AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.08.1997
QEYDİYYAT NÖMRƏSİ
93
ADI
“Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1997, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 160)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.08.1997
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə

“Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə [1]

 

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1997-ci il tarixli, 595 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın:

ərazi prinsipi əsasında zona tibbi-sosial ekspert komissiyaları yaratsın, onların dislokasiyasını və sayını müəyyən etsin;

ilkin və ali pillə tibbi-sosial ekspert komissiyalarının strukturunu, ştat cədvəlini və işçilərin vəzifə borcları haqqında təlimatı hazırlayıb təsdiq etsin;

tibbi-sosial ekspert komissiyalarının işində istifadə olunan hesabat formalarını Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdıraraq təsdiq etsin.

3. Tibbi-sosial ekspert komissiyalarının maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait daxilində həyata keçirilir. [2]

4. Həkim-əmək ekspert komissiyalarının mövcud iş otaqları, ləvazimatı və avadanlığı zona tibbi-sosial ekspert komissiyalarının sərəncamına verilsin. Tibbi-sosial ekspert komissiyalarının əsas bazalarının yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanları komissiyanın fəaliyyəti üçün əlavə iş otaqları ayrılmasını təmin etsinlər. [3]

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu qərardan irəli gələn müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. “Azərbaycan Respublikasının həkim-əmək ekspert komissiyaları barədə Əsasnamənin təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 12 dekabr tarixli 665 nömrəli qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.Rasİzadə

 

Bakı şəhəri, 19 avqust 1997-ci il

       № 93

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Tibbi-sosial ekspert komissiyaları haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumİ müddəalar

 

1.1. Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

1.2. Tibbi-sosial ekspert komissiyaları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Milli Məclisinin qərarlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmr, qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tuturlar.

1.3. Tibbi-sosial ekspert komissiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılır və şəxslərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında onların sosial yardıma və sosial müdafiəyə olan ehtiyaclarını müəyyən edirlər.

1.4. Tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur:

ilkin pillə — zona tibbi-sosial ekspert komissiyaları; [4]

ali pillə — Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası.

1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında I, II və III qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. [5]

Əlillik səbəbləri: ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik, hərbi xidmət dövrü ilə əlaqədar əlillik, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik, müharibə əlilliyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. [6]

1.6. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş əmək zəmanətinə təşkilati və hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərliyi tərəfindən hökmən əməl edilməlidir. [7]

1.7. Tibbi-sosial ekspert komissiyalarına yerli icra hakimiyyəti tərəfindən, bir qayda olaraq, müalicə-profilaktika müəssisələrinin bazasında iş otaqları ayrılır. TSEK-lər müəyyən edilmiş qaydada tələb olunan ləvazimat və avadanlıqla səhiyyə orqanları tərəfindən təmin edilirlər.

TSEK-in nəqliyyat vasitəsi olmadığı hallarda səyyar müayinə iclasları aparılması üçün komissiya rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi, yaxud müalicə-profilaktika müəssisələri tərəfindən nəqliyyat vasitəsi ilə təmin edilir və ya yol xərcləri tarifə uyğun olaraq əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən ödənilir.

Tibbi-sosial ekspert komissiyaları müvafiq olaraq Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası büdcəsi hesabına maliyyələşdirilir. [8]

1.8. Tibbi-sosial ekspert komissiyalarının əsas bazada müayinə iclasları üçün və səyyar müayinə iclasları üçün dairəvi möhürləri və ştampı olur. [9]

 

2. Tİbbİ-sosİal ekspert komİssİyalarının təşkİlİ

 

2.1. Tibbi-sosial ekspert komissiyaları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılır, yenidən qurulur və ləğv edilir.

İlkin pillə tibbi-sosial ekspert komissiyaları zona ərazi prinsipi əsasında, hər 60 — 70 min nəfər əhaliyə bir həkim-ekspert ştatı nəzərdə tutulmaqla aşağıdakı tərkibdən ibarət təşkil edilir:

Tibbi-sosial ekspert komissiyaları üç həkimdən - ekspert-terapevt, ekspert-nevropatoloq və ekspert-cərrahdan ibarət olur. Ekspert həkimlərdən biri TSEK-in sədri təyin olunur. TSEK-lərdə bir ştat vahidi tibb bacısı və bir ştat vahidi qeydiyyatçı nəzərdə tutulur. [10]

