AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2018
QEYDİYYAT NÖMRƏSİ
573
ADI
“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-01-2019, Nəşr Nömrəsi: 9), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2763)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.160.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201812290573
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.01.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 29 dekabr 2018-ci il

   № 573

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 29 dekabr tarixli 573 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanı, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının (bundan sonra – Beynəlxalq standartlar) ümumi prinsipləri əsasında hazırlanmışdır. Bu Qaydalar qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri (bundan sonra – təşkilat və ya təşkilatlar) tərəfindən mühasibat uçotunun aparılmasını tənzimləyir.

1.2. Təşkilatlar Beynəlxalq standartların ümumi prinsiplərinə uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. maliyyə hesabatları – təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlar;

2.1.2. aktiv - keçmiş hadisələrin nəticəsi kimi təşkilat tərəfindən idarə olunan və ona gələcəkdə iqtisadi səmərə və ya xidmət potensialı gətirə biləcəyi gözlənilən resurslar;

2.1.3. öhdəlik – təşkilatın kеçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni və xidmət potensialını əmələ gətirən resurslarının kənara ахını ilə nəticələnən mövcud borcu;

2.1.4. kаpital (xalis aktivlər) – bütün öhdəliklər çıxıldıqdan sonra təşkilatın xalis aktivlərinin dəyəri;

2.1.5. gəlir – Nizamnamə Kapitalının (Nizamnamə Fondunun) yaradılması və ya ona əlavə olunması üzrə kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artımla nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin və ya xidmət potensialının artımı;

2.1.6. xərc – kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin və ya xidmət potensialının аzаlmаsı;

2.1.7. kommersiya əməliyyatları – bir mühasibat uçotu subyektinin aldığı aktiv və ya xidmətlər və ya mövcud öhdəliklərin yerinə yetirilməsi müqabilində digər mühasibat uçotu subyektinə təqribi bərabər dəyəri (əsasən pul vəsaitləri, məhsul, xidmət və ya aktivlərdən istifadə formasında) birbaşa verməsini əhatə edən əməliyyatlar;

2.1.8. qeyri-kommersiya əməliyyatları – kommersiya əməliyyat-larını əhatə etməyən əməliyyatlardır. Qeyri-kommersiya əməliyyatları zamanı bir mühasibat uçotu subyekti digər mühasibat uçotu subyektindən aldığı dəyərin müqabilində ya təqribi bərabər dəyəri birbaşa ödəmir və yaxud təqribi bərabər dəyəri almadan başqa mühasibat uçotu subyektinə dəyər ödəyir;

2.1.9. qiymətləndirmə - maliyyə vəziyyəti haqqında hesabatda və ya maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təqdim edilən obyektin pul ifadəsinin müəyyənləşdirilməsi;

2.1.10. aktivin balans dəyəri – yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin maliyyə vəziyyəti haqqında hesabatda tanınan dəyəri;

2.1.11. likvidlik – təşkilatın aktivlərinin nominal dəyərinin dəyişilməz saxlanılmaqla, onların qısa müddətdə pul vəsaitlərinə çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi imkanının olması;

2.1.12. mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılması;

2.1.13. ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlər;

2.1.14. mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlər;

2.1.15. mühasibat uçotunun Hesablar Planı – uçota alınan obyektlərin və məqsədlərin mühasibat uçotunun müəyyən edilmiş əlamətlərinə görə qruplaşdırılmış və rəqəmlərlə göstərilmiş sintetik hesabları və subhesabları məcmusudur. Hesablar planı maliyyə hesabatlarının göstəriciləri ilə uçot göstəriciləri arasında uyğunluğu təmin edir;

2.1.16. mühasibat uçotu xidməti - mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir.

 

3. Maliyyə hesabatlarının tərkibi

 

3.1. İllik maliyyə hesabatlarının komponentləri aşağıdakılardan ibarətdir:

3.1.1. maliyyə vəziyyəti haqqında hesabat – Forma № 1;

3.1.2. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat – Forma № 2;

3.1.3. əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

 

4. Beynəlxalq standartların ümumi prinsiplərinə əsaslanan ehtimallar (prinsiplər)

 

4.1. Mühasibat uçotunun aparılması zamanı Beynəlxalq standartların ümumi prinsiplərinə əsaslanan ehtimallara (prinsiplərə), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin qiymətləndirmə əsaslarına üstünlük verilir. Mühasibat uçotunu tənzimləyən qanunvericilik aktlarında əks olunan tələblərin və ya təşkilatın iş xüsusiyyətinin dəyişdirilməsi ilə əlaqədar, təşkilatın uçot siyasətinin müvafiq müddəalarında düzəlişlər aparılmalı və istifadəçilərin diqqətinə çatdırılmalıdır.

4.2. Təşkilatlar tərəfindən mühasibat uçotu hesablama metodu əsasında aparılır və ona uyğun olaraq maliyyə hesabatları tərtib edilir. Bu metoda əsasən əməliyyatların və digər hadisələrin təsiri onların baş verdiyi (pul vəsaitləri və ya onların ekvivalentlərinin qəbul edildiyi və ya ödənildiyi vaxt deyil) zaman tanınır və uçot registrlərində qeyd edilir, habelə aid olduqları dövr üzrə maliyyə hesabatlarında təqdim edilir.

