AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.11.2018
QEYDİYYAT NÖMRƏSİ
1376-VQD
ADI
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-12-2018, Nəşr nömrəsi: 286), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2511)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201811301376
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.12.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 2, maddə 40; 1994, № 18, maddə 246; 1995, № 22, maddə 359; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 241; 2004, № 7, maddə 505; 2006, № 6, maddə 478; 2007, № 2, maddə 74; 2015, № 3, maddə 256; 2018, № 4, maddə 648) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Çoxmənzilli binanın idarə edilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.

2. 14-cü maddənin ikinci, üçüncü və dördüncü hissələri ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 noyabr 2018-ci il

                  1376-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status