2.2. Sədr komissiyanın işini təşkil edir, TSEK-nin müayinə iclasları komissiyalarının tərkibi və qrafikini müəyyən edir, tibbi-sosial ekspertiza xidmətinin təşkili vəziyyətinə görə şəxsən məsuliyyət daşıyır. Müayinə iclaslarının sədri tibbi-sosial ekspertizanın aparılması keyfiyyətinə görə məsuliyyət daşıyır. Zona TSEK-in sosioloq-reabilitoloqu komissiyanın müayinə iclaslarında iştirak edir, xidmət ərazisində əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası işinin təşkili və aparılmasına cavabdehlik daşıyır. [11]

2.3. Komissiyanın sədri və üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertizanın Təşkili və Əlillərin Reabilitasiyası İdarəsinin təqdimatına əsasən nazirlik, digər işçilər isə komissiya sədrinin təqdimatına əsasən Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi tərəfindən təyin və azad edilirlər.

Zona TSEK-ində tibb bacısı, əhalisi 70 min nəfərdən çox olan hər bir rayonda qeydiyyatçı, komissiya səhiyyə idarələrindən kənarda yerləşdiyi halda sanitar, nəqliyyat vasitəsi ilə təmin olunduğu halda isə sürücü ştatı nəzərdə tutulur.

2.4. Azərbaycan Respublikasında tibbi-sosial ekspertizanın təşkilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertizanın Təşkili və Əlillərin Reabilitasiya İdarəsi nəzarət edir.

2.5. Tibbi-sosial ekspertiza xidməti işində ali ekspertizanı Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Tibbi-Sosial Ekspertiza komissiyası həyata keçirir.

2.6. Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi hüquqi şəxsdir, öz fəaliyyətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilən nizamnaməni və bu Əsasnaməni rəhbər tutur. Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin strukturu və ştat cədvəli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir. Mərkəzin dairəvi möhürü və ştampı vardır.

2.7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspert komissiyalarının sədr və üzvlərinin vəzifə borcları haqqında təlimat təsdiq edilir.

2.8. Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert komissiyası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilir və fəaliyyəti tənzimlənir. Komissiyanın sədri, üzvləri və digər işçilər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin və azad edilir.

2.9. Tibbi-sosial ekspert komissiyalarının müayinə iclaslarına, müalicə həkimləri, əhalinin sosial müdafiəsi mərkəzinin, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri dəvət oluna bilərlər.

2.10. Hərbi qulluqçuların müayinəsi, ehtiyac olduğu hallarda aidiyyəti üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin nümayəndəsinin iştirakı ilə aparılır. [12]

 

3. Tİbbİ-sosİal ekspert komİssİyalarının vəzİfələrİ və hüquqları

 

3.1. İlkin TSEK-lərin vəzifələri.

Tibbi-sosial ekspert komissiyaları:

həyat fəaliyyətinin məhdudlaşmasının dərəcəsini və xarakterini müəyyən edir;

müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən edir;

həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir , sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir; [13]

işçinin istehsalat xəsarəti və ya peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirmə faizini, habelə əlavə və sosial yardıma ehtiyacı olub-olmamasını müəyyənləşdirir;

istehsalat xəsarəti, peşə xəstəlikləri, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və başqa hadisələrlə əlaqədar xəsarət və ya xəstəlik nəticəsində ailə başçısı itirildiyi halda ölümün səbəbini müəyyən edir;

dövlət orqanlarının və ictimai təşkilatların iştirakı ilə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi bərpa proqramını hazırlayır, əlilin və sağlamlıq imkanları məhdud uşağın reabilitasiya müəssisəsinə göndərilməsinə göstəriş olub-olmamasını müəyyənləşdirir, proqramın icraçısını və icra müddətini göstərməklə reabilitasiya tədbirinin növünü, həcmini və formasını müəyyənləşdirir; [14]

fərdi bərpa proqramının icrasına nəzarət və düzəlişlər edir;

əlillərə və sağlamlıq imkanları məhdud uşaqların ilkin psixoloji yardım göstərir; [15]

əlillərə və sağlamlıq imkanları məhdud uşaqların əmək zəmanəti verir və peşə yönümünü müəyyənləşdirmək üçün tövsiyə olunacaq əmək fəaliyyətində onun səhhətinə mənfi təsir göstərə biləcək mütləq və nisbi əks göstəriş sayılan istehsalat şəraitini və amillərini müəyyən edir; [16]

əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün qanunvericilikdə nəzərdə tutulan digər sosial yardımlara (protezləşdirmə, nəqliyyat və hərəkət vasitələri ilə təmin olunma, təhsil müəssisələrində təhsil alma hüququ və s.) tibbi göstərişlərin olub-olmamasını təyin edir; [17]

tibbi-sosial ekspertiza haqqında qanunvericiliyin təkmilləşməsinə zəmin yaratmaq məqsədi ilə müayinə olunan şəxslər, əlilliyin və sağlamlıq imkanları məhdudluğunun vəziyyəti və dinamikası, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial yardıma, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərililiyi barədə sistemləşdirilmiş məlumat bankı yaradır; [18]

xidmət rayonunda əlilliyin və sağlamlıq imkanları məhdudluğunun vəziyyətini təhlil edib, tədbir görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına məlumat verir; [19]

əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təkrar müayinəsi sənədlərlə təsdiq edilən üzürlü səbəbdən ötürüldükdə (stasionar müalicə, ezamiyyə, hərbi əməliyyatlar gedən bölgələrdə vəziyyətlə bağlı) həmin müddət üçün ekspertiza aparıb əlillik və sağlamlıq imkanlarının məhdudluğu müddətini müəyyənləşdirir; [20]

əlil və sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş çağırış yaşlı gənclər haqqında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verir; [21]

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların pensiya və ya sosial müavinət hüquqlarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir; [22]

əlil və sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş bütün şəxslər barədə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə və Məşğulluq Mərkəzinə məlumat verir; [23]

şəxslərə tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə məsləhət verir;

yetkinlik yaşına çatmış sağlamlıq imkanları məhdud şəxslərdə fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparır, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verir. [24]

3.2. İlkin TSEK-in hüquqları.

İlkin tibbi-sosial ekspert komissiyaları:

səhiyyə orqanlarından, idarə, müəssisə və təşkilatların müdiriyyətlərindən tibbi-sosial ekspertiza üçün lazım olan məlumatları almaq;

əlilləri və sağlamlıq imkanları məhdud uşaqları müayinə və müalicə məqsədləri ilə səhiyyə müəssisələrinə və reabilitasiya mərkəzlərinə göndərmək; [25]

əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi bərpa proqramının icrasına nəzarət etmək hüquqlarına malikdir; [26]

ahılların özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilməsi barədə qərar qəbul etmək;

 sosial xidmət müəssisələrinin rəhbərliyi ilə birgə ahılların evdə sosial xidmətdən imtina etmələrinə əsas verən qərar qəbul etmək. [27]

3.3. Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyasının vəzifələri:

ilkin tibbi-sosial ekspert komissiyasına metodiki köməklik göstərmək, onların qərarlarına nəzarət etmək, əsassız qərarları ləğv etmək və fəaliyyətlərini yoxlamaqdan;

mürəkkəb ekspertiza hallarında ilkin tibbi-sosial ekspert komissiyalarına şifahi və yazılı məsləhət verməkdən;

əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu doğuran faktorların öyrənilməsi və əlilliyin və sağlamlıq imkanları məhdudluğunun profilaktikası, vətəndaşların əmək qabiliyyətinin bərpası üçün müvafiq tədbirlər işləyib hazırlamaqdan; [28]

ilkin tibbi-sosial ekspert komissiyaların qərarından narazı olan vətəndaşları şikayət qaydasında təkrar müayinə edib qərar verməkdən;

müayinə olunan şəxslərin peşə yönümünü müəyyən etmək və onlara psixoloji-reabilitasiya yardımı göstərməkdən;

ilkin əlilliyi və uşaqların sağlamlıq imkanlarının məhdudluğunu nəzarət qaydasında təsdiq etməkdən, ilkin komissiyaların əlillik və uşaqların sağlamlıq imkanlarının məhdudluğu haqqında qərarını əyani, əlil və ya sağlamlıq imkanları məhdud uşaq hər hansı səbəbdən müayinəyə gələ bilmədikdə isə əlilin, sağlamlıq imkanları məhdud uşağın valideynlərinin, digər qanuni nümayəndələrinin razılığı ilə qiyabi yolla dəyişdirməkdən; [29]

ilkin tibbi-sosial ekspert komissiyalarının mütəxəssislərinin səviyyələrinin yüksəldilməsində, əlillik və sağlamlıq imkanlarının məhdudluğu problemlərinə dair konfrans, seminar, müşavirələr keçirilməsini təşkil etməkdən ibarətdir. [30]

 

4. Tİbbİ-sosİal ekspert komİssİyalarında müayİnə qaydaları

 

4.1. Şəxsləri tibbi-sosial ekspert komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və ya itirilməsi əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur. Göndəriş tibbi-sosial ekspert komissiyasına həkim məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim olunur.