4.3. Təşkilatın fəaliyyətinin fasiləsizliyi konsepsiyası təşkilatın fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur. Maliyyə hesabatlarında aktivlərin və öhdəliklərin qiymətləndirilməsi əsasən ilkin dəyər əsasında təqdim olunur.

4.4. Təşkilatın fəaliyyətinin fasiləsizliyi barədə ehtimal aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin yaradır.

4.5. Təşkilatın ləğv olunacağı ehtimal olunarsa, aktivlərin qiymətləndirilmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil, onların ehtimal olunan satış dəyərindən (yəni, satış üzrə xərclər çıxılmaqla, satış qiyməti) istifadəsi daha məqsədəuyğundur. Təşkilatın yaxın gələcəkdə ləğv olunacağı gözlənilərsə, aktivlərin ehtimal olunan satış dəyəri təşkilat tərəfindən onun öhdəliklərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin gözlənilən mədaxili barədə daha etibarlı məlumatı təmin edir.

4.6. Təşkilatın uzunmüddətli aktivlərinin amortizasiyası yalnız onun fəaliyyətində müəyyən sabitlik ehtimal olunduqda, məntiqə və məqsədəmüvafiq hesab olunur. Təşkilatın ləğv olunması labüddürsə, aktivlər qısamüddətli (dövriyyə) və uzunmüddətli (dövriyyədən kənar) kimi təsnifləşdirilmir. Bu zaman, bütün aktivlər ləğv olunması gözlənilən qısamüddətli aktivlər hesab olunur. Öhdəliklər kreditorlara ödənişlərin növbəliliyi əsasında təsnifləşdirilir.

 

5. Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri

 

5.1. Keyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təqdim olunan informasiyanı istifadəçilər üçün daha faydalı edən amillərdir. Münasiblik, etibarlılıq, müqayisəlilik və anlaşıqlılıq əsas keyfiyyət xüsusiyyətləridir:

5.1.1. münasiblik: keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə, istifadəçilərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur. İnformasiyanın münasibliyi onun xarakterinə və əhəmiyyətliliyinə təsir göstərir:

5.1.1.1. əhəmiyyətlilik: informasiyanın təqdim edilməməsi və ya təhrif edilməsi istifadəçilər tərəfindən maliyyə hesabatları əsasında qəbul edilmiş iqtisadi qərarlara təsir edə bilərsə, informasiya əhəmiyyətli sayılır. Əhəmiyyətlilik təqdim edilməmiş və ya təhrif edilmiş informasiyanın həcmindən asılıdır;

5.1.2. etibarlılıq: faydalı olmaq üçün informasiya etibarlı olmalıdır. Tərkibində əhəmiyyətli səhvlər və qərəzli olmayan informasiya etibarlılıq keyfiyyətinə malikdir:

5.1.2.1. düzgün təqdimat: etibarlı olmaq üçün maliyyə hesabatlarında təqdim edilməli olan və ya təqdim edilməsi gözlənilən əməliyyatlar və digər hadisələr üzrə informasiyalar düzgün təqdim olunmalıdır;

5.1.2.2. mahiyyətin formadan üstünlüyü: maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır;

5.1.2.3. neytrallıq: maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən təqdim olunan informasiya, onların əvvəlcədən müəyyən olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, informasiya neytral hesab oluna bilməz;

5.1.2.4. ehtiyatlılıq: qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədi ilə diqqətli yanaşmanın tətbiqidir. Qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq həcmdə hesablanmış qiymətləndirilmiş öhdəliklərin yaradılmasına, habelə aktivlərin və gəlirlərin qəsdən azaldılmasına və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasına əsas vermir;

5.1.2.5. tamlıq: maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla dolğun olmalıdır;

5.1.3. müqayisəlilik: istifadəçilər üçün maliyyə hesabatları arasında müvafiqliyi və fərqliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaradan informasiya müqayisəli hesab olunur. İstifadəçilər tərəfindən təşkilatın müxtəlif dövrlərə aid olan maliyyə hesabatlarının və ayrı-ayrı təşkilatların maliyyə hesabatlarının müqayisə edilə bilməsi onlar üçün təşkilatların maliyyə vəziyyətindəki və fəaliyyətlərinin maliyyə nəticələrindəki meyillərini müəyyən etmək imkanı yaradır;

5.1.4. anlaşıqlılıq: maliyyə hesabatlarında təqdim olunan informasiyanın mahiyyəti istifadəçilər tərəfindən anlaşılmalıdır. Eyni zamanda, istifadəçilər kommersiya fəaliyyəti və mühasibat uçotu haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. Münasib informasiya onun mürəkkəbliyinə görə istifadəçilər tərəfindən anlaşılmamağı səbəbindən maliyyə hesabatlarından çıxarılmamalıdır.

