×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.12.2018
QEYDİYYAT NÖMRƏSİ
1419-VQD
ADI
“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tibbi sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-01-2019, Nəşr nömrəsi: 23), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2019, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 26)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201812281419
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.01.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tibbi sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1.Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; 2017, № 12, I kitab, maddə 2200; 2018, № 4, maddə 644, № 7, I kitab, maddə 1385) 2-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“4. Ələt azad iqtisadi zonasında sanitariya-epidemioloji salamatlığın təmin edilməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 2.Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4 maddə 651) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Ələt azad iqtisadi zonasında tibbi sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 3.Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 310; 2008, № 6, maddə 464; 2016, № 12, maddə 2013) 4-cü maddəsinin mətni 4.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 4.2-ci maddə əlavə edilsin:

“4.2. Ələt azad iqtisadi zonasında elektron imza və elektron sənəd sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Maddə 4.Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 506; 2006, № 3, maddə 223; 2007, № 6, maddə 560; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2014, № 4, maddə 336; 2015, № 4, maddə 351) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Ələt azad iqtisadi zonasında Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2018-ci il

№ 1419-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status