4.2.TSEK-ə təkrar müayinəyə göndərilən əlillər və sağlamlıq imkanları məhdud uşaqlar müalicə-profilaktika idarələrində növbədənkənar müayinə edilirlər. [31]

4.3. Müalicə-profilaktika idarələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün məsuliyyət daşıyırlar.

TSEK-ə göndərişin forması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir.

4.4. TSEK-lər xidmət səhəsindəki idarə, müəssisə və təşkilatların iş rejimini nəzərə almaqla tutulmuş xüsusi iş cədvəli üzrə işləyirlər. TSEK iş yükündən asılı olaraq eyni zamanda iki (əsas bazada və səyyar) komissiya yaratmaqla müayinə iclasları apara bilər. TSEK xidmət etdiyi hər bir rayonda səyyar müayinə iclasları keçirir. Səyyar müayinə iclaslarının keçirilmə qrafiki və tərkibi zona TSEK sədri tərəfindən müəyyənləşdirilir və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən təsdiq edilir. [32]

4.5. Müvafiq müalicə-profilaktika müəssisələrindən göndəriş daxil olduğu halda şəxs (pasport və ya onu əvəz edən digər sənəd təqdim etməklə) pasport qeydiyyatında olduğu (yaxud faktiki yaşadığı) rayona (şəhərə) xidmət edən TSEK tərəfindən müayinə olunur. İstehsalat zədəsi və ya peşə xəstəliklərinə görə ilkin müayinə olunan şəxslər peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş təşkilatın yazılı sorğusunu bədbəxt hadisənin baş verməsini təsdiq edən akt, yaxud məhkəmənin qərarı, sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd təqdim edirlər.

Stasionar müalicədə olan şəxslər həmin müəssisənin yerləşdiyi rayona (şəhərə) xidmət edən TSEK tərəfindən müayinədən keçirilirlər.

4.6. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələri təyin etmək üçün 18 yaşa çatmış və ya ondan yuxarı yaşlı şəxsləri qəbul edirlər. Bununla yanaşı komissiyalar müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara pensiya və ya sosial müavinət almaq hüququ verən tibbi göstərişləri və onların digər sosial yardıma olan ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə onları da müayinədən keçirirlər. [33]

4.7. TSEK-də şəxslərin müayinəsi, onların ətraflı yoxlanılması, sorğu aparılması, təqdim edilən tibbi sənədlərin öyrənilməsi əsasında müayinə olunan şəxsin tibbi-sosial vəziyyəti, peşəyönümü, yaşı, xəstəliyin diaqnozu, gördüyü işin xüsusiyyətləri nəzərə alınmaqla aparılır. [34]

Xəstənin əmək fəaliyyəti barədə məlumatlar müayinə əsasında (lazım gəldikdə isə xəstənin iş yerinə sorğu edilməklə) müəyyənləşdirilir.

4.8. Müalicə-profilaktika müəssisəsinin göndərişi keyfiyyətsiz doldurulduğu halda iradlar qeyd olunur, yenidən tərtib olunmaq üçün geri qaytarılır.

4.9. Müayin zamanı xəstənin obyektiv vəziyyəti ilə göndəriş vərəqəsində göstərilən məlumatlar arasında uyğunsuzluq aşkar edildikdə düzgün ekspert qərarı qəbul etmək məqsədi ilə xəstənin ambulator kartı və ya xəstəlik tarixindən çıxarış komissiya tərəfindən sorğu edilir və ya həmin şəxs lazım olan Səhiyyə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan tibbi-bərpa müəssisələrinə əlavə müayinəyə göndərilir. Belə hallarda aşkar edilmiş uğunsuzluqlar aydın şəkildə qeyd olunmaqla, müayinənin məqsədi əsaslandırılır.