 

6. Qiymətləndirmə

 

6.1. Qiymətləndirmə - maliyyə vəziyyəti haqqında hesabatda və ya maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təqdim edilən obyektin pul ifadəsinin müəyyənləşdirilməsidir. Onlara aşağıdakılar daxildir:

6.1.1. ilkin dəyər:

6.1.1.1. aktivlərin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği (gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil оlmaqla), yaxud verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur;

6.1.1.2. öhdəliklərin ilkin dəyər əsasında qiymətləndirilməsi təşkilatın adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə ölçülməsini nəzərdə tutur;

6.1.2. cari dəyər:

6.1.2.1. aktivlərin cari dəyər əsasında qiymətləndirilməsi hal-hazırda analoji aktivlərin əldə edilməsi üçün ödənilməli olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə ölçülməsini nəzərdə tutur;

6.1.2.2. öhdəliklərin cari dəyər əsasında qiymətləndirilməsi onların hal-hazırda yerinə yetirilməsi məqsədi ilə ödənilməli olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin nominal (diskontlaşdırılmamış) məbləği ilə ölçülməsini nəzərdə tutur;

6.1.3. mümkün satış dəyəri:

6.1.3.1. aktivlərin mümkün satış dəyəri əsasında qiymətləndirilməsi təşkilatın adi iş şəraitində bu aktivin satılması nəticəsində əldə edilə biləcək pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə ölçülməsini nəzərə tutur;

6.1.3.2. öhdəliklərin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi təşkilatın adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə pul vəsaitlərinin və ya onların ekvivalentlərinin ödənilməli olan nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur;

6.1.4. diskontlaşdırılmış dəyər:

6.1.4.1. aktivlərin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi təşkilatın adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur;

6.1.4.2. öhdəliklərin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi təşkilatının adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur;

6.1.5. ədalətli dəyər:

6.1.5.1. aktivlərin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında mübadilə nəticəsində əldə edilə biləcək məbləğlə qiymətləndirilməsini nəzərdə tutur;

6.1.5.2. öhdəliklərin ədalətli dəyər əsasında qiymətləndirilməsi müstəqil, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatın icrası zamanı bu öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan məbləğlə qiymətləndirilməsini nəzərdə tutur.

 

7. İlkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası

 

7.1. Təşkilatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Maliyyə-təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur.

7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən təşkilatın adı, maliyyə-təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitləri əks etdirir. Əməliyyatların xarakterindən və təşkilatın xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir.

7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir.

7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir.

7.5. İlkin uçot sənədlərinə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal uçot sənədləri hazırlanmalıdır.

7.6. Uçot registrlərində qeydlər üçün əsas sayılan sənədlər qrafiklə müəyyən edilmiş vaxtlarda mühasibatlığa təhvil verilməlidir.

7.7. Pul vəsaitlərinin, material qiymətlərinin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin uçot sənədləri əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surəti ilə təmin etmək təşkilatda bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür.

7.8. Mühasibat uçotunda əks etdirilməli olan uçota qəbul edilmiş ilkin uçot sənədlərindəki məlumatlar təşkilat tərəfindən yığılır və sistemləşdirilir. Həmin ilkin uçot sənədləri əsasında mühasibat uçotu registrlərində yazılışlar aparılır.

7.9. İlkin uçot sənədlərində (ciddi hesabat blankları, kassa və bank sənədləri istisna olmaqla) və uçot registrlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi düzəlişin tarixi göstərilməklə, həmin sənədi imza etmiş şəxslərin imzası ilə təsdiq edilməlidir.

7.10. Təşkilatlar tərəfindən mühasibat uçotunun aparılması memorial-order forması, jurnal-order forması və ya digər formalar əsasında əllə və ya avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Sintetik uçotun memorial order forması müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.

7.11. Elektron məlumat daşıyıcıları vasitəsilə mühasibat uçotu registrlərini tərtib edən təşkilatlar uçot məlumatlarının vaxtında daxil edilməsi, istifadəsi və qorunması üçün mühasibatlığı müasir uçot texnikası və texniki vasitələrlə təmin edir.

7.12. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatlar mühasibat uçotu registrlərini Azərbaycan dilində aparır. Xaricdə fəaliyyət göstərən təşkilatın Azərbaycan dilindəki mühasibat uçotu registrləri bu xarici ölkələrin qanunvericiliyi ilə müəyyən olunmuş tələblər əsasında xarici dillərə tərcümə edilə bilər.

7.13. Əllə tərtib olunan mühasibat kitablarında səhifələr nömrələnir. Kitabın son səhifəsində səhifələrin yekun sayı göstərilməklə, təşkilatın baş mühasibi və bu təşkilatın rəhbəri tərəfindən təyin edilmiş digər mühasibatlıq işçisinin imzası ilə təsdiq edilir və möhürlənir. Hər kitabda təşkilatın, mərkəzi mühasibatlığın adı və kitabın açıldığı tarix yazılır. Kitabda açılmış subhesabların adı olmalıdır. Müəyyən bir subhesab üzrə yazılışlar kitabın digər səhifəsinə köçürülərkən, həmin subhesab üzrə başlıqda yeni səhifənin nömrəsi göstərilməklə, yazılışın köçürülməsi haqqında qeyd edilir.

