×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.03.2019
QEYDİYYAT NÖMRƏSİ
73
ADI
“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 07-03-2019, Nəşr Nömrəsi: 54), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2019, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 507)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201903040073
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.03.2019

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 4 mart 2019-cu il

     № 73

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair

 

TƏLƏBLƏR

 

1. Ümumi müddəalar

 

1.1. Bu Tələblər “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası ilə bağlı hazırlanmışdır və Bakı şəhərində sərnişin daşımalarında istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri müəyyən edir.

1.2. Bu Tələblər Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını həyata keçirən avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, habelə Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımaya aid infrastruktura (nəqliyyat mübadilə mərkəzlərinə, avtobus dayanacaq məntəqələrinə və taksi duracaq yerlərinə) şamil edilir.

1.3. Bu Tələblər Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında” qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” nəzərə alınmaqla hazırlanmışdır.

 

2. Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər

 

2.1. Avtobusların texniki göstəricilərinə dair tələblər

2.1.1. Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslar (bundan sonra – avtobus) onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz.

2.1.2. Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:

2.1.2.1. salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi;

2.1.2.2. əlilliyi olan şəxslər üçün təkərli oturacaqların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm; [1]

2.1.2.3. nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu);

2.1.2.4. maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu;

2.1.2.5. bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar;

2.1.2.6. avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu;

2.1.2.7. sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu;

2.1.2.8. sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı;

2.1.2.9. qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı;

2.1.2.10. sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə;

2.1.2.11. ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan dayanıqlı əl tutacaqları;

2.1.2.12. ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq. [2]

2.1.3. Avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır.

2.1.4. Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağandır. Lakin günəş şüalarından qorunmaq üçün işıqburaxma dərəcəsi 60 faizdən aşağı olmamaqla, şəffaf tündləşdirilmiş şüşələrin tətbiq edilməsinə yol verilir.

2.1.5. Avtobuslarda ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır.

2.1.6. Avtobuslar alçaq döşəməli olmalıdır.

2.1.7. Avtobusların siniflərinə görə uzunluğu və oturacaq yerlərinin minimum sayı bu Tələblərin 1 nömrəli əlavəsində göstərilənlərlə uyğun olmalıdır.

2.1.8. Avtobuslarda sərnişinlər üçün çıxışların və qəza çıxış yerlərinin minimum sayı (qapılar, qəza çıxış pəncərələri və lükü) bu Tələblərin 2 nömrəli əlavəsində göstərilənlərə uyğun olmalıdır.

2.1.9. Qəza çıxış yerləri Azərbaycan və ingilis dillərində olmaqla işarələnməlidir.

2.1.10. Qəza çıxış pəncərələri asanlıqla və dərhal açılmaqla, yalnız çölə açılan olmalıdır.

2.1.11. Qəza çıxış pəncərəsi təhlükəsiz şüşədən olmalıdır. Şüşə laminə edilmiş və ya plastik materialdan olmamalıdır.

2.1.12. Qəza zamanı çıxış lükündən istifadə asan və rahat olmalıdır.

2.1.13. Avtobusların salonunda bu Tələblərdə nəzərdə tutulan, habelə maarifləndirici və reklam xarakterli əşyalar və qurğular istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan hər hansı əşyanın yerləşdirilməsinə yol verilmir.

2.1.14. Avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.

2.2. Avtobusların xarici tərtibatı

2.2.1. Avtobusların banının qabaq, arxa və yan tərəflərinin üzərində Bakı Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı və ya abreviaturası (BNA) göstərilməlidir. Loqo aydın görünə bilən ölçülərdə olmalıdır.

2.2.2. Avtobuslarda Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi və Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. Bakı Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı və ya abreviaturası, eyniləşdirmə və çağrı mərkəzinin nömrələri hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:

2.2.2.1. banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;

2.2.2.2. banın sağ tərəfində önə yaxın hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında;

2.2.2.3. avtobusun damının üstündə (yalnız eyniləşdirmə nömrəsi) ön tərəfə yaxın.

2.2.3. Eyniləşdirmə nömrələrinin hündürlüyü aşağıdakı kimi olmalıdır:

2.2.3.1. banın ön, arxa və yan tərəflərində – ən azı 130 mm;

2.2.3.2. avtobusun damının üstündə – ən azı 500 mm.