4.10. Həkim-məsləhət komissiyasının rəyinə görə xəstənin komissiyaya gəlməsi mümkün olmadığı hallarda, müayinə evdə və ya vətəndaş müalicə olunduğu xəstəxanada aparılır.

4.11. Müayinə və kollegial müzakirədən sonra komissiya qərar qəbul edir. Qərar protokollaşdırıldıqdan və tibbi-sosial ekspert komissiyasının arayışı yazıldıqdan sonra komissiyanın qərarı müayinə olunan şəxsə (yaxud onun qəyyumuna) sədr tərəfindən elan edilir.

Müayinə iclasının sonunda iclasın protokolu bütün müayinə halları daxil edildikdən sonra komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

TSEK-in sədri və ya müayinə komissiyasının üzvlərindən biri komissiyanın çıxaracağı qərarla razılaşmadıqda razı olmayan tərəfin izahatı ayrıca qeyd olunmaqla bütün tibbi-ekspert sənədləri 3 gündən gec olmamaq şərti ilə ali pillə ekspertizaya göndərilir. Belə hallarda qərar sonuncular tərəfindən qəbul olunur.

İlkin qərarın qəbul edilməsində mürəkkəblik yarandığı hallarda, tibb-ekspert sənədləri məsləhət verilməsi və ya qərar qəbul edilməsi məqsədi ilə ali pillə TSEK-lərinə göndərilir.

4.12. İlkin əlillik və sağlamlıq imkanlarının məhdudluğu barədə qərarlar TSEK-lər tərəfindən ən geci 5 gün müddətində Respublika TSEM-ə göndərilir. Ali pillə TSEK ilkin tibb-sosial ekspert komissiyalarının qərarlarını qiyabi (şəxsin öz iştirakı olmadan), yaxud əyanı (şəxs özü müayinəyə çağırılmaqla) şəkildə nəzarət qaydasında yoxlayıb müvafiq qərar qəbul edir, tibbi-sosial ekspertizası arayışına bu qərarı qeyd edərək sənədləri geri qaytarır. Nəzarət qaydasında yoxlanılması nəzərdə tutulan ilkin əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu barədə qərarlar göstərilən qaydada təsdiq edildikdən sonra qüvvəyə minir. [35]

4.13. Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun təyin olunma tarixi ekspertiza üçün tələb olunan sənədlərin tibbi-sosial ekspert komissiyasına daxil olduğu gündən sayılır.

Əlillik və sağlamlıq imkanlarının məhdudluğu dərəcəsi və onun təyin olunma tarixi əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsində qeyd olunur. [36]

4.14. Müayinə başa çatdıqdan sonra tibbi-sosial ekspert komissiyaları 3 gündən gec olmayaraq aşağıdakı sənədləri müvafiq təşkilatlara göndərirlər:

pensiya təyinatı aparan orqana müayinə aktından çıxarış;

şəxsin işlədiyi idarə, müəssisə və ya təşkilata bildiriş;

rayon (şəhər) məşğulluq mərkəzinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinə bildiriş; [37]

müalicə-profilaktika idarəsinə komissiyanın qərarı haqqında məlumat;

istehsalat xəsarəti və ya peşə xəstəliklərinə görə, peşə əmək qabiliyyətinin itirilmə faizi təyin edildikdə idarə, müəssisə və ya təşkilata göndərmək üçün müayinə aktından müvafiq çıxarış;

əlillərin xüsusi nəqliyyat vasitələri ilə təmin olunmasına tibbi göstəriş müəyyən edildiyi hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müayinə aktlarından çıxarış.

4.15. Bilərəkdən səhv qərarın qəbulunda və tibbi-sosial ekspert komissiyası arayışının qanunsuz verilməsində təqsirkar olan şəxslər qanunvericilikdə müəyyən edilmiş formada məsuliyyət daşıyırlar.

4.16. Hər ilin sonunda həm ilkin, həm də ali pillə ekspert komissiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müəyyən edilmiş formada statistik hesabat və konyuktur xülasə verirlər.

4.17. TSEK-in işində istifadə olunan bütün sənədlərin formaları Respublika Dövlət Statistika Komitəsi ilə razılaşdırılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir.

 

5. Əlİllİk müddətİnİn müəyyən edİlməsİ və tİbbİ-sosİal komİssİyalarının qərarlarından şİkayət qaydaları

 

5.1. Əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.

Uşaqlara sağlamlıq imkanlarının məhdudluğu “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na əsasən müəyyən edilir. [38]

5.2. Əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir.

