×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.12.2018
QEYDİYYAT NÖMRƏSİ
387
ADI
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11-12-2018, Nəşr Nömrəsi: 279), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2544)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201812100387
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.12.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli 229 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

4. “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

5. Müəyyən edilsin ki:

5.1. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (bundan sonra – DOST Agentliyi) nizamnamə fondu 10 (on) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

5.2. DOST Agentliyinin aparatının işçilərinin say həddi 312 ştat vahididir;

5.3. “DOST” mərkəzləri işçilərinin say həddini, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

6. DOST Agentliyinin, o cümlədən “DOST” mərkəzlərinin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:

6.1. dövlət büdcəsi;

6.2. fəaliyyətindən əldə edilən gəlir;

6.3. işsizlikdən sığorta fondunun büdcəsi;

6.4. dövlət sosial müdafiə fondunun büdcəsi; [1]

6.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Məşğulluq haqqında” və ”İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının pozulmasına görə tətbiq olunan cərimələrdən, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən tətbiq edilən maliyyə sanksiyalarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülən vəsaitdən ayırmalar;

6.6. kreditlər, qrantlar, ianələr;

6.7. qanunla qadağan olunmayan digər mənbələr.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. “DOST” mərkəzlərində ödənişli xidmətlər göstərilməsinin qanuni əsaslarına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. “DOST” mərkəzlərinin nümunəvi nizamnaməsi”ni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icra vəziyyəti barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

8.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

8.2. “DOST” mərkəzləri publik hüquqi şəxslərin yaradılmasını təmin etsin;

8.3. “DOST” mərkəzlərində göstərilən xidmətlərin Nazirliyin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlamenti üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə “DOST” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlərin hər il üçün tərtib edilən Dövlət İnvestisiya Proqramında nəzərdə tutulması üçün tədbirlər görülməsini təmin etsin;

8.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Agentliyin, habelə “DOST” mərkəzlərinin sayı və göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, onların saxlanılması ilə bağlı xərclərin hər il üçün tərtib edilən dövlət büdcəsində, işsizlikdən sığorta fondunun büdcəsində, dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etsin; [2]

8.6. strukturuna daxil olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi, maddi–texniki bazasının və işçilərinin əməyinin stimullaşdırılmasının gücləndirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Bu Fərmanın 8.2-ci bəndində göstərilən “DOST” mərkəzlərində təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini “DOST” mərkəzinin nizamnaməsinin təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, icra orqanlarının yaradılmasına və onların səlahiyyətlərinin müəyyənləşdirilməsinə, habelə yenidən təşkilinə və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər məsələlərə münasibətdə isə Agentlik həyata keçirsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 dekabr 2018-ci il

   387

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi

 

1. Ümumi müddəalar

 

1.1. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Agentlik) “DOST” mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin (bundan sonra – xidmətlər) “DOST” mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik Nazirliyin tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Agentlik bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, loqotipi (emblemi), üzərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyətinin məqsədi və istiqamətləri

 

2.1. Agentliyin fəaliyyətinin məqsədi “DOST” mərkəzlərində xidmətlər göstərilməsini təşkil etməkdən, “DOST” mərkəzlərini idarə etməkdən, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirməkdən, müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılması ilə bağlı tədbirlər görməkdən ibarətdir.

2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. “DOST” mərkəzlərini idarə etmək, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;

2.2.2. “DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün tədbirlər görmək;

2.2.3. “DOST” mərkəzlərinin inkişafını, həmin mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, onların elektron qaydada həyata keçirilməsini və təkmilləşdirilməsini, habelə innovasiyaların tətbiqini təmin etmək;

2.2.3-1. övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək; [3]

2.2.4. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə tədbirlər görmək.

 

3. Agentliyin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. “DOST” mərkəzlərinin fəaliyyətinin təşkilini təmin etmək və onları idarə etmək;

3.1.1-1. övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək; [4]

3.1.1-2. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək; [5]

3.1.2. “DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi ilə bağlı tədbirlər görmək, həmçinin Nazirliyin müvafiq qurumlarının fəaliyyətinin “DOST” mərkəzlərində təşkili ilə bağlı təkliflər vermək və həmin xidmətlərin Nazirliyin müvafiq qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsini təmin etmək;

3.1.3. “DOST” mərkəzlərinin fəaliyyətinə nəzarət etmək;

3.1.4. “DOST” mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparmaq, habelə “DOST” mərkəzlərinin fəaliyyətini qiymətləndirmək, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təkmilləşdirilməsi və prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və onların həyata keçirilməsi məqsədilə tədbirlər görmək; [6]

3.1.5. “DOST” mərkəzlərində xidmətlərin səyyar formada göstərilməsinin təşkili üçün tədbirlər görmək;

3.1.6. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;

3.1.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq; [7]

3.1.8. sosial müdafiəyə və təminata ehtiyacı olan şəxslər arasında sorğular keçirmək, onların problemlərini öyrənmək, hüquqlarının qorunması, ehtiyaclarının qarşılanması ilə bağlı təkliflər hazırlamaq;

3.1.9. Nazirliyin aidiyyəti qurumları ilə birlikdə sosial müdafiə və təminat tədbirlərinin ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında, təkmilləşdirilməsində və həyata keçirilməsində iştirak etmək;

3.1.10. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.11. müvafiq sahədə göstərilən xidmətlərin tam elektronlaşdırılmasını təmin etmək məqsədilə təkliflər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;

3.1.12. “DOST” mərkəzlərində göstərilən xidmətlə bağlı müraciət edildiyi vaxt müraciətə baxmaq və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi mümkün olduğu hallarda yerində qərar qəbul etmək;

3.1.13. Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə müvafiq sahədə xidmətlərin elektron qaydada göstərilməsi üçün informasiya sistemləri yaratmaq, onların fəaliyyətini və digər dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək;

3.1.14. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.15. əməkdaşların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək, o cümlədən “DOST” mərkəzlərində vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etika kurslarının təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər bacarıqları inkişaf etdirən təlimlərin həyata keçirilməsini təşkil etmək;

3.1.16. “DOST” mərkəzlərində göstərilən xidmətlərin təkmilləşdirilməsi və müvafiq sahədə vətəndaşlara dəstək məqsədilə layihə və proqramlar həyata keçirmək, bunun üçün müvafiq dövlət və özəl maliyyə institutları ilə, habelə hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək;

3.1.17. “DOST” mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar aidiyyəti normativ hüquqi aktlar barədə izahedici və məlumatlandırıcı yenilikləri kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq operativ şəkildə əhaliyə təqdim etmək;

3.1.18. “DOST” mərkəzlərinin fəaliyyətinə könüllüləri (xüsusən də gənc mütəxəssisləri və tələbələri) cəlb etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək, bu məqsədlə təhsil müəssisələri ilə, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək; [8]

