Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında 2018-ci il oktyabrın 23-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Finlandiya tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il
№ 403
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Finlandiyanın Milli Arxivi arxiv işi sahəsində əməkdaşlığı davam etdirmək və genişləndirmək niyyətinin qarşılıqlı olmasını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflər beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına, Tərəflərin dövlətlərinin arxiv işi sahəsində milli qanunvericiliklərinə uyğun olaraq əməkdaşlığı inkişaf etdirəcəklər.
Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlığı həyata keçirəcəklər:
2.1. elmi tədqiqat və metodiki iş sahəsində;
2.2. arxiv işinin aktual problemləri və peşəkar təcrübəsi üzrə daimi məlumat mübadiləsi;
2.3. məlumat mübadiləsi (xüsusi reyestrin aparılması), həmçinin Azərbaycan tarixinə aid Finlandiya arxivlərində və Finlandiya tarixinə aid Azərbaycan arxivlərində saxlanılan, kino və foto sənədlər də daxil olmaqla, arxiv sənədlərinin rəqəmsal surətlərinin, o cümlədən arxiv fondlarını artırmaq məqsədi ilə hər iki Tərəf üçün maraq kəsb edən sənədlərin surətlərinin (rəqəmsal surətlərinin) milli qanunvericiliklərinə uyğun olaraq mübadiləsi;
2.4. nəşr olunmuş arxiv sənədlərinin topluları, peşəkar dövri nəşrlər, elmi və metodoloji ədəbiyyat haqqında məlumat (nəşr) mübadiləsi.
Maddə 3
Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcəkdir:
3.1. birgə məsləhətləşmələrin, seminarların, konfransların, habelə digər proqramların və tədbirlərin təşkili;
3.2. birgə sənəd nəşrlərinin və sənəd sərgilərinin həyata keçirilməsi;
3.3. Tərəflərin dövlətlərinin qanunvericiliyində nəzərdə tutulmuş digər formalarda.
Maddə 4
Tərəflər Azərbaycan və Finlandiya xalqlarının tarixi və mədəniyyəti barədə məlumatı əks etdirən sənədlərlə milli arxiv fondlarını artırmaq məqsədi ilə, onların aşkar olunması və surətlərinin Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq bir-birinə verilməsinə kömək edirlər.
Maddə 5
Tərəflər bu Saziş çərçivəsində digər Tərəfdən alınan surətlərin (rəqəmsal surətlərin) yalnız elmi tədqiqat məqsədləri üçün, həmçinin hər iki dövlətin tarixi ilə bağlı olan mühüm tədbirlərin (sərgilərin, konfransların və s.) keçirilməsi üçün istifadə edilməsi barədə razılığa gəldilər. Belə sənədlərin hər hansı nəşri yalnız həmin sənədlərin əslinin saxlandığı Tərəfin yazılı razılığı ilə mümkündür.
Maddə 6
Hər bir xüsusi hal üçün digər qayda razılaşdırılmadığı təqdirdə, Tərəflər həmin Sazişin yerinə yetirilməsi zamanı yaranan xərcləri Tərəflərin dövlətlərinin milli qanunvericiliyində nəzərdə tutulmuş vəsait çərçivəsində özləri ödəyirlər.
Maddə 7
Bu Saziş Tərəflərin iştirakçısı olduğu digər beynəxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 8
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında, onun ayrılmaz hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 10-cu maddəsi ilə müəyyən edilmiş qaydada qüvvəyə minən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 9
Bu Sazişin həyata keçirilməsi zamanı yaranan fikir ayrılıqları Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Maddə 10
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş (5) illik müddətlərə uzadılacaqdır.
Bakı şəhərində 2018-ci il 23 oktyabr tarixində, hər biri Azərbaycan, fin və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər rus dilindəki mətndən istifadə edəcəklər.
Azərbaycan Respublikasının
|
Finlandiyanın
|
Milli Arxiv İdarəsi
|
Milli Arxivi
|
adından
|
adından
|
(imza)
|
(imza)
|