7.14. Hesabat dövrü başa çatdıqda, mühasibat uçotu kitablarında boş səhifələr növbəti hesabat dövrünün əməliyyatlarının yazılışları üçün istifadə oluna bilər. Mühasibat uçotunun registrlərində yazılışlar ilkin uçot sənədlərinə əsasən qələmlə və ya avtomatlaşdırılmış üsulla aparılır. Mühasibat uçotunun registrləri həmçinin kompüterlə və ya müasir hesablama texnikası vasitəsilə tərtib edilir. Hər ayın sonunda analitik uçot registrlərində dövriyyənin yekunu hesablanılır və subhesablar üzrə qalıqlar çıxarılır. İlin əvvəlinə olan dövriyyə balansının məlumatları (qalıqları) hesabat dövründən əvvəlki dövrün sonuna təsdiq edilmiş yekun balansının məlumatlarına uyğun olmalıdır. Hesabat ilinin əvvəlinə dövriyyə balansının məlumatları dəyişilərsə, onun səbəbləri aydınlaşdırıl-malıdır.

7.15. İlkin sənədlər, uçot registrləri və maliyyə hesabatları arxivə təhvil verilənədək mühasibatlıqda xüsusi yerlərdə və ya baş mühasib tərəfindən məsul edilmiş şəxslərin cavabdehliyi ilə bağlı rəflərdə mühafizə olunur. Mühasibat sənədləri təşkilatların mühasibat arxivində müəyyən olunmuş müddətdə mühafizə olunur. Mühafizə müddəti bitdikdən sonra mühasibat sənədləri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Sənədlərin arxivə təhvil verilməsini və ya qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsini təsdiq edən aktlar mühasibatlıqda daimi mühafizə edilməlidir. Təşkilatların ilkin uçot sənədləri, uçot registrləri, maliyyə hesabatları istintaq orqanları, prokurorluq və məhkəmə tərəfindən ibtidai istintaq üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq bu orqanların qərarı əsasında götürülə bilər. Sənədlər götürülən zaman protokol tərtib edilir, protokolun surəti iltizam almaqla təşkilatın müvafiq vəzifəli şəxsinə verilir. Sənədləri götürən orqanların razılığı və nümayəndələrinin iştirakı ilə təşkilatların müvafiq vəzifəli şəxsləri sənədlərin götürülməsi tarixi və əsasını göstərməklə, onların surətini çıxara bilərlər. İlkin uçot sənədlərinin, uçot registrlərinin və maliyyə hesabatlarının itməsi hallarında təşkilatın rəhbərinin əmri ilə bu halların səbəblərini araşdıran komissiya yaradılır. Komissiyanın işinin nəticəsi təşkilatın rəhbəri tərəfindən təsdiq olunan aktla rəsmiləşdirilir. Aktın surəti yuxarı təşkilatlara (mövcud olduqda) göndərilir.

 

8. Mühasibat uçotu xidməti

 

8.1. Təşkilatların mühasibat uçotu bu təşkilatlar tərəfindən təşkil edilmiş mühasibatlıqlar, mərkəzi mühasibatlıqlar və ya mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyektləri tərəfindən həyata keçirilir. Təşkilatların mühasibatlıqları və ya bu təşkilatların aparatlarının tərkibində təşkil edilmiş mərkəzi mühasibatlıqlar illik maliyyə hesabatlarını tərtib və təqdim etməlidirlər.

8.2. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ləğv edilən təşkilatın ləğvi haqqında qərar qəbul olunarkən, müəyyən edilmiş tarixə təşkilat üzrə ləğv komissiyası yekun maliyyə hesabatlarını tərtib edir. Təşkilatın əmlakı ləğv komissiyasının müəyyən olunmuş qaydada təyin etdiyi qiymətlərlə uçota alınır. Ümidsiz borclar və zərərlər yekun maliyyə hesabatlarına daxil edilmir. Ləğv olunan təşkilatın öhdəlikləri dəqiqləşdirilərək, yekun “Maliyyə vəziyyəti haqqında” hesabatda əks etdirilir və “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də ödəniş günündən başlayaraq öhdəliklərin yerinə yetirilməsi xronoloji ardıcıllıqla bölgü üzrə göstərilir.

8.3. Təşkilatlarda təşkil edilmiş mühasibatlıqlar, mərkəzi mühasibatlıqlar və ya mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyektləri vasitəsilə aşağıdakı işlər (xidmətlər) həyata keçirilir:

8.3.1. mühasibat uçotunun aparılması üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;

8.3.2. mühasibat uçotunun aparılmasını həyata keçirmək;

8.3.3. mühasibat uçotunu ilkin uçot sənədləri əsasında, mühasibat uçotu registrlərini tərtib etməklə fasiləsiz həyata keçirmək;

8.3.4. maliyyə, vergi və digər hesabatların tam və vaxtında təqdim olunmasını təmin etmək;

8.3.5. kommersiya sirri hesab edilən məlumatları məxfi saxlamaq;

8.3.6. müvafiq vəsaitlərin təyinatı üzrə istifadə edilməsini həyata keçirmək;

8.3.7. aktiv, öhdəlik, xalis aktivlər (kapital), gəlir və xərclərin uçotunun həyata keçirilməsini təmin etmək.

8.4. Baş mühasib və ya mühasibat uçotu xidmətinin rəhbərinin hüquqları aşağıdakılardır:

8.4.1. mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı bütün mühasibat sənədlərini (bank sənədləri, kassa mədaxil və məxaric orderləri, ödəniş üçün kassaya təqdim edilən əməkhaqqı üzrə ödəniş cədvəlləri və digər mühasibat sənədləri) ikinci imza etmək hüququna malikdir;

8.4.2. təşkilatın tərkibinə daxil olan bölmələrdən mühasibat uçotu və nəzarət üçün lazımi sənədlərin vaxtında mühasibatlığa (mərkəzi mühasibatlığa) təhvil verilməsini tələb edir.

