421 - “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.12.2018
QEYDİYYAT NÖMRƏSİ
421
ADI
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-12-2018, Nəşr nömrəsi: 294), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2578)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.12.2018
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə uyğun olaraq, artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydasını üç ay müddətində təsdiq etsin;

1.4. həmin Qanunun 14.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində:

2.1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasına uyğun olaraq, hesabatın formasını müəyyən etsin;

2.1.2. həmin Qanunun 13.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını müəyyən etsin;

2.2. həmin Qanunun 13.4-cü maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydasını müəyyən etsin; [1]

2.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

4. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”;

4.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

“2.1-1. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 13.3-cü maddəsində (ikinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.1-2. həmin Qanunun 19.1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”;

4.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 9-1.2-ci və 14.7-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.4. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”;

4.5. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 9-1.2-ci maddəsində, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 12-ci (hər iki halda) və 13.1-ci maddələrində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (hər iki halda), 13.4-cü, 14.7-ci maddələrində, 15-ci maddəsinin iyirmi üçüncü abzasında, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 19.1-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 28-ci maddəsinin birinci hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.6. aşağıdakı məzmunda 2.4-1– 2.4-4-cü bəndlər əlavə edilsin:

“2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə və vergi orqanlarının işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.4-2. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.4-3. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazaları nəzərdə tutulur;

2.4-4. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri və vergi orqanlarının işçiləri nəzərdə tutulur;”;

4.7. 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

“2.6. həmin Qanunun 15-ci maddəsinin iyirmi üçüncü abzasında “qurum” dedikdə Mənəvi Dəyərlərin Təbliği Fondu nəzərdə tutulur.”;

4.8. 3-cü hissə ləğv edilsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2018-ci il

                       № 421


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 688)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 688) ilə 2.2-ci bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status