×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.12.2018
QEYDİYYAT NÖMRƏSİ
1403-VQD
ADI
“Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 31-01-2019, Nəşr nömrəsi: 24), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2019, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 20)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201812281403
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.01.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 364) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Ələt azad iqtisadi zonasında atmosfer havasının mühafizəsi ilə bağlı məsələlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 2. Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 471; 2004, № 2, maddə 57; 2006, № 12, maddə 1005; 2007, № 12, maddə 1211; 2013, № 3, maddə 208) 3-cü maddəsinin mətni 3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:

“3.2. Ələt azad iqtisadi zonasında ekoloji təhlükəsizlik sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 3.Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014, № 4, maddə 338, № 10, maddə 1152; 2016, № 12, maddə 2011; 2017, № 2, maddə 142, № 6, maddə 1013; 2018, № 7, I kitab, maddə 1398) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Ələt azad iqtisadi zonasında ətraf mühitin mühafizəsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 4.İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606; 2002, № 4, I kitab, maddə 165; 2007, № 7, maddə 709, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 7, maddə 648; 2017, № 6, maddə 1017; 2018, № 2, maddə 144) 3-cü maddəsinin mətni 3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:

“3.2. Ələt azad iqtisadi zonasında istehsalat və məişət tullantılarının idarə olunması sahəsində yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 5. Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673, 696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2016, № 1, maddə 22; 2018, № 5, maddə 849) 3-cü maddəsinin mətni 3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:

“3.2. Ələt azad iqtisadi zonasında yerin təkindən istifadə sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 6. Azərbaycan Respublikasının Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135; 1999, № 8, maddə 476; 2002, № 5, maddə 237; 2003, № 1, maddə 10; 2004, № 2, maddə 57; 2006, № 11, maddə 923; 2007, №5, maddə 436, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2015, № 2, maddə 72, № 4, maddə 357; 2017, № 9, maddə 1631) 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında su münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2018-ci il

                 1403-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status