8.5. Baş mühasibin və ya baş mühasib olmadıqda xüsusi sərəncamla imza etmək səlahiyyəti verilmiş mühasibatlıq işçisinin imzası olmayan sənədlər etibarsız hesab edilir və icra üçün qəbul edilmir. Baş mühasib və ya mühasibat uçotu xidmətinin rəhbəri aşağıdakı vəzifələri həyata keçirir:

8.5.1. mühasibat uçotunun aparılmasına və maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinə rəhbərlik edir və öz sisteminə daxil olan qurumların (idarələrin, şöbələrin) mühasibat uçotu xidmətinin icrasını təmin edir;

8.5.2. hər bir işçinin öz vəzifələrini bilməsi üçün mühasibatlığın işçilərinin xidməti vəzifələrini müəyyən edir;

8.5.3. mühasibatlıqda və mərkəzi mühasibatlıqda işçilər arasında xidməti vəzifələrin bölgüsü zamanı işin həcmindən və funksional əlamətlərindən asılı olaraq müvafiq işçi qruplarının yaradılmasını təşkil edir. Bu işçi qrupları təşkilatın mühasibat uçotunun əməliyyatları üzrə bütün ilkin sənədləşmələrin tərtibini, maddi məsul şəxslərdə olan maddi qiymətlilərin uçotunun aparılmasını və vəzifələrin bölgüsü zamanı nəzərdə tutulmuş digər işlərin yerinə yetirilməsini təmin edir;

8.5.4. inventarizasiyanın aparılmasını təmin edir;

8.5.5. sənədlərlə işləyən dövrdə onların qorunub saxlanılmasının təmin edilməsinə və vaxtında arxivə verilməsinə məsuliyyət daşıyır;

8.5.6. kassa kitabının düzgün tərtib edilməsinə və kassa əməliyyatlarının aparılmasına nəzarət edir.

 

9. Beynəlxalq standartların ümumi prinsiplərinə uyğun olaraq müəyyən edilmiş mühasibat uçotunun Hesablar Planının konseptual əsasları

 

9.1. Beynəlxalq standartların ümumi prinsiplərinin tələblərinə cavab verən mühasibat uçotunun Hesablar Planı bu Beynəlxalq standartlara əsaslanan ehtimallar (prinsiplər), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına uyğun olaraq hazırlanmış və təsdiq edilmişdir. Təşkilatlar tərəfindən tərtib olunan “Maliyyə vəziyyəti haqqında hesabat”da informasiya Hesablar Planı vasitəsilə dolğun təqdim edilir. Hesablar Planı maliyyə hesabatları elementlərinin qruplaşdırılması və dəyər ifadəsində vəziyyətinin əks etdirilməsi üçün nəzərdə tutulur. Hesablar Planı artan likvidlik dərəcəsi qaydasında düzülür. Hesablar Planında mühasibat uçotunun hesablarının nömrəsi, o cümlədən sintetik hesabların nömrəsi 3 rəqəmdən, subhesabların nömrəsi 4, 5 və ya daha çox rəqəmdən ibarət olmaqla müəyyən edilir. Nömrənin birinci rəqəmi aid olduğu bölməni, ikinci rəqəm aid olduğu maddəni, üçüncü rəqəm aid olduğu sintetik hesabı, dördüncü, beşinci və sonrakı rəqəmlər isə sintetik hesabın müvafiq subhesablarını göstərir. Hesablar Planında təhlilin, nəzarətin aparılması və maliyyə hesabatlarının tərtib olunması tələblərindən asılı olaraq müəyyən olunmuş subhesablardan istifadə edilir. Təşkilat təsdiq olunmuş uçot siyasətinə uyğun olaraq istifadə etdiyi hesablar planına əlavə subhesablar daxil etmək hüququna malikdir.

9.2. Təşkilatlar maliyyə hesabatlarının tərtib olunması üçün mühasibat uçotunun aparılması zamanı bu Qaydalarla müəyyən edilmiş Hesablar Planından istifadə etməlidir.

9.3. “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq maddələrində təşkilat tərəfindən hesabat dövrünün sonuna sintetik hesabların yekunlaşdırılmış qalıqları əks etdirilir.

9.4. Təşkilatın fəaliyyəti ilə bağlı baş vermiş maliyyə-təsərrüfat əməliyyatları vahid Hesablar Planı (sintetik hesabları, subhesabları) vasitəsilə müvafiq maliyyə hesabatlarında əks etdirilir. Sintetik hesablar maliyyə hesabatlarının elementlərinin (aktivlərin, öhdəliklərin və xalis aktivlərin (kapitalın), habelə gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını təmin edir. Sintetik hesabın bir hissəsini təşkil edən subhesab özündə qruplaşdırılmış analitik uçot məlumatlarını əks etdirməklə, göstərilən sintetik hesabda maliyyə hesabatlarının elementləri barədə ümumiləşdirilmiş informasiyanı açıqlayır.

