AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.11.2018
QEYDİYYAT NÖMRƏSİ
508
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 30-11-2018, Nəşr Nömrəsi: 270), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2018, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2457)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201811280508
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.12.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə 2239; 2017, № 3, maddələr 473, 509, № 9, maddələr 1731, 1764; 2018, № 2, maddə 348, № 5, maddə 1117, № 6, maddələr 1359, 1361, № 9, maddələr 1911, 1931) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na aşağıdakı məzmunda 22.3-cü bənd əlavə edilsin:

 

22.3.

“Şagird-məzun” dövlət elektron məlumat sistemi

 

2. “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 744; 2015, № 7, maddə 882; 2018, № 9, maddə 1902) aşağıdakı dəyişikliklər edilsin:

2.1. birinci abzas 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;

2.2. həmin Qərarla təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın 2.2.4-cü yarımbəndinin “Qeyd”inə birinci halda “orta” sözündən əvvəl “ümumi” sözü və “ümumtəhsil internat məktəbləri” sözlərindən sonra “, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri” sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 28 noyabr 2018-ci il

   № 508

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status