×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.12.2018
QEYDİYYAT NÖMRƏSİ
1392-VQD
ADI
“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-12-2018, Nəşr nömrəsi: 294), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2516)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201812181392
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.12.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12, I kitab, maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1289-VQD nömrəli və 30 oktyabr tarixli 1290-VQD nömrəli qanunları) 2-ci maddəsində “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2018-ci il

1392-VQD

 


 

 

Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1392-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

 

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2019-cu il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd mühafizə orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və sərhəd mühafizə orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

 

Maddə 3. Taxılma qaydası

 

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 

 


 

 

Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1392-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

 

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının

 

TƏSVİRİ

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili çevrələr arasındakı yaşıl minalı fonda qövs boyunca yuxarı hissədə “AZƏRBAYCAN” sözü, aşağı hissədə “SƏRHƏD MÜHAFİZƏSİ” sözləri yazılmışdır.

2.3. Yazıların arasında hər birinin diametri 2 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.4. Daxili çevrənin içərisində doğan günəş fonunda yuxarı hissədə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissədə palıd yarpaqlarından ibarət çələng, Dövlət Gerbi ilə çələngin arasında “100” rəqəmləri həkk olunmuşdur.

2.5. Bütün yazılar, elementlər və rəqəmlər qabarıqdır.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

3.2. Xarici və daxili çevrələr arasında qövs boyunca yuxarı hissədə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissədə “DÖVLƏT SƏRHƏD XİDMƏTİ” sözləri yazılmışdır.

3.3. Yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.4. Daxili çevrənin içərisində yuxarı hissədə səkkizguşəli ulduz, aşağı hissədə sünbül çələngi, çələngin üzərindən səkkizguşəli ulduza doğru üstü Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində mina ilə örtülmüş sərhəd nişanı həkk olunmuşdur.

3.5. Sərhəd nişanından sol tərəfdə “1919”, sağ tərəfdə “2019” rəqəmləri yazılmışdır.

3.6. Bütün yazılar, elementlər və rəqəmlər qabarıqdır.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 55 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində üfüqi naxışlı iki kontur xətti və onların arasında, mərkəz hissədə sünbül çələngi ilə əhatələnmiş səkkizguşəli ulduz təsvir olunmuş 40 mm x 10 mm ölçülü lövhə, aşağı hissəsinə üzərində üfüqi naxışlı iki kontur xətti təsvir olunmuş 40 mm x 5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Naxışlar, səkkizguşəli ulduz və çələng qabarıqdır.

4.4. Xara lentin mərkəzində Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən və hər birinin eni 3 mm olan 3 şaquli zolaq, mərkəzdən sol və sağ kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ, 7 mm enində qızılı, 1,5 mm enində ağ və 4,5 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.5. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 

 


 

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status