090.060.000
![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
20.12.2018 |
Qeydiyyat nömrəsi |
18051000017 |
Adı |
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 07 iyul tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna lisenziya, onun filial və şöbələrinə icazələrin verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları”nda, 2017-ci il 07 iyul tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”da, 2017-ci il 07 iyul tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar”da, 2017-ci il 07 iyul tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nda, 2017-ci il 07 iyul tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nda, 2017-ci il 21 dekabr tarixli 47/4 nömrəli qərarı ilə təsdiq edilmiş “Girov vəsaitinin geri alınmasına dair rəyin forması”nda, İdarə Heyətinin 2018-ci il 08 oktyabr tarixli 1851100010 nömrəli qərarı ilə təsdiq edilmiş “Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası tədbirlərinin müəyyən edilməsi və hərracın keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
26.12.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.010.000 090.060.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201812200017 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
25.12.2018 |
"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 07 iyul tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna lisenziya, onun filial və şöbələrinə icazələrin verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları”nda, 2017-ci il 07 iyul tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”da, 2017-ci il 07 iyul tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar”da, 2017-ci il 07 iyul tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nda, 2017-ci il 07 iyul tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nda, 2017-ci il 21 dekabr tarixli 47/4 nömrəli qərarı ilə təsdiq edilmiş “Girov vəsaitinin geri alınmasına dair rəyin forması”nda, İdarə Heyətinin 2018-ci il 08 oktyabr tarixli 1851100010 nömrəli qərarı ilə təsdiq edilmiş “Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası tədbirlərinin müəyyən edilməsi və hərracın keçirilməsi Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri vəzifəsini icra edən |
İbrahim Alışov |
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 18051000017
“20” dekabr 2018-ci il
İdarə Heyətinin sədri vəzifəsini icra edən
____________________
İbrahim Alışov |
1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 07 iyul tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna lisenziya, onun filial və şöbələrinə icazələrin verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“1.5. Maliyyə xidmətlərinin həyata keçirilməsi üçün lisenziya və icazələr barədə müvafiq qərarlar Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən qəbul edilir.”;
1.2. 2.2-ci bəndində “Direktorlar Şurasının” sözləri “İdarə Heyətinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 07 iyul tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”ın 1.7-ci bəndinin ikinci cümləsində “5.3.20-ci” sözü “4.10.5-ci” sözü ilə əvəz edilsin, “Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 07 iyul tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydaları”nın 1.6-cı bəndinin ikinci cümləsində “5.3.20-ci” sözü “4.10.5-ci” sözü ilə əvəz edilsin, “Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 07 iyul tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 1.4-cü bəndində “5.3.20-ci” sözü “4.10.5-ci” sözü ilə əvəz edilsin, “Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 07 iyul tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nın 1.6-cı bəndində “5.3.20-ci” sözü “4.10.5-ci” sözü ilə əvəz edilsin, “Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 21 dekabr tarixli 47/4 nömrəli qərarı ilə təsdiq edilmiş “Girov vəsaitinin geri alınmasına dair rəyin forması”nda “Baş icraçı direktor” sözləri “İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 08 oktyabr tarixli 1851100010 nömrəli qərarı ilə təsdiq edilmiş “Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası tədbirlərinin müəyyən edilməsi və hərracın keçirilməsi Qaydaları”nın 3.3-cü bəndi ləğv edilsin.