3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.21. Nazirliyin, Agentliyin və “DOST” mərkəzlərinin fəaliyyəti və göstərilən xidmətlərlə bağlı əhalini operativ məlumatlandırmaq məqsədilə kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatı təmin etmək, habelə “çağrı mərkəzi” yaratmaq və onun səmərəli fəaliyyətini təşkil etmək;

3.1.22. fəaliyyət istiqamətlərinə aid sahələrdə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək, onların həyata keçirilməsində iştirak etmək;

3.1.23. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.24. fəaliyyəti ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınması, həmçinin müvafiq sahədə ehtiyacların qarşılanması üçün qanunla müəyyən edilmiş qaydada müsabiqələr keçirmək və müqavilələr bağlamaq;

3.1.25. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar, komissiyalar yaratmaq;

3.1.26. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.27. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.28. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.29. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. “DOST” mərkəzlərinin fəaliyyətinin səmərəli təşkili, o cümlədən “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısının təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.2.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.3. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.4. müvafiq sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.5. müvafiq sahədə beynəlxalq tədbirləri Azərbaycan Respublikasında keçirmək;

3.2.6. müvafiq sahədə təlim, məsləhət, informasiya xidmətlərinin göstərilməsini təşkil etmək məqsədilə Agentliyin və ya “DOST” mərkəzlərinin tabeliyində müvafiq inkişaf mərkəzləri və fondlar yaratmaq;

3.2.7. müvafiq sahədə stimullaşdırıcı tədbirlər və müsabiqələr təşkil etmək, qalibləri mükafatlandırmaq;

3.2.8. müvafiq sahədə xidmətlər göstərilməsində innovasiyaların tətbiqi ilə əlaqədar təkliflər hazırlamaq, onların həyata keçirilməsində iştirak etmək, bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə, hüquqi şəxslər, təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarla əməkdaşlıq etmək;

3.2.9. vətəndaşlara (çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər, o cümlədən səyyar xidmətlər göstərmək;

3.2.10. müvafiq sahənin inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarla əməkdaşlıq əsasında həyata keçirilməsini təşkil etmək;

3.2.11. müvafiq sahədə infrastruktur obyektlərinin və göstərilən xidmətlərin monitorinqini aparmaq, onların inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; [9]

3.2.12. müvafiq sahədə ixtisaslı kadrlara dair məlumat bazası yaratmaq;

3.2.13. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.14. müvafiq sahədə digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyət göstərmək, o cümlədən vətəndaşlara xidmət, sosial innovasiyalar və məşğulluğa dəstək istiqamətində mövcud infrastrukturdan və şəbəkədən əlaqəli şəkildə istifadə etmək;

3.2.15. Agentliyin işçilərinə və “DOST” mərkəzlərinə icrası məcburi olan göstərişlər vermək və bunlardan irəli gələn digər tədbirlər görmək;

3.2.16. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.17. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq; [10]

3.2.18. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.19. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.20. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.21. Nazirliyin digər qurumlarının işçilərini “DOST” mərkəzlərində xidmətlərin yerinə yetirilməsinə cəlb etmək, onların əməyinin stimullaşdırılmasını gücləndirmək məqsədilə əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün təkliflər vermək;

3.2.22. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.23. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Agentliyin idarə olunması

 

4.1. Agentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

4.3. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura, onun sədri də daxil olmaqla 7 üzvdən: Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrindən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrindən, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının Prezidentindən və Nazirliyin bir nümayəndəsindən ibarət tərkibdə yaradılır. Şuranın sədri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.2. Agentliyin fəaliyyətinə nəzarət etmək;

4.7.3. müəyyən edilmiş struktur və işçilərinin say həddi daxilində Agentliyin aparatının, “DOST” mərkəzlərinin və digər struktur bölmələrinin strukturunu təsdiq etmək;

4.7.4. Agentliyin əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq etmək, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə, o cümlədən Nazirliyin digər qurumlarından “DOST” mərkəzlərinə cəlb edilmiş işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini təsdiq etmək;

4.7.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə Agentliyin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.9. Şura üzvlərinin və İdarə Heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.10. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə baxmaq və müvafiq tədbirlər görmək;

4.7.13. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.14. Nazirliyin təsisçi kimi səlahiyyətlərinin həyata keçirilməsi üçün ona təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək.

4.8. Şuranın sədri ildə azı dörd dəfə olmaqla Şuranın iclaslarını çağırır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir (bu Nizamnamənin 4.10-cu bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın iclasında İdarə Heyətinin sədri də iştirak edir.

4.10. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və səsvermədə iştirak etməməlidir.

4.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.12. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.13. Şuranın sədri:

4.13.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.13.2. Agentliyin İdarə Heyətinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;

4.13.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.13.4. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.13.5. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.14. Şuranın üzvləri:

4.14.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.14.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.14.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.14.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.14.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.15. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.16. Agentliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti Şuranın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 üzvdən – İdarə Heyətinin sədri və iki üzvdən ibarətdir.

4.17. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini sədrin müəyyən etdiyi üzv həyata keçirir.

4.18. İdarə Heyətinin iclasları ayda azı iki dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir (bu Nizamnamənin 4.10-cu bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). İdarə Heyətinin iclasında qərarlar, hər üzvün bir səsi olmaqla, sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nizamnamənin 4.10–4.12-ci bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.

4.19. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.19.1. Agentliyin fəaliyyətini təşkil edir;

4.19.2. Şuranın qərarlarını icra edir;

4.19.3. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

4.19.4. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.19.5. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.19.6. bu Nizamnamənin 3.1.26-cı yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.19.7. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.19.8. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;

4.19.9. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.20. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.20.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.20.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.20.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.20.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.20.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.20.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.20.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.20.8. Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə “DOST” mərkəzlərinin və tabeliyindəki digər qurumların işçilərini (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) Şuranın sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

4.20.9. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.20.10. Bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.20.11. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.20.12. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.20.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq komissiyalar, komitələr və işçi qruplar yaradır;

4.20.14. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.20.15. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının, “DOST” mərkəzlərinin, Agentliyin digər qurumlarının ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.20.16. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir.

4.21. İdarə Heyətinin üzvləri:

4.21.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.21.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.21.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.21.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təklif verirlər;

4.21.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.22. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 

5.1. Agentliyin nizamnamə fondunun məbləği 10 (on) milyon manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, büdcədənkənar dövlət fondlarının vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, “DOST” mərkəzlərinin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

 

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura həyata keçirir.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir

 

7. Agentlikdə uçot və hesabat

 

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

8. Agentliyin yenidən təşkili və ləğvi

 

Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin strukturu

 

1. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Aparatı

2. “DOST” mərkəzləri.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı

 

Sıra

№-si

Xidmətlərin adı

1

2

1.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi

2.

Əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər

2.1.

əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi

2.2.

yeni və yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat - pasportun verilməsi

2.3.

işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi

2.4.

müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi

2.5.

əmək və sosial qanunvericiliklə bağlı təlimlərin təşkil edilməsi

2.6.

əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi

3.

Əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər [11]

3.1.

əlilliyin qiymətləndirilməsi, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi [12]

3.2.

əlilliyi olan şəxsin xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi:

3.2.1.

əlilliyi olan şəxsin xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi üçün tibbi göstərişin verilməsi

3.2.2.

xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlilliyi olan şəxslərin avtomobil və ya motorlu araba ilə təmin edilməsi məqsədilə növbəyə götürülməsi [13]

3.3.

istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün, qeyd edilən hadisələrlə əlaqəsinin müəyyənləşdirilməsi

3.4.

əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiya vasitələri ilə təmin edilməsi [14]

3.5.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki əlilliyi olan şəxslərin bərpa-müalicə mərkəzlərinə tibbi göndəriş verilməsi

3.6.

sosial-pedaqoji xidmət göstərilməsi üçün müraciətin qəbulu

3.7.

fərdi reabilitasiya və abilitasiya proqramının tərtib edilməsi

3.8.

sosial-psixoloji xidmət göstərilməsi

3.9.

əlilliyi olan şəxsə əmək zəmanətinin müəyyən edilməsi

3.10.

istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığortaolunana əlavə sığorta ödənişinin verilməsi

4.

Məşğulluq sahəsində göstərilən xidmətlər

4.1.

işçilərin sayı və ştatların ixtisarı zamanı işdən çıxarılacaq işçilər haqqında rəsmi məlumatın qəbul edilməsi

4.2.

əmək birjası vasitəsilə məşğulluq xidmətlərinin göstərilməsi

4.3.

əmək yarmarkalarının təşkil edilməsi

4.4.

vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması barədə göndərişlərin verilməsi

4.5.

vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi [15]

4.6.

işsizlikdən sığorta ödənişinin təyin edilməsi

4.7.

peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün təyin edilməsi

4.8.

işsiz şəxslərə münasib işə dair göndərişin verilməsi və vakant iş yerinin tutulub-tutulmamasına dair işəgötürənin qərarının qəbul edilməsi

4.9.

fərdi məşğulluq proqramının hazırlanması

4.10.

özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilməsi (məsləhət və məlumat verilməsi, təlimlər keçirilməsi, monitorinq aparılması və biznes planların hazırlanması) [16]

4.11.

peşə kurslarının təşkil edilməsi, işaxtaran və işsiz şəxslərin peşə hazırlığına cəlb olunması üçün göndəriş verilməsi [17]

4.12.

peşəyönümü məsləhətlərinin verilməsi

4.13.

sosial iş yerləri üzrə əməkhaqlarının qismən maliyyələşdirilməsi

4.14.

vətəndaşların kvota yerləri üzrə işlə təmin edilməsi

4.15.

işaxtaran və işsiz şəxslərə vakansiyalar haqqında məlumat verilməsi

5.

Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər

5.1.

əmək pensiyalarının təyin edilməsi, o cümlədən:

5.1.1.

yaşa görə, o cümlədən:

1.

ümumi qaydada

2.

güzəştli şərtlərlə

3.

5 və daha çox uşağı doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara [18]

4.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlara [19]

5.

ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə [20]

5.1.2.

ailə başçısını itirməyə görə

5.1.3.

əlilliyə görə

5.1.4.

azadlıqdan məhrum olunmuş vətəndaşlara

5.1.5.

əmək pensiyasının bir növündən başqa növünə keçirilmə

5.1.6.

əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanması

5.1.7.

hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə

5.1.8.

dövlət qulluqçularına və digər kateqoriyadan olan şəxslərə

5.1.9.

xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına

5.1.10.

xaricə köçmüş şəxslərə əmək pensiyasının ödənilməsi

5.1.11.

beynəlxalq müqavilələr üzrə pensiyanın təyin edilməsi

5.1.12.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitin xüsusi hesaba köçürülməsi

5.2.

sosial müavinətlərin (müavinətlərin) təyin edilməsi, o cümlədən:

5.2.1.

birdəfəlik müavinətlərin təyin edilməsi, o cümlədən:

1.

uşağın anadan olmasına görə

2.

dəfn üçün

3.

radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün

4.

cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə

5.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün [21]

5.2.2.

aylıq müavinətlərin təyin edilməsi, o cümlədən:

1.

dövlət qulluqçularına ömürlük müavinət

2.

bir yaşınadək uşağı olan aztəminatlı ailələrə

3.

beşdən çox uşağı olan qadınlara 

4.

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)

4-1.

övladlığa götürülən uşağa, o cümlədən övladlığa götürülən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; [22]

5.

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara

6.

üç yaşınadək uşağa qulluğa görə

7.

vəfat etmiş Azərbaycan Respublikasının keçmiş prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına

8. [23]

yaşa görə, o cümlədən:

8.1.

5 və daha çox uşağı doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara [24]

8.2.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlara [25]

8.3.

ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə [26]

9.

əlilliyə görə, o cümlədən:

9.1.

ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyə görə

9.2.

Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyə görə

9.3.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyə görə

10.

ailə başçısını itirməyə görə, o cümlədən:

10.1.

vəfat etmiş şəxsin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşdan yuxarı əlilliyi müəyyən edilmiş övladına [27]

10.2.

vəfat etmiş şəxsin 8 yaşadək uşaqlarına baxan və işləməyən şəxsə

10.3.

vəfat etmiş şəxsin uşağına

11. [28]

bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə, o cümlədən:

11.1.

ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə

11.2.

1941–1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə

11.3.

1941–1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə

11.4.

İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə

11.5. [29]

başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə

11.6.

şəhid ailəsi üzvlərinin hər birinə

11.7.

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara

12.

müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına [30]

5.2.3.

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

5.2.4.

hamiləliyə və doğuşa görə

5.2.5.

özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə

6.

Ünvanlı dövlət sosial yardımın təyin edilməsi

7.

Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi, o cümlədən:

7.1.

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə [31]

7.1-1.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə

7.2.

20 Yanvar şəhidi ailəsinə

7.3.

şəhid ailəsinə

7.4.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

7.5.

“xalq” və “əməkdar” fəxri adlara görə

7.6.

müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, o cümlədən: [32]

7.6.1.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə [33]

7.6.2.

hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə

7.6.3.

Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə

7.6.4.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə

7.7.

