinci cümlələrində, 4.5-ci bəndin beşinci abzasında, 7.2-ci bənddə, 7.3-cü bəndin birinci abzasının birinci cümləsində, 8.1-ci bənddə, 8.2-ci bəndin birinci, ikinci cümlələrində və 8.11-ci bəndin üçüncü cümləsində ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

9.3.6. 3.1-ci bənddə “Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu” sözləri “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” sözləri ilə əvəz edilsin;

9.3.7. 3.4-cü, 3.5-ci, 3.16-cı bəndlərdə ismin müvafiq hallarında “İnstitutun Elmi Şurası” sözləri ismin müvafiq hallarında “İnstitut” sözü ilə əvəz edilsin;

9.3.8. 3.7-ci bənddə “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Agentlik” sözü ilə və “NTS-nin” abreviaturası “normativ texniki sənədlərin (bundan sonra - NTS)” sözləri ilə əvəz edilsin;

9.3.9. 3.17-ci bənddə “Elmi Şura” sözləri “İnstitut” sözü ilə və “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;

9.3.10. 3.18-ci bəndin birinci abzasında (hər iki halda), ikinci abzasının birinci, ikinci cümlələrində ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə və ikinci abzasının birinci cümləsində “İnstitutun Elmi Şurasında” sözləri “İnstitutda” sözü ilə əvəz edilsin;

9.3.11. 8.15-ci bəndin birinci abzasında “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;

9.3.12. 9.2-ci bənddə “Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin imzası və möhürü olan vərəq yapışdırmaqla və ya surğucla möhürləməklə” sözləri “Agentliyin imzalı və möhürlü vərəqi yapışdırılmaqla və ya surğucla möhürlənməklə” sözləri ilə əvəz edilsin;

9.3.13. Qaydalara 1-6 nömrəli əlavələrin yuxarı sağ künclərindən “, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi” sözləri çıxarılsın;

9.3.14. Qaydalara 2 nömrəli əlavənin on doqquzuncu və 4 nömrəli əlavənin iyirmi altıncı abzaslarından “(elmi tədqiqat müəssisəsinin, laboratoriyanın) Elmi Şurasının” sözləri çıxarılsın;

9.3.15. Qaydalara 6 nömrəli əlavənin ikinci abzasında “Dövlət Baytarlıq Nəzarəti Xidməti rəhbərliyinə” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilsin;

9.4. həmin Qərarla təsdiq edilmiş “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nın 3.4-cü bəndinin birinci, ikinci cümlələrində və 3.6-cı bəndində ismin müvafiq hallarında “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ismin müvafiq hallarında “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

10. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 550; 2008, № 7, maddə 673; 2009, № 1, maddələr 32, 34; 2015, № 2, maddə 227, № 7, maddə 886) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1-ci hissədə “təbabəti” sözü “xidməti” sözü ilə və “dövlət baytarlıq orqanlarının” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;

10.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması” üzrə ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

10.3. həmin Qərarla təsdiq edilmiş “Özəl baytarlıq təbabəti müəssisələri tərəfindən baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması, onların xidmət etdiyi hüquqi və fiziki şəxslərə, dövlət baytarlıq orqanlarının yerli bölmələrinə hesabatların təqdim edilməsi Qaydaları” üzrə:

10.3.1. adında “təbabəti” sözü “xidməti” sözü ilə və “dövlət baytarlıq orqanlarının” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;

10.3.2. 1.1-ci bənddə “təbabəti” sözü “xidməti” sözü ilə və “dövlət baytarlıq orqanlarının” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;

10.3.3. 2.1-ci bənddə “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon (şəhər)” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;

10.3.4. 3.2-ci bənddə “dövlət baytarlıq orqanlarının” sözləri və 3.3-cü bənddə “dövlət baytarlıq orqanının” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 1 dekabr 2018-ci il

                         № 518

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status