AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.01.2019
QEYDİYYAT NÖMRƏSİ
9
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 1993-cü il 9 mart tarixli 140 nömrəli, “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” 1995-ci il 8 fevral tarixli 25 nömrəli, “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli, “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 10 yanvar tarixli 6 nömrəli və “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” 1998-ci il 13 aprel tarixli 74 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 23-01-2019, Nəşr Nömrəsi: 17), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2019, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 153)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201901210009
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.01.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 1993-cü il 9 mart tarixli 140 nömrəli, “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” 1995-ci il 8 fevral tarixli 25 nömrəli, “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli, “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 10 yanvar tarixli 6 nömrəli və “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” 1998-ci il 13 aprel tarixli 74 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi”ndə “Ə.M.Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri “R.N.Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 4.9-cu bəndinin altıncı abzasında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 10-cu hissəsinin ikinci abzasında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 saylı Qərarı ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 2.10-cu bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 8 fevral tarixli 25 nömrəli Qərarına əlavə - “Azərbaycan Respublikasının tədiyə balansının tərtib edilməsi üçün məlumatların hazırlanması və təqdim edilməsi üzrə proqram”ın səkkizinci abzasında “Məlumatların mənbələri” sütununda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 3-cü hissəsinin üçüncü abzasında “rabitə və yüksək texnologiyalar” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilsin. [1]

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin 3-cü hissəsinin ikinci abzasında, 4-cü hissəsində, 6-cı hissəsinin birinci abzasında və ikinci abzasında (ikinci halda), 7-ci hissəsində (ikinci halda), 10-cu hissəsinin birinci abzasında (hər iki halda), ikinci və üçüncü abzaslarında, 13-cü hissəsinin birinci və ikinci cümlələrində və 15-ci hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

7. “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli 74 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 282; 2004, № 9, maddə 750; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747; 2017, № 3, maddə 499) 1-ci hissəsində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 2-ci hissəsində “Rabitə” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 21 yanvar 2019-cu il

     № 9

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106) ilə 5-ci bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status