AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
08.10.2018
QEYDİYYAT NÖMRƏSİ
1851100012
ADI
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.120.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201810080012
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.10.2018
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

08.10.2018

Qeydiyyat nömrəsi

1851100012

Adı

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

20.10.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.120.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201810080012

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.10.2018

 

 

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının 3.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1851100012

 

“08” oktyabr 2018-ci il

 

İdarə heyətinin sədri vəzifəsini icra edən

 

______________________

İbrahim Alışov

 

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi

 

Qaydası

 

1. Ümumi müddəalar

 

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası” (bundan sonra – Qayda) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının 3.1.4-cü yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. valyuta mübadiləsi məntəqəsi – valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının həyata keçirildiyi yer (obyekt);

2.1.2. valyuta mübadiləsi əməliyyatı – xarici valyutanın nağd qaydada alınması, satılması və dəyişdirilməsi üzrə əməliyyat.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (bundan sonra – Qanun) müəyyən edilmiş mənaları ifadə edir.

 

3. Valyuta mübadiləsi fəaliyyətinə nəzarət

 

3.1. Nəzarətin məqsədi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən dövri hesabatların Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) tələb olunan formada və müddətdə təqdim olunmasının, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən uçotun hüquqi aktların tələblərinə uyğun təşkil olunmasının, valyuta mübadiləsi əməliyyatı üzrə istehlakçıların hüquqlarının qorunmasının və valyuta mübadiləsi əməliyyatına dair Qanunda və həmin Qanundan irəli gələn Palatanın və Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktlarında müəyyən olunmuş tələblərə əməl edilməsinin təmin olunmasıdır.

3.2. Valyuta mübadiləsi məntəqəsinin fəaliyyətinə nəzarət valyuta mübadiləsi məntəqəsi tərəfindən Palataya təqdim edilmiş hesabatlar, Palata tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada növbəti və növbədənkənar yerində yoxlamalar, habelə Palata tərəfindən təqdim edilən proqram təminatının mərkəzi serveri ilə cari (on-line) rejimdə aparılan məlumat mübadiləsi əsasında həyata keçirilir.

3.3. Valyuta mübadiləsi məntəqəsi tərəfindən Palataya təqdim edilməli olan hesabatların forması, təqdim edilməsi qaydası və müddətləri “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nda müəyyən olunmuşdur. Həmin Qaydada tələb olunan müddətdə hesabatlar təqdim edilmədikdə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə Palata tərəfindən 3 (üç) iş günü müddətində göstəriş verilir. Göstərişdə 10 (on) iş günü ərzində hesabatlarla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi və növbəti hesabat tarixindən isə hesabatların vaxtında təqdim olunması tələb edilir. Valyuta mübadiləsinə lisenziya almış şəxs tərəfindən Palatanın göstərişinə əməl edilmədikdə Palata Qanunun 13-7.1.2-ci maddəsinə uyğun olaraq lisenziyanın dayandırılması barədə qərar qəbul edir və bu barədə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsi 2 (iki) iş günü müddətində məlumatlandırır.

3.4. Palata tərəfindən valyuta mübadiləsi məntəqəsinin aylıq əsasda təqdim etdiyi hesabatların 10 (on) iş günü ərzində analitik təhlili aparılır. Hesabatın tamlığı və tələb olunan bütün məlumatların mövcudluğu yoxlanılır, çatışmazlıqlar, habelə Qanunun, Palatanın və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması aşkar edildikdə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsdən çatışmazlıqlar (pozuntular) aşkar edildiyi tarixdən 5 (beş) iş günü ərzində hesabatda müvafiq düzəlişlərin edilməsi ilə bağlı göstəriş verilir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs çatışmazlıqlar (pozuntular) ona bildirildikdən sonra 5 (beş) iş günü ərzində həmin çatışmazlıqları (pozuntuları) aradan qaldırır. Valyuta mübadiləsinə lisenziya almış şəxs tərəfindən Palatanın tələbinə əməl edilmədikdə Palata Qanunun 13-7.1.2-ci maddəsinə uyğun olaraq lisenziyanın dayandırılması barədə qərar qəbul edir və bu barədə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsi 2 (iki) iş günü müddətində məlumatlandırır.

3.5. Palata aşağıdakı hallardan biri mövcud olduqda valyuta mübadiləsi məntəqəsində növbədənkənar yoxlama aparır:

3.5.1. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından Palataya konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;

3.5.2. valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs növbədənkənar yoxlamanın aparılması barədə Palataya müraciət etdikdə;

3.5.3. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Palataya məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə.

3.6. Yoxlama Palatanın qərarı ilə təsdiq edilən sənəd əsasında (imzalanmış yoxlama vəsiqəsi) həyata keçirilir. Yoxlama vəsiqəsində həmin qərarın nömrəsi və tarixi, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, lisenziya nömrəsi, valyuta mübadiləsi məntəqəsinin ünvanı, yoxlamanın növü, sonuncu yoxlamanın növü və başa çatma tarixi, yoxlamanı həyata keçirəcək əməkdaş(lar)ın adı, ata adı, soyadı, vəzifəsi və yoxlamanın müddəti (başlama və başa çatma tarixləri qeyd edilməklə), növbədənkənar yoxlama zamanı bu Qaydanın 3.5-ci bəndində göstərilmiş müvafiq hala istinad göstərilir. Yoxlama vəsiqəsi iki nüsxədə hazırlanır.