1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə [34]

7.8.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə

7.9.

ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) [35]  

7.9-1.

ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə [36]

7.10.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına)

7.11.

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə

7.12.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara qulluq edən şəxslərə [37]

7.13.

müharibə veteranlarına [38]

7.14.

əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə

8.

Sığortaolunanların fərdi uçota alınması və uçotdan çıxarılması

8.1.

sığortaolunanın fərdi uçota alınması və uçotdan çıxarılması

8.2. [39]

sosial sığorta şəhadətnaməsinin verilməsi, dəyişdirilməsi və ya dublikatının verilməsi

8.3.

sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatın verilməsi

8.4.

sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarına dair izahat verilməsi

8-1.

Dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi [40]

9.

Sosial xidmət sahəsində göstərilən xidmətlər

9.1.

müəyyən yaşayış yeri olmayan şəxslərin müvəqqəti sığınacaqla təmin olunması

9.2.

əlilliyi olan gənclərin peşə-reabilitasiya mərkəzlərinə qəbul edilməsi

9.3.

məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi

9.4.

baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial xidmət müəssisələrinə qəbul edilməsi

9.5.

insan alveri qurbanlarının sosial reabilitasiyasının təşkil edilməsi

9.6.

sosial hüquqi xidmətlərin göstərilməsi

9.7.

imtiyazlı şəxslərin sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsi

9.8.

təhsilə cəlb olunmayan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi [41]

9.9.

xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi

9.10.

ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi

9.11.

dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının “Məzun evi” sosial müəssisəsində mənzillə təmin edilməsi

9.12.

yetkinlik yaşına çatmayan görmə imkanı məhdud şəxslərin sosial reabilitasiyasının və abilitasiyasının həyata keçirilməsi məqsədilə bərpa mərkəzlərinə qəbul edilməsi

9.13.

penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbul edilməsi

9.14.

məhkumların məhkumlar üçün reabilitasiya mərkəzinə qəbul edilməsi

9.15.

sosial məişət xidmətlərinin göstərilməsi

9.16.

“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi

9-1.

Övladlığagötürmə sahəsində xidmətlər [42]

9-1.1.

övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi

9-1.2.

övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi

10.

Funksional yardımçı xidmətlər

10.1.

bank xidmətləri:

10.1.1.

cari bank hesablarının açılması

10.1.2.

dövlət rüsumlarının və xidmət haqlarının qəbul edilməsi

10.2.

inzibati xətalara dair cərimələrin qəbul edilməsi

10.3.

hüquqi yardım xidmətləri, o cümlədən:

10.3.1.

hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi

10.3.2.

məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi

10.3.3.

ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi

10.4.

bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər

10.5.

rəsmi internet informasiya ehtiyatı vasitəsilə göstərilən xidmətlər

10.5.1.

real vaxt rejimində növbənin tutulması

10.5.2.

vətəndaş müraciətlərinin real vaxt rejimində qəbul edilməsi və cavablandırılması

10.5.3.

“DOST” mərkəzlərində göstərilən bütün xidmətlərlə bağlı vətəndaşların məlumatlandırılması

10.5.4.

Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən mərkəzlərdə göstərilən xidmətlərlə bağlı müraciətlərin qəbulunun və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkili

10.6.

“DOST” mərkəzlərində quraşdırılan xüsusi terminallar vasitəsilə göstərilən xidmətlər

10.6.1.

mobil rabitə və internet xidmətlərinin ödənişi

10.6.2.

kommunal xidmətlərin ödənişi

10.6.3.

kredit və sığorta ödənişlərinin həyata keçirilməsi

10.7.

sığorta xidmətləri:

10.7.1.

avtomobillərin sığortası

10.7.2.

daşınmaz əmlakın sığortası

10.8.

notariat xidmətinin təşkil edilməsi

10.9.

mediasiya xidmətlərinin təşkili [43]

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

“DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli 229 nömrəli Fərmanının 5.3-cü bəndinin icrası məqsədilə hazırlanmışdır və məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin (bundan sonra – xidmətlər) “DOST” mərkəzlərində (bundan sonra – mərkəz) göstərilməsi qaydasını müəyyən edir.

1.2. Mərkəzdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir.

1.3. Mərkəzdə xidmətlər birbaşa (yerində) xidmət, özünəxidmət, “çağrı mərkəzi” vasitəsilə xidmət və səyyar xidmət formasında, habelə qanunazidd olmayan digər formalarda təşkil edilir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. birbaşa (yerində) xidmət – vətəndaşın müraciətinə əsasən, ona bilavasitə mərkəzdə xidmət göstərilməsi;

2.1.2. özünəxidmət – mərkəzdə daim internetə açıq olan kompüterlər və ya mərkəzdə quraşdırılmış xüsusi köşklər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı;

2.1.3. “çağrı mərkəzi” vasitəsilə xidmət – vətəndaşın mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat almaq, növbə tutmaq, Nazirliyin və mərkəzin fəaliyyəti ilə bağlı təkliflər bildirmək imkanı;

2.1.4. sifarişçi – səyyar xidmət göstərilməsi üçün mərkəzə sifariş verən fiziki və ya hüquqi şəxslər;

2.1.5. səyyar xidmət – sifarişçiyə onun sifarişinə, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə və ya bu Qaydanın 4.25-ci bəndinə uyğun olaraq mərkəzdən kənarda xidmət göstərilməsi;

2.1.6. reabilitasiya vasitələri – “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən vasitələr;

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Sosial xidmət haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.

 

3. Mərkəzdə xidmətlərin təşkilinə dair ümumi tələblər

 

3.1. Mərkəzdə aşağıda qeyd olunan xidmətlər göstərilir:

3.1.1. müvafiq sahədə siyahısını Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xidmətlər, o cümlədən funksional yardımçı xidmətlər;

3.1.2. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (bundan sonra – Agentlik) Nizamnaməsinin 3.2.9-cu yarımbəndinə uyğun olaraq müqavilə əsasında göstərilən xidmətlər, o cümlədən səyyar xidmətlər.