2.2.4. Bakı Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı və ya abreviaturası, eyniləşdirmə və çağrı mərkəzinin nömrələri yazıların rəngi aydın oxunması üçün bu Tələblərin 3 nömrəli əlavəsinin 3A-3D hissələrində göstərilən nümunələrə uyğun olmalıdır.

2.2.5. Avtobusun üzərində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli, avtobusun üzərinə bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir.

2.2.6. Avtobusların qapılarının üzərində dekalkomaniya üsulu ilə və ya trafaretin köməyi ilə forma və ölçüləri bu Tələblərin 4 nömrəli əlavəsinə uyğun olan yaşıl rəngdə “Giriş” və qırmızı rəngdə “Çıxış” işarələri yazılır.

2.2.7. Avtobuslar marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi, başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsində məntəqə adları və rəqəmlər “Bookman” şrifti ilə yazılmaldır.

2.2.8. Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir.

2.2.9. Ön, arxa və sağ yan tərəflərdə olan marşrut lövhələri lent şəklində informasiyanı dəyişmək imkanına malik çarxlı qurğusu olan elektron tablo və ya planşet şəklində olmalıdır, sol yan marşrut lövhəsi isə bərk materialdan hazırlanmalıdır.

2.2.10. Ön marşrut lövhəsi avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda quraşdırılmalıdır. Oyuq olmadıqda, marşrut lövhəsi salonun içərisində standartlara müvafiq sürücünün yerindən zəruri görünüş mənzərəsinin tələblərini təmin etmək şərtilə hərəkət istiqamətindən sağ tərəfdə yuxarıda alın şüşəsinin arxasında quraşdırılır.

2.2.11. Avtobusların ön marşrut lövhəsində sol tərəfdən marşrutun nömrəsi, başlanğıc və son dayanacaq məntəqələri göstərilir. Hərflərin hündürlüyü yazıda hərflərin miqdarından asılı olaraq maksimum ölçüdə olmalıdır. Avtobusların ön lövhəsinin ölçüsü 200x900 mm-dən, hərflərin hündürlüyü 150 mm-dən, marşrutun dayanacaq məntəqələrinin adındakı hərflərin hündürlüyü 75 mm-dən, ştrixin eni 10 mm-dən az olmamalıdır.

2.2.12. Sağ yan marşrut lövhəsi avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda quraşdırılmalıdır. Oyuq olmadıqda, avtobusların yan marşrut lövhələri xüsusi qurğunun köməyi ilə salonun içərisində pəncərə üzərində aşağıdakı qaydada yerləşdirilir:

2.2.12.1. birqapılı avtobuslarda qapıdan sonra birinci pəncərə yerinin sağ tərəfdən aşağı küncündə;

2.2.12.2. ikiqapılı və üçqapılı avtobuslarda ikinci qapıdan əvvəl birinci pəncərə yerinin sol aşağı küncündə.

2.2.13. Sağ yan marşrut lövhəsində sol tərəfdə marşrutun nömrəsi və ardınca marşrutun başlanğıc, son və bir və ya bir neçə ən çox sərnişin olan aralıq məntəqələri göstərilməlidir. Hərflərin hündürlüyü yazıda hərflərin miqdarından asılı olaraq maksimal ölçüdə olmalıdır. Avtobusların sağ yan marşrut lövhəsinin ölçüləri 270x900 mm, rəqəmlərin hündürlüyü 200 mm-dək, marşrutun başlanğıc və son dayanacaq məntəqələrinin adındakı hərflərin hündürlüyü 75 mm-dək, ştrixin eni 15 mm-dək, aralıq dayanacaqların adlarındakı hərflərin hündürlüyü 35 mm-dək, ştrixin eni 7 mm-dək olmalıdır.

2.2.14. Marşrutun arxa lövhəsi avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda və ya arxa şüşənin içəri tərəfində xüsusi qurğularda və ya orta hissəsində quraşdırıla bilər.

