×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.01.2019
QEYDİYYAT NÖMRƏSİ
6
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-01-2019, Nəşr Nömrəsi: 11), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2019, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 150)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201901150006
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.01.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, №11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə” bölməsində:

1.1. 7-ci hissənin dördüncü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 9-cu hissə əlavə edilsin:

 

9.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu

fəlsəfə doktoru üzrə

-

 

2. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə” bölməsi əlavə edilsin:

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə

1.

Azərbaycan İlahiyyat İnstitutu

fəlsəfə doktoru üzrə

-

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 15 yanvar 2019-cu il

                      № 6

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status