3.2. Mərkəzdə xidmətlər aşağıdakı qaydada təşkil olunur:

3.2.1. xidmətlər Nazirliyin müəyyən etdiyi inzibati ərazi vahidi (vahidləri) üzrə göstərilir;

3.2.2. mərkəzdə həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) xidmət göstərilir;

3.2.3. mərkəzdə xidmətlər növbəlilik qaydasında həyata keçirilir;

3.2.4. mərkəzdə xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə informasiya texnologiyalarından geniş istifadə etməklə həyata keçirilir;

3.2.5. mərkəzdə hərəkətin və məlumat əldə olunmasının asanlaşdırılması məqsədilə elektron lövhələr və işarələr yerləşdirilir, habelə vətəndaşa müraciət etdiyi xidmətlə bağlı məlumat və elektron növbə verilməsi üçün məlumat köşkü yaradılır;

3.2.6. mərkəzdə Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti təmin olunur;

3.2.7. mərkəzdə “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulan sosial xidmətlər sosial xidmət göstərilməsi üzrə standartlara və bu sahədə digər normativ hüquqi aktlara uyğun olaraq göstərilir, bu məqsədlə yerlər və mütəxəssislər müəyyən olunur;

3.2.8. göstərilən xidmətlə bağlı müraciətə baxılma və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi müraciət edildiyi vaxt mümkün olduğu hallarda, qərar yerində qəbul edilərək vətəndaşa təqdim olunur.

3.3. Əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların (bundan sonra – əlilliyi olan şəxs) xidmətlərdən istifadəsinin maneəsiz müyəssər olması üçün mərkəzdə: [44]

3.3.1. universal dizayn əsasında, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ağlabatan uyğunlaşma təmin edilir;

3.3.2. müvafiq inzibati ərazi vahidi üzrə fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyalarının işi təşkil olunur, onlar yerlə və mümkün tibbi ləvazimatla təchiz olunurlar;

3.3.3. əlilliyi olan şəxslərin mümkün reabilitasiya vasitələri ilə təmin edilməsinə şərait yaradılır;

3.3.4. ilkin tibbi yardım göstərilməsi üçün yer ayrılır və lazımi şərait yaradılır.

3.4. Mərkəzdə aşağıda qeyd olunan istiqamətlərdə peşə kursları və təlimlər təşkil olunur:

3.4.1. əmək və sosial qanunvericilik sahəsində təlimlər;

3.4.2. xüsusi proqramlar üzrə əlilliyi olan şəxslər, habelə işaxtaran və işsiz şəxslər üçün məşğulluq sahəsində peşə kursları.

3.5. Mərkəzdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzi, kafe və digər ictimai iaşə məntəqələri fəaliyyət göstərə bilər.

 

4. Mərkəzdə xidmət göstərilməsi qaydası

 

4.1. Mərkəzdə birbaşa (yerində) xidmət göstərilməsi aşağıdakı qaydada həyata keçirilir:

4.1.1. vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi xidmətlə bağlı hansı pəncərəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənir, yaxud əldə etmək istədiyi xidmətlə bağlı tələb olunan sənədlərin tamlığının yoxlanılması üçün həmin sənədləri məlumat köşkünə təqdim edir;

4.1.2. məlumat köşkündə vətəndaşın əldə etmək istədiyi xidmətlə bağlı təqdim etdiyi sənədlərin tamlığı müəyyən edildikdən sonra vətəndaşa elektron növbə verilir, yaxud əlavə olunması tələb olunan sənədlər, habelə müraciətlə bağlı ərizənin və ya digər sənədlərin (anketlərin) doldurulmasının tələb olunduğu barədə məlumat verilir;

4.1.3. vətəndaşın əldə etmək istədiyi xidmətlə bağlı ərizənin və ya digər sənədlərin (anketlərin) doldurulmasında köməyə ehtiyacı olduğu halda, o, mərkəzdə fəaliyyət göstərən könüllülərə və ya mərkəzin bu məqsəd üçün ayrılmış əməkdaşına müraciət edə biləcəyi barədə məlumatlandırılır;

4.1.4. vətəndaş ona verilmiş elektron növbəyə uyğun olaraq müraciət etməli olduğu pəncərənin qarşısında gözləyir və növbəsi çatdıqda tələb olunan sənədləri həmin pəncərəyə təqdim edir;

4.1.5. vətəndaşın müraciət etdiyi pəncərədə xidmət göstərən əməkdaş sənədlərin qanunauyğunluğunu və düzgünlüyünü yoxlayır, hər hansı bir səhv və ya çatışmazlıq olmadıqda onları qəbul edərək vətəndaşa ərizənin qəbulunu təsdiq edən qəbz verir, əks halda isə sənədlərdə olan səhv və çatışmazlıqlar göstərilməklə, onların aradan qaldırılmasına dair vətəndaşa şifahi izahat verməklə yazılı bildiriş təqdim edir;

4.1.6. bu Qaydanın 3.2.8-ci yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla, vətəndaşın müraciətinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə müvafiq sahədə yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq, Nazirliyin aidiyyəti qurumları baxır, imtina üçün əsaslar olmadıqda, vətəndaşa qanunla müəyyən edilmiş müddətlərdə əldə etmək istədiyi xidmət göstərilir, yaxud müvafiq sənəd verilir, əks halda isə vətəndaşa qanunla nəzərdə tutulmuş müddətdə əsaslandırılmış imtina qərarı təqdim edilir;

4.1.7. vətəndaş müvafiq sahədə məlumat əldə etməklə bağlı bu Qaydanın 4.1.1–4.1.6-cı yarımbəndlərinə uyğun olaraq mərkəzə müraciət etdikdə, onun müraciəti “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada cavablandırılır;

4.1.8. mərkəzdə vətəndaşın arzusu ilə informasiya sistemlərindən istifadə yolu ilə onun sosial müdafiə və təminat sahəsində hüquqları müəyyən edilir və həmin hüquqlarla bağlı müvafiq xidməti əldə etmək istəyi olduqda, ona bu Qaydada nəzərdə tutulan formada hüquqi və məsləhət xidmətləri göstərilir.

4.2. Vətəndaşa özünəxidmət formasında müvafiq sahədə xidmət göstərilməsi üçün mərkəzdə xüsusi ayrılmış kompüterlərin və ya köşklərin fasiləsiz olaraq internetə qoşulması təmin edilir.

4.3. Vətəndaş özünəxidmət formasında, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən elektron xidmətlərin növlərinə uyğun olaraq, Nazirliyin göstərdiyi istənilən elektron xidmətdən yararlanmaq hüququna malikdir.

4.4. Vətəndaş özünəxidmət formasında xidmətlərdən bilavasitə mərkəzdə istifadə etmək hüququna malikdir.

4.5. “Çağrı mərkəzi” vasitəsilə vətəndaşlara, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq, Nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmət göstərilir.

4.6. “Çağrı mərkəzi” vasitəsilə xidmət göstərilməsi barədə müraciətlər xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə qeydə alınır.

4.7. Sifarişçinin bu Qaydanın 4.10-cu bəndinə uyğun olaraq verdiyi sifariş əsasında səyyar xidmətlər Agentliyin Nizamnaməsinin 3.2.9-cu yarımbəndinə uyğun olaraq mərkəz və sifarişçi arasında bağlanmış səyyar xidmət müqaviləsinə (bundan sonra – müqavilə) əsasən, bu Qaydanın 4.22–4.25-ci bəndləri nəzərə alınmaqla, ödənişli qaydada göstərilir.