9.5. Bu Qaydalarla müəyyən edilən Hesablar Planı təşkilatların iş xüsusiyyətlərini özündə əks etdirir. Hesablar Planı aşağıdakı bölmələrdən ibarətdir:

9.5.1. Bölmə 1. “Uzunmüddətli aktivlər”;

9.5.2. Bölmə 2. “Qısamüddətli aktivlər”;

9.5.3. Bölmə 3. “Xalis aktivlər (kapital)”;

9.5.4. Bölmə 4. “Uzunmüddətli öhdəliklər”;

9.5.5. Bölmə 5. “Qısamüddətli öhdəliklər”;

9.5.6. Bölmə 6. “Gəlirlər”;

9.5.7. Bölmə 7. “Xərclər”;

9.5.8. Bölmə 8. “Mənfəət (zərər)”;

9.5.9. Bölmə 9. “Mənfəət vergisi”.

 

Təşkilatlar üçün Hesablar Planı

 

Maliyyə hesabatının bölməsi/ maddəsi

Hesabın

№-si

Subhesabın

№-si

Adı

1

2

3

4

1

 

 

Uzunmüddətli aktivlər

10

 

 

Qeyri-maddi aktivlər

 

101

 

Qeyri-maddi aktivlərin dəyəri

 

 

101-1

Təcrübə-konstruktor işlərinin dəyəri

 

 

101-2

Ticarət markalarının dəyəri

 

 

101-3

Proqram təminatının dəyəri

 

 

101-4

Patentlərin dəyəri

 

 

101-5

Müəllif hüquqlarının dəyəri

 

 

101-6

Lisenziyaların dəyəri

 

 

101-7

Digər qeyri-maddi aktivlərin dəyəri

 

102

 

Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya

 

 

102-1

Təcrübə-konstruktor işləri üzrə yığılmış amortizasiya

 

 

102-2

Ticarət markaları üzrə yığılmış amortizasiya

 

 

102-3

Proqram təminatı üzrə yığılmış amortizasiya

 

 

102-4

Patentlər üzrə yığılmış amortizasiya

 

 

102-5

Müəllif hüquqları üzrə yığılmış amortizasiya

 

 

102-6

Lisenziyalar üzrə yığılmış amortizasiya

 

 

102-7

Digər qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya

 

103

 

Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-1

Təcrübə-konstruktor işləri ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-2

Ticarət markaları ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-3

Proqram təminatı ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-4

Patentlərlə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-5

Müəllif hüquqları ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-6

Lisenziyalarla bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-7

Digər qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması

11

 

 

Torpaq, tikili və avadanlıqlar

 

111

 

Torpaq, tikili və avadanlıqların dəyəri

 

 

111-1

Torpağın dəyəri

 

 

111-2

Tikililərin dəyəri

 

 

111-3

Maşın və avadanlıqların dəyəri

 

 

111-4

Nəqliyyat vasitələrinin dəyəri

 

 

111-5

Digər torpaq, tikili və avadanlıqların dəyəri

 

112

 

Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya

 

 

112-1

Tikililər üzrə yığılmış amortizasiya

 

 

112-2

Maşın və avadanlıqlar üzrə yığılmış amortizasiya

 

 

112-3

Nəqliyyat vasitələri üzrə yığılmış amortizasiya

 

 

112-4

Digər torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya

 

113

 

Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması

 

 

113-1

Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar

 

 

113-2

Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar

 

 

113-3

Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar

 

 

113-4

Torpaq, tikili və avadanlıqlar üzrə digər kapitallaşdırılmış məsrəflər

12

 

 

İnvestisiya mülkiyyəti

 

121

 

İnvestisiya mülkiyyətinin dəyəri

 

 

121-1

Torpağın dəyəri

 

 

121-2

Tikililərin dəyəri

 

122

 

İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri

 

 

122-1

İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya

 

 

122-1-1

Tikililər üzrə yığılmış amortizasiya

 

 

122-2

İnvestisiya mülkiyyəti üzrə qiymətdəndüşmə zərərləri

 

 

122-2-1

Torpaq üzrə qiymətdəndüşmə zərərləri

 

 

122-2-2

Tikililər üzrə qiymətdəndüşmə zərərləri

 

123

 

İnvestisiya mülkiyyəti ilə bağlı xərclərin kapitallaşdırılması

 

 

123-1

Torpaqla bağlı məsrəflərin kapitallaşdırılması

 

 

123-2

Tikililərlə bağlı məsrəflərin kapitallaşdırılması

13

 

 

Uzunmüddətli debitor borcları

 

131

 

Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları

 

132

 

Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları

 

133

 

Üzvlərin və donorların uzunmüddətli debitor borcları

 

134

 

Transferlər üzrə uzunmüddətli debitor borcları

 

135

 

İcarə üzrə uzunmüddətli debitor borcları

 

 

135-1

Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları

 

 

135-2

Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları

 

136

 

Faizlər üzrə uzunmüddətli debitor borcları

 

137

 

Digər uzunmüddətli debitor borcları

14

 

 

Sair uzunmüddətli maliyyə aktivləri

 

141

 

Uzunmüddətli verilmiş borclar

 

142

 