2.2.15. Arxa və sol yan lövhələrdə yalnız marşrutun nömrəsi göstərilir. Arxada və sol yan tərəfdə marşrutun nömrəsi 220x350 mm-lik lövhədə, rəqəmlərin hündürlüyü 200 mm, bir rəqəmin eni 100 mm və ştrixin qalınlığı 15 mm ölçüdə olmalıdır.

2.2.16. Lövhələrdə yazılar Azərbaycan dilində olmalıdır. Beynəlxalq hava limanı istiqamətində işləyən marşrutlarda sərnişin daşımalarını həyata keçirən avtobuslarda lövhələr Azərbaycan və ingilis dillərində yazılmalıdır.

2.2.17. Avtobuslarda nümunəsi və quraşdırılma yeri bu Tələblərin 3 nömrəli əlavəsinin 3A-3Ç hissəsində göstərilənlərə uyğun olan ön, arxa və sağ yan marşrut lövhələri (elektron tablolar) hər zaman işlək vəziyyətdə, aydın oxuna bilən və təmiz olmalıdır. Lövhələrdə məlumat yazıları günün işıqlı və ya qaranlıq vaxtında ön və arxa lövhələrdə 15 m-lik məsafədən, yan lövhələrdə 3 m-lik məsafədən aydın görünən olmalıdır.

2.2.18. Banın sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir (3 nömrəli əlavənin 3A hissəsi).

2.3. Avtobusların daxili tərtibatı

2.3.1. Avtobusların salonlarının daxili tərtibatı sərnişinlər üçün aşağıda göstərilən əyani və texnoloji məlumatları əks etdirməlidir:

2.3.1.1. marşrutun nömrəsini;

2.3.1.2. Bakı Nəqliyyat Agentliyinin loqosunu, qısaldılmış adını və ya abreviaturasını və onun verdiyi eyniləşdirmə nömrəsini;

2.3.1.3. Bakı Nəqliyyat Agentliyinin çağrı mərkəzinin nömrəsini;

2.3.1.4. sürücünün fotoşəkli və Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərdi kod nömrəsi olan kart (5 nömrəli əlavə);

2.3.1.5. ilk tibbi yardım qutusu və odsöndürənin yerini;

2.3.1.6. marşrut sxemini (şəhərdaxili marşrutlar üçün);

2.3.1.7. gediş haqqının məbləğini, müvafiq ödəniş etmədən getməyə görə inzibati cərimə barədə məlumatı;

2.3.1.8. giriş, çıxış və qəza çıxışlarının yerini;

2.3.1.9. hərəkət zamanı texniki təhlükəsizliyə riayət olunması haqqında xəbərdarlığı;

2.3.1.10. uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün oturacaq yerlərini; [3]

2.3.1.11. tütün çəkməyin qadağan olunması barədə məlumat;

2.3.1.12. maarifləndirici məlumatlar.

2.3.2. Lövhələrdəki informasiya yazılarına müvafiq simvolik təsvirlər (piktoqramlar) əlavə edilə bilər və ya həmin yazılar təsvirlərlə əvəzlənə bilər (6 nömrəli əlavənin 6A-6E hissələri).

2.3.3. Avtobus sürücüsünün fotoşəkli və fərdi kod nömrəsi olan kart avtobus salonunda ön panelin yuxarı hissəsinə və ya sürücünün kabinəsinin arakəsməsinə yerləşdirilməlidir.

2.3.4. İnformasiya lövhələri (Bakı Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı və ya abreviaturası və Agentliyin verdiyi eyniləşdirmə nömrəsi, gediş haqqının və cərimənin məbləği) sürücünün kabinəsinin arakəsməsinə vurulur.

2.3.5. Avtobuslarda əlilliyi olan şəxslərin təkərli oturacaqları və uşaq arabaları üçün xüsusi işarələnmiş yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır. [4]

2.3.6. Avtobuslarda sürüşməyən döşəmə örtüyü tətbiq edilməli, interyerin bütün detalları (oturacaqlar, tavan və s.) qüsursuz, yanğın təhlükəsizliyinin tələblərinə uyğun olmalıdır.