4.8. Mərkəzin əməkdaşları, bu Qaydanın 4.7-ci bəndinə və aşağıdakı tələblərə riayət etməklə, sifarişçiyə səyyar xidmət göstərirlər:

4.8.1. fiziki şəxslərə onların iş və ya yaşayış yerində, habelə olduqları yerdə;

4.8.2. hüquqi şəxslərə onların olduğu yerdə;

4.8.3. səyyar xidmətlər mərkəzin iş qrafikinə uyğun həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) göstərilir. Sifarişlərin sayının çoxluğu və səyyar xidmət göstərilməsi tələb olunan ünvanların uzaq məsafədə yerləşməsi səbəbindən mərkəzin gündəlik (həftəlik) sifariş qəbuluna məhdudiyyət tətbiq etmək hüququ vardır;

4.8.4. səyyar xidmət göstərilməsi zamanı Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında, eləcə də bu Qaydada müəyyən edilmiş sənədlərdən əlavə sənədlərin tələb edilməsi qadağandır;

4.8.5. səyyar xidmət göstərilməsi sifarişçidən tələb olunan sənədlərin təhvil alınmasını və (və ya) hazır sənədlərin ona təhvil verilməsini nəzərdə tutur.

4.9. Səyyar xidmət göstərilməsi ilə bağlı tərəflər arasında münasibətlər, tərəflərin hüquq və vəzifələri, səyyar xidmət göstərilməsinin şərtləri və müddəti, habelə xidmət üçün ödənişin məbləği, bu Qaydanın 4.22–4.25-ci bəndləri nəzərə alınmaqla, müqavilə ilə tənzimlənir.

4.10. Səyyar xidmətin göstərilməsinə dair sifariş aşağıdakı üsullardan biri ilə verilir:

4.10.1. “çağrı mərkəzi”nə zəng etməklə;

4.10.2. Agentliyin internet saytının “səyyar xidmətlər” bölməsində səyyar xidmət göstərilməsinə dair sifariş formasını doldurmaqla;

4.10.3. mərkəzə birbaşa zəng vasitəsilə müraciət etməklə.

4.11. Səyyar xidmətin göstərilməsinə dair sifariş bu Qaydanın 4.10-cu bəndinə uyğun olaraq verilmədikdə, sifariş qəbul edilmir və imtinanın səbəbi barədə sifarişçiyə məlumat bildirilir.

4.12. Sifarişçi səyyar xidmət göstərilməsinə dair sifarişində qəsdən yalan məlumat verdikdə və yaxud səyyar xidmət göstərilməsindən iki dəfə əsassız imtina etdikdə, onu məlumatlandırmaqla bu barədə xüsusi proqram təminatında qeyd aparılır. Bu hal təkrar baş verdikdə, sifarişçiyə səbəbi izah edilməklə səyyar xidmət göstərilməsindən imtina olunur.

4.13. Səyyar xidmət göstərilməsinə dair sifarişin verilmə üsulundan asılı olmayaraq, “çağrı mərkəzi”nin operatoru sifarişçi ilə əlaqə saxlayır, sifarişçiyə müvafiq xidmətin göstərilməsi üçün əsas şərtləri (müqavilə üzrə ödənişin məbləği, icra müddəti, tələb olunan sənədlər və xidmətlə bağlı digər mühüm şərtləri) izah edir, xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin sifarişçidə mövcudluğunu öyrənir.

4.14. Sifarişçinin əldə etmək istədiyi xidmətlə bağlı sifarişinin qəbulu üçün mərkəzdə göstərilən digər xidmət göstərilməsi də tələb olunduqda, ona həmin xidmət də təklif edilir.

4.15. Sifarişçi səyyar xidmət göstərilməsi şərtləri ilə razılaşdıqda və xidmət göstərilməsi üçün tələb olunan sənədlərinin mövcudluğunu bildirdikdə, ona dair məlumatlar (soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrələri, xidmətin göstərilmə yeri və vaxtı, fərdi identifikasiya nömrəsi) öyrənilərək qeyd edilir, operator xüsusi proqram təminatı vasitəsilə xidmətin göstərilməsi üçün uyğun olan vaxtı (tarix və saat) müəyyən edir və sifarişçi ilə razılaşdırdıqdan sonra sifarişi qəbul edir və təsdiqləyir.

4.16. Sifarişçinin sifarişi üzrə səyyar xidmət göstərilməsi mümkün olmadıqda, mərkəz bu barədə, səbəbi göstərilməklə, sifarişçini məlumatlandırır.

4.17. Aşağıdakı hallarda səyyar xidmət göstərilməsindən imtina edilir:

4.17.1. sifarişçinin qəsdən yalan məlumat verdiyi aşkar edildikdə;

4.17.2. sifarişçi 2 (iki) dəfə əsassız olaraq səyyar xidmətlə bağlı verdiyi sifarişdən imtina etdikdə;

4.17.3. sifarişçinin əldə etmək istədiyi xidmətin xüsusiyyətindən asılı olaraq, səyyar formada göstərilməsi mümkün olmadıqda.

4.18. Səyyar xidmət göstərilməsinə dair sifarişi operator qəbul edərək təsdiqlədikdən sonra həmin sifariş mərkəzləşdirilmiş qaydada xüsusi proqram təminatı vasitəsilə mərkəzə ötürülür.

4.19. Hər iş gününün sonunda mərkəzə daxil olmuş sifarişlər əsasında növbəti iş günü üçün səyyar xidmətlərin göstərilməsi qrafiki hazırlanaraq təsdiq edilir və səyyar xidmət göstərəcək əməkdaşlar müəyyən edilir.

4.20. Mərkəzin səyyar xidmət göstərəcək əməkdaşı sifarişdə qeyd olunan ünvana getməzdən əvvəl sifarişin qüvvədə olması dəqiqləşdirilir.

4.21. Səyyar xidmət göstərəcək əməkdaş sifariş üzrə ünvana gələrək sifarişçi ilə sifarişin verilməsi zamanı razılaşdırılmış şərtlərə uyğun olaraq müqaviləni imzaladıqdan və bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq ödənişi qəbul edərək ödəniş qəbzini sifarişçiyə təqdim etdikdən sonra sifarişçiyə müvafiq xidməti göstərir.

4.22. Agentliyin Nizamnaməsinin 3.2.9-cu yarımbəndinə uyğun olaraq müqavilə əsasında göstərilən xidmətlər, o cümlədən səyyar xidmətlər çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmində ödənişsiz əsaslarla göstərilir.

4.23. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq səyyar sosial xidmətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada göstərilir.