5.3. Əlillərin vaxtından əvvəl təkrar müayinə edilməsi və müddətsiz əlillərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı qaydada həyata keçirilir:

müalicə-profilaktika müəssisəsinin həkim-məsləhət komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəlmişsə, müayinə ilkin pillə tibbi-sosial ekspert komissiyası tərəfindən aparılır;

şəxslərin ərizələrinə müəssisə, idarə və təşkilat rəhbərlərinin təqdimatına görə aparılmış yoxlamalar zamanı əlilliyin əsaslı müəyyən edilməsini şübhə altına alan faktlar aşkar edilmişsə, müayinə ali pillə TSEK-lər tərəfindən həyata keçirilir;

pensiya yaşına çatmış əlillər şəxsi ərizə ilə müraciət etdiyi, yaxud tibbi-sosial ekspert komissiyalarının qərarının saxta sənədlər əsasında çıxarılması aşkar olunduğu hallarda müayinədən keçirilir.

5.4. Müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. Şikayət qaydasında müayinəyə çağırılan əlillərin və sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin, digər qanuni nümayəndələrinin şikayəti əsaslı olduğu hallarda onların yol xərcləri təqsirkar şəxslər tərəfindən ödənilir. [39]

5.5. Ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər.

5.6. İlkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2001-ci il tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 725)

2.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 dekabr 2001-ci il tarixli 193 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 803)

3.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2003-cü il tarixli 47 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 219)

4.       2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)

5.       19 oktyabr 2006-cı il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)

6.       22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

7.       20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)

8.       24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

9.       5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54)

10.    10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

11.    16 oktyabr 2012-ci il tarixli 232 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il, № 234)

12.    2 oktyabr 2013-cü il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1198)

13.    5 fevral 2016-cı il tarixli 36 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 fevral 2016-cı il, № 30; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 378)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



5 fevral 2016-cı il tarixli 36 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 fevral 2016-cı il, № 30; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 378) ilə ləğv edilmişdir.

 

[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2003-cü il tarixli 47 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 219) ilə qərarın 3-cü bəndində "ali pillə tibbi-sosial ekspert komissiyalarının respublika büdcəsinin, ilkin pillə tibbi-sosial ekspert komissiyalarının yerli büdcə" sözləri "tibbi-sosial ekspert komissiyalarının dövlət büdcəsinin" sözləri ilə əvəz edilmişdir.

5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54) ilə 3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tibbi-sosial ekspert komissiyalarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin.

 

[3] 5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54) ilə 2-ci bəndin ikinci abzasından və 4-cü bəndin birinci cümləsindən "zona" sözü çıxarılmışdır.

4-cü bəndin ikinci cümləsində "Zona tibbi-sosial ekspert" sözləri "Tibbi-sosial ekspert" sözləri ilə əvəz edilmişdir.

 

[4] 5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54) ilə 1.4-cü bəndin ikinci abzasından, 4.4-cü bəndin dördüncü cümləsindən, 5.4-cü bəndin birinci və ikinci cümlələrindən "zona" sözü çıxarılmışdır.

 

[5] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1.5-ci bəndin birinci abzasında təyin edilir” sözlərindən sonra Sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir” sözləri əlavə edilmişdir.

20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 1.5-ci bəndin birinci abzasında Sağlamlıq” sözü Uşaqların sağlamlıq” sözləri ilə əvəz edilmişdir.

 

[6] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1.5-ci bəndin ikinci abzasından “uşaqlıqdan əlillik,” sözləri çıxarılmışdır.

 

[7] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1.6-cı bənddə “Əlilə” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud uşağa” sözləri əlavə edilmişdir .

 

[8] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2003-cü il tarixli 47 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 219) ilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin 1.7-ci bəndinin üçüncü abzasında "İlkin tibbi-sosial ekspert komissiyaları yerli büdcə, ali pilləyə daxil olan strukturlar isə" sözləri "Tibbi-sosial ekspert komissiyaları" sözləri ilə əvəz edilmişdir .

 

[9] 5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54) ilə 1.8-ci bənddə və 3.1-ci bəndin ikinci abzasında "Zona tibbi-sosial ekspert" sözləri "Tibbi-sosial ekspert" sözləri ilə əvəz edilmişdir.

 

[10] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2.1-ci bəndin üçüncü abzasında “əlilliyin” sözündən sonra “və sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir.