Yoxlama vəsiqəsinin bir nüsxəsi valyuta mübadiləsi məntəqəsində, digər nüsxəsi isə Palatada qalır.

3.7. Növbəti yoxlamanın müddəti 5 (beş) iş günündən, növbədənkənar yoxlamanın müddəti isə 3 (üç) iş günündən artıq olmamalıdır.

3.8. Növbəti yoxlama Palatanın tərtib etdiyi illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır.

3.9. Yoxlama zamanı valyuta mübadiləsi məntəqəsinin səlahiyyətli şəxsləri Palatanın yoxlamada iştirak edən əməkdaşlarına öz vəzifə səlahiyyətlərinin icrası üçün lazımi şərait yaratmalı, informasiya və sənədləri təqdim etməli, habelə valyuta mübadiləsi əməliyyatlarının uçotunun aparıldığı kompüterə girişi təmin etməlidir.

3.10. Yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamanın əhatə etdiyi məsələlər, aşkar olunmuş çatışmazlıq və pozuntulara dair yoxlama haqqında hesabat Palatanın yoxlamanı həyata keçirən əməkdaşları tərəfindən iki nüsxədə hazırlanır və imzalanır.

3.11. Yoxlama haqqında hesabat Palatanın yoxlamanı həyata keçirən əməkdaşları tərəfindən imzalandıqdan sonra həmin gün ərzində onun bir nüsxəsi valyuta mübadiləsi məntəqəsinə imzalanmaq üçün kağız daşıyıcıda təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir, digər nüsxəsi isə Palatada qalır.

3.12. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs yoxlama haqqında hesabatı aldığı gündən 5 (beş) iş günü ərzində onunla tanış olur və imzalayaraq Palataya təqdim edir.

3.13. Yoxlama haqqında hesabatın nüsxəsi bu müddətdə Palataya təqdim olunmadıqda, Palatada qalan nüsxədə bu barədə qeyd aparılır.

3.14. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs hesabatda əks olunan nəticələrlə razı olmadıqda, yoxlama haqqında hesabatı imzalayaraq, hesabata ona dair izahatını əlavə edir.

3.15. Palata valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsi və əlaqəli şəxsləri yoxlama haqqında hesabata baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbərdar edir.

3.16. Yoxlama haqqında hesabat Palatanın yoxlamanı həyata keçirən əməkdaşları tərəfindən imzalandıqdan sonra ən geci 15 (on beş) iş günü müddətində Palata tərəfindən aşağıdakılar barəsində qərar çıxarılır:

3.16.1. Valyuta mübadiləsi fəaliyyətinə dair Qanunun, Palatanın və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması aşkar olunmadıqda, pozuntunun aşkar olunmaması haqqında;

3.16.2. inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;

3.16.3. cinayət əlamətləri aşkar edildikdə, toplanmış materialların aidiyyəti üzrə prokurorluğa, təhqiqat və ya istintaq orqanlarına göndərilməsi və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;

3.16.4. məsuliyyətə səbəb olan digər qanun pozuntuları aşkar edildikdə qanunla müəyyən edilən məsuliyyət tədbirləri və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında.

3.17. Yoxlamanın nəticələri üzrə qərar Palatanın İdarə Heyətinin sədri tərəfindən imzalanır. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan 3 (üç) iş günündən gec olmayaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə təqdim edilir və ya sifarişli poçt vasitəsi ilə göndərilir, qərarın əsli isə Palatada saxlanılır.

3.18. Yoxlamanın nəticələri üzrə qərarda qərarın tarixi və nömrəsi, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin adı, ünvanı, pozuntu aşkar olunduqda onların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmuş hüquqi aktların konkret struktur elementləri, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər, pozuntuların aradan qaldırılması müddəti, bu Qaydanın 3.16-cı bəndinə istinad edilməklə qəbul edilmiş qərar, qərardan şikayət vermə müddəti və qaydası göstərilir. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yerinə yetirildikdən sonra valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən 3 (üç) iş günü müddətində Palataya məlumat verilir.

3.19. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs bu Qaydanın 3.18-ci bəndində göstərilən qərarda pozuntuların aradan qaldırılması barədə müvafiq tələblərə əməl etmədikdə, Palata Qanunun 13-7.1.2-ci maddəsinə uyğun olaraq lisenziyanın dayandırılması barədə qərar qəbul edir və bu barədə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsi 2 (iki) iş günü müddətində məlumatlandırır.

3.20. Cari (on-line) rejimdə aparılan məlumat mübadiləsi zamanı Qanunun, Palatanın və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması müəyyən edildikdə, pozuntu aşkar edildiyi tarixdən 3 (üç) iş günü ərzində Palata tərəfindən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə pozuntunun aradan qaldırılması tələbi ilə bağlı göstəriş verilir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs 5 (beş) iş günü ərzində həmin pozuntu hallarını aradan qaldırır. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Palatanın tələbinə əməl edilmədikdə Palata Qanunun 13-7.1.2-ci maddəsinə uyğun olaraq lisenziyanın dayandırılması barədə qərar qəbul edir və bu barədə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsi 2 (iki) iş günü müddətində məlumatlandırır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status