4.24. Sosial xidmətin həcmi zəmanət verilmiş həcmi keçdikdə və sosial xidmətin növü zəmanət verilmiş xidmət növünə aid olmadıqda, xidmətlərin göstərilməsinə görə ödənişin məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

4.25. Mərkəz Agentliyin Nizamnaməsinin 3.1.16-cı yarımbəndində nəzərdə tutulmuş layihə və proqramlar çərçivəsində, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə Agentliyin müəyyən elədiyi inzibati ərazi vahidlərində ödənişsiz əsaslarla səyyar xidmətlər göstərmək hüququna malikdir.

4.26. Mərkəz, bu Qaydanın 4.25-ci bəndinə uyğun olaraq, xüsusi nəqliyyat və digər səyyar xidmət vasitələrindən istifadə edərək aşağıdakı tələblərə riayət etməklə səyyar xidmət göstərir:

4.26.1. səyyar xidmətin həyata keçiriləcəyi yer (inzibati ərazi vahidi) və vaxt (başlama və bitmə tarixi) əvvəlcədən müəyyənləşdirilir və xidmətin göstərilməsinə başlamazdan azı 3 (üç) gün əvvəl Agentliyin rəsmi internet saytı, habelə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanır;

4.26.2. müvafiq avadanlıqla təchiz edilmiş xüsusi nəqliyyat vasitələri səyyar xidmətin həyata keçiriləcəyi inzibati ərazi vahidində səyyar xidmətin bilavasitə göstəriləcəyi yerdə yerləşdirilir.

4.27. Bu Qaydanın 4.25-ci bəndində nəzərdə tutulmuş səyyar xidmətin göstərilməsi üçün sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs şəxsiyyətini təsdiq edən sənədlə həmin xidmətin göstəriləcəyi yerdə quraşdırılmış elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçir (növbə götürür), xüsusi nəqliyyat və digər səyyar xidmət vasitələrində yerləşdirilmiş xidmət yerinə yaxınlaşır və zəruri sənədləri Mərkəzin nümayəndəsinə təqdim edir.

4.28. Mərkəzin nümayəndəsi təqdim edilmiş sənədlərin qanunauyğunluğunu və tamlığını yoxladıqdan sonra müraciət edən şəxsə xidmət göstərir. Təqdim olunmuş sənədlərdə səhv və ya çatışmazlıq aşkar edildikdə xidmətin göstərilməsindən imtina olunur və müraciət edən şəxsə onların aradan qaldırılmasına dair məlumat verilir.

 

5. Xidmətlərə görə ödənişlər

 

5.1. Bu Qaydada nəzərdə tutulan xidmətlər üçün aşağıdakı ödənişlər tutulur:

5.1.1. funksional yardımçı xidmətlərin göstərilməsi ilə əlaqədar qanunla müəyyən edilən dövlət rüsumları;

5.1.2. bu Qaydanın 3.1.2-ci yarımbəndinə uyğun olaraq müqavilədə nəzərdə tutulan ödəniş.

5.2. Bu Qaydanın 5.1-ci bəndində göstərilən ödənişlər sənədlər təhvil verilərkən, xidmətlərin göstərilməsi formasından asılı olaraq, aşağıdakı üsullardan biri ilə ödənilir:

5.2.1. mərkəzdə fəaliyyət göstərən banklarda ödəniş etməklə;

5.2.2. POS-terminallar vasitəsilə;

5.2.3. ödəniş sistemləri vasitəsilə (on-line).

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 iyul 2019-cu il tarixli 764 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyul 2019-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1213)

2.       19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233)

3.       23 dekabr 2019-cu il tarixli 892 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 dekabr 2019-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1935)

4.       14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039)

5.       4 may 2021-ci il tarixli 1328 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 may 2021-ci il, № 94)

6.       16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579)

7.       17 iyun 2021-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 583)

8.       21 sentyabr 2021-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 983)

9.       21 sentyabr 2021-ci il tarixli 1447 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 987)

10.    3 noyabr 2021-ci il tarixli 1474 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1212)

11.    29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403)

12.    18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922)

13.    28 dekabr 2022-ci il tarixli 1938 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1448)

14.    1 fevral 2023-cü il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Xalq” qəzeti, 2 fevral 2023-cü il, № 23)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 sentyabr 2021-ci il tarixli 1447 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 987) ilə 6.4-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi (bundan sonra – Dövlət Sosial Müdafiə Fondu);

 

[2] 21 sentyabr 2021-ci il tarixli 1447 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 987) ilə 8.5-ci bənddə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 2.2.3-1-ci yarımbənd əlavə edilmişdir.

 

[4] 19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.1-1– 3.1.1-2-ci yarımbəndlər əlavə edilmişdir.

21 sentyabr 2021-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 983) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 2.2.3-1-ci və 3.1.1-1-ci yarımbəndləri ləğv edilmişdir.

 

[5] 23 dekabr 2019-cu il tarixli 892 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 dekabr 2019-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1935) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 3.1.1-2-ci yarımbəndi ləğv edilmişdir.

 

[6] 21 sentyabr 2021-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 983) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 3.1.4-cü yarımbəndinə “DOST” mərkəzlərinin” sözlərindən əvvəl “DOST” mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparmaq, habelə” sözləri əlavə edilmişdir.

 

[7] 19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 3.1.7-ci yarımbəndindən “fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək,” sözləri çıxarılmışdır.

 

[8] 21 sentyabr 2021-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 983) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 3.1.18-ci yarımbəndinə “müəssisələri ilə” sözlərindən sonra “, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə” sözləri əlavə edilmişdir.

 

[9] 21 sentyabr 2021-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 983) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 3.2.11-ci yarımbəndindən “və göstərilən xidmətlərin” və “və təkmilləşdirilməsi” sözləri çıxarılmışdır.

 

[10] 19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233) ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 3.2.17-ci yarımbəndindən “, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq” sözləri çıxarılmışdır.

 

[11] 18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 3-cü hissənin adından “və sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılmışdır.

 

[12] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 3.1-ci bəndinə “sağlamlıq” sözündən əvvəl “18 yaşınadək uşaqların” sözləri əlavə edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 3-cü hissənin 3.1-ci bəndindən “, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi” sözləri çıxarılmışdır.

 

[13] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 3.2.2-ci yarımbəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilmişdir.

 

[14] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 3.4-cü bəndində “əlillərin və” sözləri “əlilliyi olan şəxslərin, o cümlədən” sözləri ilə əvəz edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 3-cü hissənin 3.4-cü bəndindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılmışdır.

 

[15] 19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 4.5-ci bəndində “və qeydiyyatdan çıxarılması” sözləri “, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[16] 19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 4.10-cu bəndinə “təlimlər keçirilməsi” sözlərindən sonra “, monitorinq aparılması” sözləri əlavə edilmişdir.