5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54) ilə 2.1-ci bəndin ikinci abzası çıxarılmışdır və üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hər biri iki ştat vahidi olmaqla ekspert-terapevt, ekspert-nevropatoloq, ekspert-cərrah, bir ştat vahidi ekspert sosioloq-reabilitoloq, bölgədə əlilliyin və sağlamlıq imkanları məhdudluğunun səviyyəsindən asılı olaraq ekspert-okulist yaxud ekspert-psixiatr. Ekspert həkimlərdən biri zona TSEK-in sədri təyin olunur.

 

[11] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2.2.-ci bənddə “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir .

5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54) ilə 2.2-ci bəndin üçüncü cümləsi və 2.3-cü bəndin ikinci abzası çıxarılmışdır.

 

[12] 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin 2.10-cu bəndinə "Müdafiə Nazirliyinin" sözlərindən sonra "Dövlət Sərhəd Xidmətinin" sözləri əlavə edilmişdir.

19 oktyabr 2006-cı il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin 2.10-cu bəndində "Dövlət Sərhəd Xidmətinin" sözlərindən sonra ", Ədliyyə Nazirliyinin" sözləri əlavə edilmişdir.

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin 2.10-cu bəndində "Ədliyyə Nazirliyinin" sözlərindən sonra ", Fövqəladə Hallar Nazirliyinin" sözləri əlavə edilmişdir.

 

2 oktyabr 2013-cü il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1198) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 2.10-cu bəndinə “Daxili İşlər Nazirliyinin” sözlərindən əvvəl “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin," sözləri əlavə edilsin və 3.1-ci bəndinin on altıncı abzasında “hərbi komissarlığa” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

 

[13] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə beşinci abzasda “təyin edir” sözlərindən sonra “ , sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir” sözləri əlavə edilmişdir.

 

[14] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə səkkizinci abzasda “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə səkkizinci abzasda “əlilin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşağın” sözləri əlavə edilmişdir.

[15] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə onuncu abzasda “əlillərə” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

 

[16] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on birinci abzasda “əlillərə” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

 

[17] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on ikinci abzasda “əlillər” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilmişdir.

 

[18] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on üçüncü abzasda “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on üçüncü abzasda “əlilliyin” sözündən sonra “və sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir.

 

[19] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on dördüncü abzasda “əlilliyin” sözündən sonra “və sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir.

 

[20] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on beşinci abzasda “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on beşinci abzasda “əlillik” sözündən sonra “və sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.

[21] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on altıncı abzasda “əlil” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaq” sözləri əlavə edilmişdir.

 

[22] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on yeddinci abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi.

16 yaşınadək xəstə uşaqların müavinət hüquqlarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir;

 

[23] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.1.-ci bənddə on səkkizinci abzasda “əlil” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaq” sözləri əlavə edilmişdir.

 

[24] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 dekabr 2001-ci il tarixli 193 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 803) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 3.1. bəndinə 20-ci abzas əlavə edilmişdir.

 

[25] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.2-ci bənddə: dördüncü abzasda “əlilləri” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqları” sözləri əlavə edilmişdir.

 

[26] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.2-ci bənddə beşinci abzasda “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

 

[27] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2001-ci il tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 725) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.2-ci bəndinə altıncı və yeddinci abzaslar əlavə edilmişdir.

 

16 oktyabr 2012-ci il tarixli 232 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il, № 234) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.2-ci bəndinin altıncı və yeddinci abzasları ləğv edilmişdir.

 

[28] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.3-cü bənddə dördüncü abzasda “əlilliyi” sözündən sonra “və sağlamlıq imkanlarının məhdudluğu” sözləri, “əlilliyin” sözündən sonra “və sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir.

 

[29] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 3.3-cü bənd üzrə yeddinci abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

ilkin əlilliyi nəzarət qaydasında təsdiq etməkdən, ilkin komissiyaların əlillik haqqında qərarını, sağlamlıq imkanları məhdudluğunu müəyyən edən və əyani, əlil və ya sağlamlıq imkanları məhdud uşaq hər hansı səbəbdən müayinəyə gələ bilmədikdə isə (əlilin və ya sağlamlıq imkanları məhdud uşağın razılığı ilə) qiyabi yolla dəyişdirməkdən;

 

[30] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 3.3-cü bənd üzrə səkkizinci abzasda əlillik” sözündən sonra və sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.