×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.12.2018
QEYDİYYAT NÖMRƏSİ
391
ADI
“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-12-2018, Nəşr Nömrəsi: 283), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2548)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201812100391
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.12.2018
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1124) adına və 1-ci hissəsinə “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası” üzrə:

2.1. adına “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilsin;

2.2. 1-ci hissə üzrə:

2.2.1. 1.1-ci bəndə “Şura ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) ilə” sözləri əlavə edilsin;

2.2.2. 1.2-ci bəndə “Şura ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Fond ilə” sözləri, “Şuranın rəylərinin” sözlərindən sonra “, gənclər siyasəti sahəsində isə Şuranın və Fondun rəylərinin” sözləri əlavə edilsin;

2.2.3. 1.3-cü bəndə “razılaşdırılması haqqında” sözlərindən sonra “, gənclər siyasəti sahəsində verilən qrantlara dair Fondun məlumatlarını nəzərə almaqla,” sözləri əlavə edilsin;

2.3. 2-ci hissə üzrə:

2.3.1. adından “Şuraya” sözü çıxarılsın;

2.3.2. aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:

“Dövlət orqanları gənclər siyasəti ilə bağlı müsabiqələr və qrant vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən məlumatları, həmçinin Fonda təqdim etməlidirlər.”;

2.4. 3-cü hissə üzrə:

2.4.1. 3.4-cü bənddə “Rəydə” sözü “Şuranın rəyində” sözləri ilə əvəz edilsin;

2.4.2. 3.4.2-ci yarımbəndin ikinci cümləsi çıxarılsın;

2.4.3. aşağıdakı məzmunda 3.5-ci və 3.6-cı bəndlər əlavə edilsin:

“3.5. Şuranın təqdim edilmiş mövzuların başqa mövzularla əvəz edilməsinə dair əsaslandırılmış təkliflər vermək hüququ vardır.

3.6. Gənclər siyasəti sahəsində müsabiqələrin və qrant vasitəsilə maliyyələşdirilən mövzuların qiymətləndirilməsi Fond tərəfindən bu Qaydanın 3.1–3.5-ci bəndlərinə uyğun olaraq həyata keçirilir.”;

2.5. 4-cü hissə üzrə:

2.5.1. adından “Şuraya” sözü çıxarılsın;

2.5.2. 4.1-ci bəndə “Şuraya” sözündən sonra “(gənclər siyasəti ilə bağlı keçirilən müsabiqələrə münasibətdə isə həmçinin Fonda)” sözləri əlavə edilsin;

2.5.3. 4.3-cü bəndə “Şuranın” sözündən sonra “gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Fondun” sözləri, “nəzərə alır” sözlərindən sonra “və həmin rəylər müsbət olduqda qrant ayırır” sözləri əlavə edilsin;

2.5.4. aşağıdakı məzmunda 4.5-ci bənd əlavə edilsin:

“4.5. Bu Qaydanın 4.2-ci və 4.4-cü bəndlərinin müddəaları Fonda da şamil edilir.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 dekabr 2018-ci il

                       № 391

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status