×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.12.2018
QEYDİYYAT NÖMRƏSİ
542
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2007-ci il 23 yanvar tarixli 12 nömrəli, “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 23 nömrəli, “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 21 yanvar tarixli 12 nömrəli, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 29 aprel tarixli 82 nömrəli və “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında” 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 22-12-2018, Nəşr Nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2738)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201812190542
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.12.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2007-ci il 23 yanvar tarixli 12 nömrəli, “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 23 nömrəli, “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 21 yanvar tarixli 12 nömrəli, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 29 aprel tarixli 82 nömrəli və “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında” 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617, № 12 (II kitab), maddə 2504; 2018, № 6, maddə 1377, № 7 (II kitab), maddə 1630, № 8, maddə 1809; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 478 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 15-ci hissəsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 56; 2008, № 8, maddə 792, № 10, maddə 926; 2010, № 3, maddə 264, № 4, maddə 351; 2014, № 10, maddə 1317) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü hissəsinin ikinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 183; 2010, № 3, maddə 264; 2013, № 4, maddə 448; 2014, № 2, maddə 211) ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 10-cu hissəsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 58; 2013, № 5, maddə 568; 2016, № 6, maddə 1199, № 12, maddə 2216; 2017, № 4, maddə 664) ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənddə, 4.4-4.7-ci bəndlərdə və 3 nömrəli əlavədə hər iki halda “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;

4.2. 4-cü hissənin adında “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;

4.3. 4.1-ci bənd üzrə:

4.3.1. birinci abzasda “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;

4.3.2. ikinci abzasda “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.

5. “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372; 2011, № 3, maddə 235; 2013, № 5, maddə 567; 2014, № 5, maddə 571; 2016, № 6, maddə 1203, № 11, maddə 1967; 2017, № 6, maddə 1222; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 478 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3-cü hissədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” üzrə:

5.2.1. adında və 2-ci hissəsinin adında “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;

5.2.2. 1-ci hissədə, 2.2-ci və 3.2-ci bəndlərdə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;

5.2.3. 2.1-ci bənd üzrə:

5.2.3.1. birinci abzasda “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;

5.2.3.2. üçüncü abzasda “xüsusi nümunəli” sözləri “fərqlənmə” sözü ilə əvəz edilsin;

5.2.3.3. dördüncü abzasa “sertifikat” sözündən sonra “(qısamüddətli kursları bitirənlərə)” sözləri əlavə edilsin;

5.2.4. 2.3-cü bənddə “İlk peşə-ixtisas təhsili müəssisələrində peşə-ixtisas” sözləri “Peşə təhsili müəssisələrində peşə” sözləri ilə əvəz edilsin;

5.2.5. 2.4-cü bəndin ikinci abzası üzrə:

5.2.5.1. ikinci cümlədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;

5.2.5.2. beşinci cümlədə “İLK PEŞƏ-İXTİSAS” sözləri “PEŞƏ” sözü ilə əvəz edilsin;

5.2.6. 2.5-ci bənddə “İLK PEŞƏ-İXTİSAS” sözləri “PEŞƏ” sözü ilə və “XÜSUSİ NÜMUNƏLİ” sözləri “FƏRQLƏNMƏ” sözü ilə əvəz edilsin;

5.2.7. 2.7-ci bəndin üçüncü cümləsində və 2.8-ci bəndin ikinci abzasının üçüncü cümləsində “İLK PEŞƏ-İXTİSAS” sözləri “PEŞƏ” sözü ilə əvəz edilsin;

5.2.8. Qaydaya 1 nömrəli əlavə üzrə:

5.2.8.1. başlıqda “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;

5.2.8.2. hər iki halda “İLK PEŞƏ-İXTİSAS” sözləri “PEŞƏ” sözü əvəz edilsin;

5.2.8.3. hər dörd halda “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;

5.2.8.4. hər iki halda “ilk peşə dərəcəsi” sözləri “peşə-ixtisas dərəcəsi” sözləri ilə əvəz edilsin;

5.2.9. Qaydaya 2 nömrəli əlavə üzrə:

5.2.9.1. başlıqda “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;

5.2.9.2. hər iki halda “İLK PEŞƏ-İXTİSAS” sözləri “PEŞƏ” sözü ilə əvəz edilsin;

5.2.9.3. “XÜSUSİ NÜMUNƏLİ” sözləri “FƏRQLƏNMƏ” sözü ilə əvəz edilsin;

5.2.9.4. hər dörd halda “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;

5.2.9.5. hər iki halda “ilk peşə dərəcəsi” sözləri “peşə-ixtisas dərəcəsi” sözləri ilə əvəz edilsin;

5.2.10. Qaydaya 3 nömrəli əlavə üzrə:

5.2.10.1. başlıqda “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;

5.2.10.2. “İLK PEŞƏ-İXTİSAS” sözləri “PEŞƏ” sözü ilə əvəz edilsin;

5.2.10.3. “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;

5.2.10.4. “ilk peşə dərəcəsi” sözləri “peşə-ixtisas dərəcəsi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 550; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 481 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“1.3. Peşə təhsili üzrə

“Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir:

ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 2 il;

tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il;

ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda - 3 il;

ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 4 il;

tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 3 il;

Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.”.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 19 dekabr 2018-ci il

   № 542

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status