Uzunmüddətli verilmiş borclardan və digər uzunmüddətli debitor borclardan fərqli olan uzunmüddətli maliyyə aktivləri

15

 

 

Sair uzunmüddətli aktivlər

 

151

 

Gələcək hesabat dövrlərinin xərcləri

 

 

151-1

Qeyri-kommersiya əməliyyatları ilə bağlı xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

151-2

Kommersiya əməliyyatları ilə bağlı xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

151-3

Sair xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

151-4

Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

152

 

Verilmiş uzunmüddətli avanslar

 

153

 

Xüsusi məqsədlər üçün saxlanılan uzunmüddətli aktivlər

 

154

 

Digər uzunmüddətli aktivlər

2

 

 

Qısamüddətli aktivlər

20

 

 

Ehtiyatlar

 

201

 

Material ehtiyatları

 

 

201-1

Xammal

 

 

201-2

Materiallar

 

 

201-3

Qablaşdırılma materialları

 

202

 

Bitməmiş istehsal

 

 

202-1

İstehsalatda istifadə olunmuş xammal və materiallar

 

 

202-2

İstehsalatla məşğul olan işçi heyəti ilə bağlı məsrəflər

 

 

202-3

İstehsalatla məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesablanılan sosial sığorta ayırmaları

 

 

202-4

İstehsalatda istifadə olunan aktivlərin amortizasiya məsrəfləri

 

 

202-5

İstehsalatla bağlı sair məsrəflər

 

203

 

Hazır məhsul

 

204

 

Mallar

 

205

 

Satış məqsədi ilə saxlanılan və silinən uzunmüddətli aktivlər

 

206

 

Digər ehtiyatlar

 

207

 

Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər

21

 

 

Qısamüddətli debitor borcları

 

211

 

Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları

 

212

 

Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları

 

213

 

Üzvlər və donorlar üzrə qısamüddətli debitor borcları

 

214

 

Qısamüddətli transferlər üzrə qısamüddətli debitor borcları

 

215

 

İcarə üzrə qısamüddətli debitor borcları

 

 

215-1

Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

 

 

215-2

Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları

 

216

 

Faizlər üzrə qısamüddətli debitor borcları

 

217

 

Digər qısamüddətli debitor borcları

 

218

 

Şübhəli borclar üzrə düzəlişlər

22

 

 

Pul vəsaitləri və onların ekvivalentlərı

 

221

 

Kassa

 

222

 

Yolda olan pul köçürmələri

 

223

 

Bankda olan hesablaşma hesabları

 

224

 

Tələblərə əsasən açılan digər bank hesabları

 

225

 

Pul vəsaitlərinin ekvivalentləri

23

 

 

Sair qısamüddətli maliyyə aktivləri

 

231

 

Qısamüddətli verilmiş borclar

 

232

 

Qısamüddətli verilmiş borclardan və digər qısamüddətli debitor borclardan fərqli olan qısamüddətli maliyyə aktivləri

24

 

 

Sair qısamüddətli aktivlər

 

241

 

Gələcək hesabat dövrlərinin xərcləri

 

 

241-1

Qeyri-kommersiya əməliyyatları üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

241-2

Kommersiya əməliyyatları üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

241-3

Sair xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

241-4

Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

242

 

Verilmiş qısamüddətli avanslar

 

243

 

Xüsusi məqsədlər üçün saxlanılan qısamüddətli vəsaitlər

 

244

 

Təhtəlhesab məbləğlər

 

245

 

Əvəzləşdirilən vergilər

 

 

245-1

Əvəzləşdirilən əlavə dəyər vergisi

 

 

245-2

Əvəzləşdirilən aksiz vergisi

 

246

 

Digər qısamüddətli aktivlər

3

 

 

Kapital

30

 

 

Nizamnamə kapitalı

 

301

 

Nizamnamə (nominal) kapitalı

 

302

 

Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi

31

 

 

Ehtiyat fondları (kapital ehtiyatları)

 

311

 

Qanunvericilik üzrə yaradılan ehtiyat fondları

 

312

 

Nizamnamə üzrə yaradılan ehtiyat fondları

 

313

 

Yaradılan digər ehtiyat fondları

32

 

 

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

 

321

 

Hesabat dövrünün mənfəəti (zərəri)

 

322

 

Uçot siyasətində dəyişikliklər və səhvlərlə bağlı bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə düzəlişlər

 

323

 

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

4

 

 

Uzunmüddətli öhdəliklər

40

 

 

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

 

401

 

Uzunmüddətli bank kreditləri

 

402

 

İşçilər üçün uzunmüddətli bank kreditləri

 

403

 

Uzunmüddətli borclar

 

404

 

Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

41

 

 

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

 

411

 

Uzunmüddətli zəmanət öhdəlikləri

 

412

 

Uzunmüddətli hüquqi öhdəliklər

 

413

 

Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

42

 

 

Uzunmüddətli kreditor borcları

 

421

 

Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları

 

422

 

Faizlər üzrə uzunmüddətli kreditor borcları

 

423

 

Digər uzunmüddətli kreditor borcları

43

 

 

Sair uzunmüddətli öhdəliklər

 

431

 

Gələcək hesabat dövrlərinin gəlirləri

 

432

 

Alınmış uzunmüddətli avanslar

 

433

 

Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

 

434

 