2.3.7. Uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün yerləri göstərən lövhələr müvafiq yerlərin yanında və ya arxasında pəncərə yerinin üzərində və ya paneldə vurulur. [5]

2.3.8. Avtobus marşrutunun sxemi avtobusun salonunun içərisində bütün sərnişinlərin yaxşı görə biləcəyi yerdə vurulmalı və növbəti dayanacağın göstərildiyi elektron lövhə şəklində olmalıdır. Marşrut sxemində bütün dayanacaq məntəqələri göstərilməlidir.

2.3.9. Avtobusun marşrutu üzrə hər bir dayanacaq və növbəti dayanacaq audioqurğu vasitəsilə elan edilməlidir.

2.3.10. İnformasiya lövhələrinin fonu və məlumat yazıları, habelə piktoqramlar sərnişinlər tərəfindən aydın oxunula və qavranıla bilən rənglərdə olmalıdır.

2.3.11. Avtobusun salonunda reklam informasiyası “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, xüsusi bərkidilmiş planşetlərdə yerləşdirilməli və sürücünün görünüş sahəsinə mane olmamalıdır.

 

3. Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobillərinə dair tələblər

 

3.1. Taksi minik avtomobillərinin texniki göstəricilərinə dair tələblər

3.1.1. Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra – taksi minik avtomobilləri) onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır.

3.1.2. Taksi minik avtomobilləri kimi müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobilləri istifadə oluna bilər.

3.1.3. Taksi minik avtomobilləri kimi Avropa İqtisadi Komissiyasının təsnifatına uyğun olaraq, “B” və daha yuxarı sinif minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. [6]

3.1.4. Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

3.1.5. Taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.

3.2. Beynəlxalq hava limanında sərnişin daşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərinə dair əlavə tələblər aşağıdakılardan ibarətdir:

3.2.1. ən azı “avro-4” ekoloji standartına uyğun olmalıdır;

3.2.2. xüsusi proqram təminatı (internet üzərindən taksi sifarişi, SMS məlumatlandırma) olmalıdır.

3.3. Taksi minik avtomobillərinin xarici tərtibatına dair tələblər

3.3.1. Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur), hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaq-lılardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır (7 nömrəli əlavənin 7A hissəsi).

3.3.2. Taksi minik avtomobilində Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi, onun loqosu, qısaldılmış adı və ya abreviaturası, habelə Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. Eyniləşdirmə nömrəsi, loqo, qısaldılmış ad və ya abreviatura və çağrı mərkəzinin nömrəsi hər bir avtomobilin banında ön sağ və sol qapılarının üstündə yerləşdirilməlidir (7 nömrəli əlavənin 7B hissəsi). Hərf və rəqəmlərin hündürlüyü 80 mm olmalıdır.

3.3.3. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır.

3.3.4. Taksi minik avtomobillərinin fərqləndirici nişanı göy-sarı və ya qara-ağ rəngdə olmalıdır.

3.3.5. Fərqləndirici nişanlar trafaret üzrə və ya dekalkomaniya üsulu ilə (boya ilə) çəkilməlidir.

3.3.6. Taksi minik avtomobillərinin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında həmin avtomobilin boş və ya dolu olduğunu bildirən, müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan xüsusi işıq cihazı yerləşdirilə bilər.

3.3.7. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin yanlarında “Airport taxi” fərqləndirici nişanı olmalıdır (7 nömrəli əlavənin 7C hissəsi).

3.4. Taksi minik avtomobillərinin daxili tərtibatı

3.4.1. Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərdi kod nömrəsi, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilinin sürücü ilə bağlı informasiya lövhəsinin nümunəsi 8 nömrəli əlavədə verilmişdir.

3.4.2. Taksi minik avtomobilləri taksometr aparatı və ya müvafiq proqram təminatı ilə təchiz edilməlidir.

3.4.3. Taksometr taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır.

3.4.4. Taksi minik avtomobillərinin oturacağında, oturacaq üzlüyündə, döşəmə xalçasında və ya digər daxili hissəsində heç bir qüsur olmamalıdır. Ön və arxa oturacaqların üzərini örtmək üçün tikilmiş örtüklərin istifadəsinə icazə verilmir. Örtük kimi avtomobil yorğanlarının istifadəsinə icazə verilir. Salonun daxili bütövlükdə təmiz, səliqəli olmalı və xoşagəlməz qoxular olmamalıdır.

