×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.12.2018
QEYDİYYAT NÖMRƏSİ
1410-VQD
ADI
“İcbari sığortalar haqqında”, “İxrac nəzarəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Kommersiya sirri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 01-02-2019, Nəşr nömrəsi: 25), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2019, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 27)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.02.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201812281410
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.01.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“İcbari sığortalar haqqında”, “İxrac nəzarəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Kommersiya sirri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci, 25-ci, 26-cı və 27-ci bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1.İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523; 2016, № 2, I kitab, maddə 185, № 3, maddə 414; 2017, № 2, maddə 149, № 7, maddə 1287) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Ələt azad iqtisadi zonasında icbari sığortalar sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 2.İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975) aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilsin:

“3.3. Ələt azad iqtisadi zonasında ixrac nəzarəti sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 3.İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 17-18, maddə 275; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2002, № 1, maddə 11, № 5, maddə 241; 2003, № 1, maddə 1; 2004, № 4, maddə 202; 2007, № 10, maddə 938) 5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”. [1]

Maddə 4. Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 741; 2004, № 12, maddə 973; 2006, № 11, maddə 932; 2012, № 7, maddə 650; 2016, № 12, maddə 2004; 2017, № 12, I kitab, maddə 2224) 1-ci maddəsinin adında “məqsədi” sözü “tətbiq sahəsi” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilsin:

“1.4. Ələt azad iqtisadi zonasında kommersiya sirri ilə əlaqədar yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 5.Qrant haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 366; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 1; 2009, № 8, maddə 611; 2013, № 3, maddə 215; 2014, № 2, maddə 82, № 11, maddə 1369; 2017, № 3, maddə 335) preambulasında “Azərbaycan Respublikasında” sözlərindən sonra “(Ələt azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2018-ci il

                    № 1410-VQD


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702) ilə 3-cü maddə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status