Digər uzunmüddətli öhdəliklər

5

 

 

Qısamüddətli öhdəliklər

50

 

 

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

 

501

 

Qısamüddətli bank kreditləri

 

502

 

İşçilər üçün qısamüddətli bank kreditləri

 

503

 

Qısamüddətli borclar

 

504

 

Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

51

 

 

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

 

511

 

Qısamüddətli zəmanət öhdəlikləri

 

512

 

Qısamüddətli hüquqi öhdəliklər

 

513

 

Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

52

 

 

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

 

521

 

Vergi öhdəlikləri

 

522

 

Sosial sığorta və təminat üzrə öhdəliklər

 

523

 

Digər məcburi ödənişlər üzrə öhdəliklər

53

 

 

Qısamüddətli kreditor borcları

 

531

 

Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları

 

532

 

İşçi heyəti üzrə qısamüddətli kreditor borcları

 

533

 

İcarə üzrə qısamüddətli kreditor borcları

 

 

533-1

Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları

 

 

533-2

Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları

 

534

 

Faizlər üzrə qısamüddətli kreditor borcları

 

535

 

Digər qısamüddətli kreditor borcları

54

 

 

Sair qısamüddətli öhdəliklər

 

541

 

Gələcək hesabat dövrünün gəlirləri

 

 

541-1

Qeyri-kommersiya əməliyyatları üzrə gələcək hesabat dövrünün gəlirləri

 

 

541-2

Kommersiya əməliyyatları üzrə gələcək hesabat dövrünün gəlirləri

 

542

 

Alınmış qısamüddətli avanslar

 

543

 

Qısamüddətli məqsədli maliyyələş-mələr və daxilolmalar

 

544

 

Digər qısamüddətli öhdəliklər

6

 

 

Gəlirlər

60

 

 

Qeyri-kommersiya əməliyyatlarından gəlirlər

 

601

 

Giriş və üzvlük haqları

 

602

 

İanələr

 

603

 

Hökumət subsidiyaları

 

604

 

Qrantlar

 

605

 

Xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin əsas qurumdan aldıqları məbləğlər

 

606

 

Əvəzsiz alınmış aktivlər və alınmış hədiyyələr

 

607

 

Üzv olduğu assosiasiyalardan və federasiyalardan alınan məbləğlər

 

608

 

Təqvim haqları

 

609

 

Qeyri-kommersiya əməliyyatları üzrə digər gəlirlər

61

 

 

Kommersiya əməliyyatlarından gəlirlər

 

611

 

Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə gəlirlər

 

612

 

İcarə müqavilələri üzrə gəlirlər

 

613

 

Kommersiya əməliyyatları üzrə digər gəlirlər

 

614

 

Satılmış malların qaytarılması və ucuzlaşdırılması

 

615

 

Verilmiş güzəştlər

62

 

 

Sair gəlirlər

 

621

 

Uzunmüddətli aktivlərin satışından gəlir

 

622

 

Ədalətli dəyərlə ölçülən aktivlərin dəyərinin artmasından yaranan gəlir

 

623

 

Digər gəlirlər

63

 

 

Maliyyə gəlirləri

 

631

 

Alınmış dividend gəliri

 

632

 

Faiz gəliri

 

633

 

Digər maliyyə gəlirləri

7

 

 

Xərclər

70

 

 

Qeyri-kommersiya əməliyyatları ilə bağlı xərclər

 

701

 

Pul formasında verilmiş yardımlar

 

702

 

Natural formada verilmiş yardımlar

 

703

 

Qeyri-kommersiya əməliyyatları ilə bağlı əməyin ödənişi üzrə xərclər

 

704

 

Qeyri-kommersiya əməliyyatları ilə bağlı istifadə edilən aktivlər üzrə amortizasiya xərcləri

 

705

 

Qeyri-kommersiya əməliyyatları ilə bağlı xammal və istifadə olunmuş materiallar

 

706

 

Qeyri-kommersiya əməliyyatları ilə bağlı digər xərclər

71

 

 

Kommersiya əməliyyatları ilə bağlı xərclər

 

711

 

Kommersiya əməliyyatları ilə bağlı xammal və istifadə olunmuş materiallar

 

712

 

Kommersiya əməliyyatları ilə bağlı əməyin ödənişi üzrə xərclər

 

713

 

Kommersiya əməliyyatları ilə bağlı istifadə olunan aktivlər üzrə amortizasiya xərcləri

 

714

 

Kommersiya əməliyyatları ilə bağlı hazır məhsul və mallar üzrə xərclər

 

715

 

Kommersiya əməliyyatları ilə bağlı digər xərclər

72

 

 

Sair xərclər

 

721

 

Uzunmüddətli aktivlərin xaricolmasından xərclər

 

722

 

Ədalətli dəyərlə ölçülən aktivlərin dəyərinin azalmasından yaranan xərclər

 

723

 

Digər xərclər

73

 

 

Maliyyə xərcləri

 

731

 

Maliyyə xərcləri

8

 

 

Mənfəət (zərər)

80

 

 

Hesabat ili üzrə mənfəət (zərər)

 

801

 

Qeyri-kommersiya əməliyyatları üzrə mənfəət (zərər)

 

802

 

Kommersiya əməliyyatları üzrə mənfəət (zərər)

9