×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.10.2018
QEYDİYYAT NÖMRƏSİ
1289-VQD
ADI
Azərbaycan Respublikasının “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-12-2018, Nəşr nömrəsi: 288), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2465)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201810301289
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.12.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311; № 10, maddə 1771; № 11, maddə 1962; № 12, I kitab, maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190) 2-ci maddəsində “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Diplomatik xidmətə verilən töhfəyə görə” medalı;”.

Maddə 2. “Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

                  1289-VQD

 


 

 

Azərbaycan Respublikasının 2018-ci il

30 oktyabr tarixli 1289-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

1.0. “Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.0.1. diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə;

1.0.2. beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;

1.0.3. sülhün və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə;

1.0.4. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;

1.0.5. Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə;

1.0.6. Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə;

1.0.7. xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə.

Maddə 2. Təltif edən orqan

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 


 

 

Azərbaycan Respublikasının 2018-ci il

30 oktyabr tarixli 1289-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikası medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ” sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir.

2.2. Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir. Yer kürəsinin təsvirinin üst tərəfində, sol və sağ tərəfdəki çələngin arasında aypara və ulduz təsvir edilmişdir. Medalın ön tərəfində bütün yazılar və təsvirlər relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin səthi hamar, yazılar isə relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində hər birinin eni 11 mm olmaqla, Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən yaşıl, qırmızı və mavi rənglərdə şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin kənarlarında və Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinin arasında hər birinin eni 1 mm olan dörd qızılı şaquli zolaq təsvir edilmişdir.

4.3. Xara lentin yuxarı hissəsinə üzərində relyefli aypara, ulduz və lent təsvir edilmiş 40 mm x 5,5 mm ölçülü qızıl suyuna çəkilmiş bürünc lövhə bərkidilir.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə edilir. Qəlibin mərkəzinə diametri 8 mm olan, üzərində qızılı rəngdə aypara və ulduz təsvir edilmiş dairəvi lövhə bərkidilir.

 


 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status