21 sentyabr 2021-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 983) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 4.10-cu bəndindən “, monitorinq aparılması” sözləri çıxarılmışdır.

 

[17] 19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 4.11-ci bəndinə “təşkil edilməsi” sözlərindən sonra “, işaxtaran və işsiz şəxslərin peşə hazırlığına cəlb olunması üçün göndəriş verilməsi” sözləri əlavə edilmişdir.

 

[18] 17 iyun 2021-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 583) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.1.1-ci yarımbəndin 3-cü abzasında “böyütmüş” sözü “tərbiyə etmiş” sözləri ilə əvəz edilmişdir.

1 fevral 2023-cü il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Xalq” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.1.1-ci yarımbəndin 3-cü abzasına “doğub” sözündən sonra “, övladlığa və (və ya) qəyyumluğa götürüb onları” sözləri və “tərbiyə etmiş” sözlərindən sonra “və böyütmüş” sözləri əlavə edilmişdir.

 

[19] 18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5-ci hissənin 5.1.1-ci yarımbəndin 4-cü abzasında “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

1 fevral 2023-cü il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Xalq” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.1.1-ci yarımbəndin 4-cü abzasından “18 yaşınadək” sözləri çıxarılmışdır.

 

[20] 17 iyun 2021-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 583) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.1.1-ci yarımbəndin 5-ci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşadək böyüdən kişilərə

1 fevral 2023-cü il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Xalq” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.1.1-ci yarımbəndin 5-ci abzasına “növbəti” sözündən əvvəl “və ya əlilliyi müəyyən edilmiş uşağını” sözləri əlavə edilmişdir.

 

[21] 28 dekabr 2022-ci il tarixli 1938 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1448) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.1-ci yarımbəndinə yeni məzmunda 5-ci abzas əlavə edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5-ci hissənin 5.2.2-ci yarımbəndin 4-1-ci abzasında “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir və həmin yarımbəndin 5-ci abzası ləğv edilmişdir.

 

[22] 17 iyun 2021-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 583) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndinə yeni məzmunda 4-1-ci abzas əlavə edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5-ci hissənin 5.2.2-ci yarımbəndin 4-1-ci abzasında “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir və həmin yarımbəndin 5-ci abzası ləğv edilmişdir.

 

[23] 17 iyun 2021-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 583) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndin 8-ci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8. yaşa görə, o cümlədən:

8.1. 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara

8.2. ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilərə

 

[24] 1 fevral 2023-cü il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Xalq” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndin 8.1-ci bəndinə “doğub” sözündən sonra “, övladlığa və (və ya) qəyyumluğa götürüb onları” sözləri və “tərbiyə etmiş” sözlərindən sonra “və böyütmüş” sözləri əlavə edilmişdir.

 

[25] 18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5-ci hissənin 8.2-ci bəndindəsağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

1 fevral 2023-cü il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Xalq” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndin 8.2-ci bəndindən “18 yaşınadək” sözləri çıxarılmışdır.

 

[26] 1 fevral 2023-cü il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Xalq” qəzeti, 2 fevral 2023-cü il, № 23) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndin 8.3-cü bəndinə “növbəti” sözündən əvvəl “və ya əlilliyi müəyyən edilmiş uşağını” sözləri əlavə edilmişdir.

 

[27] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 10.1-ci bəndində “əlil uşağına” sözləri “əlilliyi müəyyən edilmiş övladına” sözləri ilə əvəz edilmişdir.

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 10.1-ci bəndindəsağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilmişdir.

 

[28] 3 noyabr 2021-ci il tarixli 1474 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1212) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndinin 11-ci, 11.6-cı və 11.7-ci abzasları ləğv edilmişdir.

 

[29] 1 iyul 2019-cu il tarixli 764 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyul 2019-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1213) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda 5.2.2-ci yarımbəndin 11.1 - 11.5-ci abzasları ləğv edilmişdir.

 

[30] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 12.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

12.2. müharibə əlillərinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olanların uşaqlarına

14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 12.3-cü bəndində “II qrup əlil olmuş” sözləri “II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

17 iyun 2021-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 583) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndin 12-ci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

12. bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, o cümlədən:

12.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına

12.2. müharibə və ya 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına

12.3. Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına

12.4. şəhid uşaqlarına

 

[31] 4 may 2021-ci il tarixli 1328 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 may 2021-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 435) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7.1-ci bəndi 7.1-1-ci bənd hesab olunmuşdur və yeni məzmunda 7.1-ci bənd əlavə edilmişdir.

 

[32] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7.6-cı bəndində və 7.6.3-cü yarımbəndində “əlillərinə” sözü “ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilmişdir.

 

[33] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7.6.1-ci, 7.6.2-ci və 7.6.4-cü yarımbəndlərində “əlil olanlara” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilmişdir.

 

[34] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7.7-ci bəndində “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[35] 1 iyul 2019-cu il tarixli 764 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyul 2019-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1213) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7.8-ci və 7.9-cu bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.8.

Böyük Vətən müharibəsi iştirakçılarına

7.9.

Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyə görə sosial müavinət alanlara

 

14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7.9-cu bəndində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

17 iyun 2021-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 583) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda 7.9-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.9. ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7-ci hissənin 7.9-cu və 7.11-ci bəndlərindəI dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[36] 17 iyun 2021-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 583) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na yeni məzmunda 7.9-1-ci və 7.14-cü bəndlər əlavə edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7-ci hissənin 7.9-1-ci bəndindəI dərəcə gözdən əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[37] 18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7-ci hissənin 7.12-ci bəndindəsağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[38] 1 iyul 2019-cu il tarixli 764 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyul 2019-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1213) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na yeni məzmunda 7.11 - 7.13-cü bəndlər əlavə edilmişdir.

 

[39] 16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 8-ci hissəsinin 8.2-ci bəndi ləğv edilmişdir.

 

[40] 29 dekabr 2021-ci il tarixli 1538 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1403) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na yeni məzmunda 8-1-ci hissə əlavə edilmişdir.

 

[41] 18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7-ci hissənin 7.12-ci bəndindəsağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[42] 19 iyul 2019-cu il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1233) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na yeni məzmunda 9-1-ci hissə əlavə edilmişdir.

 

[43] 21 sentyabr 2021-ci il tarixli 1443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 983) ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na yeni məzmunda 2.6-cı və 10.9-cu bəndlər əlavə edilmişdir.

 

[44] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1039) ilə “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”nın 3.3-cü bəndində “Əlillərin və” sözləri “Əlilliyi olan şəxslərin, o cümlədən” sözləri ilə əvəz edilmişdir.

 

18 avqust 2021-ci il tarixli 1430 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”nın 3.3-cü bəndinin birinci abzasından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların (bundan sonra – əlilliyi olan şəxs)” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status