![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
28.01.2019 |
Qeydiyyat nömrəsi |
1951100001 |
Adı |
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 31 avqust tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
09.02.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201901280001 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
08.02.2019 |
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1051-VQD nömrəli Qanununun tətbiqi və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 may tarixli 39 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 31 avqust tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri vəzifəsini icra edən |
İbrahim Alışov |
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 1951100001 28 yanvar 2019-cu il
İdarə Heyətinin sədri vəzifəsini icra edən ________________________ İbrahim Alışov |
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 31 avqust tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda edilmiş dəyişikliklər:
1. 3.1-ci bənddə “3.6-cı və 3.7-ci” sözləri “3.6-cı, 3.7-ci və 3.7-1-ci” sözləri ilə əvəz edilsin.
2. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.5. Qanunun 14.0.1-ci maddəsinə uyğun olaraq Qanunun 12.2.5-ci maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatlar, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən neqativ məlumatlar kredit tarixçəsi subyektinin razılığı alınmadan verilməlidir.”.
3. 3.7-ci bənddə “müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada” sözləri “icraatlarında olan işlərlə əlaqədar” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:
“3.7-1. Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.”.