AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.12.2018
QEYDİYYAT NÖMRƏSİ
534
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2016-cı il 5 fevral tarixli 36 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli, “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 616 nömrəli, “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli və “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14-12-2018, Nəşr Nömrəsi: 282), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2730)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201812130534
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.12.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2016-cı il 5 fevral tarixli 36 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli, “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 616 nömrəli, “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli və “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Şöbə tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 378, № 7, maddə 1343, № 11, maddələr 1934, 1976) ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndinin ikinci cümləsində “Elektron xidmətlər” sözləri “e-sosial” internet” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482, № 10, maddə 1906, № 11, maddə 2177; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 482 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.5-ci bəndinə “mərkəzləşdirilmiş” sözündən sonra “elektron” sözü əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2561) ilə təsdiq edilmiş “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1-ci bəndin birinci cümləsi üzrə:

5.1.1. “Elektron xidmətlər” sözləri “e-sosial” internet” sözləri ilə əvəz edilsin;

5.1.2. “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilsin;

5.1.3. “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilsin;

5.2. 3.9-cu bənddə “MİS-in” abreviaturası “MEİS-in” abreviaturası ilə əvəz edilsin;

5.3. 4.4-cü bəndin birinci cümləsində “MİS-ə” abreviaturası “MEİS-ə” abreviaturası ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.5-ci bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilsin və həmin bənddə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565) ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4.4-cü bəndə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilsin və həmin bənddə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilsin;

7.2. 5.1-ci bənddə “MİS-in” abreviaturası “MEİS-in” abreviaturası ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 13 dekabr 2018-ci il

   № 534

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status