3.4.5. Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri əks olunmuş lövhə (8 nömrəli əlavənin 8B hissəsi) asılmalıdır. Beynəlxalq hava limanında taksi kimi istifadə edilən minik avtomobillərində daşıma haqqı tarifləri Azərbaycan və ingilis dillərində göstərilməlidir.

3.4.6. Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir.

3.4.7. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobillərində, eləcə də beynəlxalq hava limanında sərnişindaşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

 

4. Bakı şəhərinin inzibati ərazisində yerləşən nəqliyyat mübadilə mərkəzlərinə dair tələblər

 

4.1. Nəqliyyat mübadilə mərkəzi Bakı şəhərinin inzibati ərazisində sərnişin axınının nisbətən sıx olduğu və bir neçə şəhərdaxili marşrut xəttinin kəsişdiyi, ictimai nəqliyyatın digər növlərinə (metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar, taksilər) keçidin daha rahat və əlverişli olduğu yerlərdə sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və avadanlıqlarla təchiz edilmiş xüsusi ərazidir.

4.2. Nəqliyyat mübadilə mərkəzinin girişində (bir neçə girişi olduqda, onların hər birində) Bakı Nəqliyyat Agentliyinin loqosunu və çağrı mərkəzinin nömrəsini, həmin nəqliyyat mübadilə mərkəzinin adını və nömrəsini, ondan istifadə edən bütün avtobus marşrutlarının nömrəsini əks etdirən lövhə (9 nömrəli əlavə) olmalıdır.

4.3. Nəqliyyat mübadilə mərkəzləri yol hərəkəti qaydalarına və sərnişin daşınmasının təhlükəsizliyi tələblərinə riayət edilməklə yerləşdirilməli, avtobusların rahat və təhlükəsiz yanalmasını, sərnişinlərin təhlükəsiz və rahat girişini və çıxışını təmin edən şəraitə malik olmalıdır.

4.4. Nəqliyyat mübadilə mərkəzində həmin mərkəzdən istifadə edən hər bir marşrut xəttinə aid avtobuslar üçün dayanacaq yeri müəyyən edilməlidir. Bu yerlər müvafiq marşrutun nömrəsini və onun getdiyi əsas aralıq və son dayanacaq məntəqələrini, marşrut üzrə avtobusların hərəkət intervalını, birinci və sonuncu reyslərinin vaxtını əks etdirən lövhə (10 nömrəli əlavə) ilə təchiz edilməlidir.

4.5. Nəqliyyat mübadilə mərkəzində sərnişinlərin daldalanması üçün pavilyonlar olmalıdır. Pavilyonların sayı və ölçüləri həmin mərkəzdən istifadə edən marşrut xətlərinin sayına, sərnişin axınına və ərazi imkanlarına görə müəyyən olunur.

4.6. Nəqliyyat mübadilə mərkəzində nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqlardan (qurğulardan) istifadə üçün kartların satışını, habelə bu kartlara pul vəsaitinin mədaxilini həyata keçirən terminallar olmalıdır.

4.7. Nəqliyyat mübadilə mərkəzində avtobusların hərəkət qrafikinə, onların mərkəzdən istifadə qaydalarına riayət etməsinə nəzarət üçün, avtobusların rahat gəlməsinin və yola düşməsinin idarə olunması üçün dispetçer məntəqəsi olmalıdır.

4.8. Nəqliyyat mübadilə mərkəzi avtobusların giriş və çıxış istiqamətlərini, mərkəzin ərazisində hərəkət sxemini, yol verilən maksimal hərəkət sürətini, konkret dayanacaq yerlərini bildirən yol nişanları və nişanlanma xətləri ilə təchiz edilməlidir.

4.9. Nəqliyyat mübadilə mərkəzində kartların satışını (onlara pul vəsaitinin mədaxilini) həyata keçirən terminalların yerini göstərən, digər nəqliyyat növlərinin stansiya və ya dayanacaqlarına istiqaməti göstərən məlumatverici nişanlar və lövhələr, sərnişinlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini əks etdirən digər məlumatlar, qrafiki təsvirlər yerləşdirilməlidir.

4.10. Nəqliyyat mübadilə mərkəzində reklam lövhələri və reklam xarakterli məlumatlar “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Tələblərə uyğun yerləşdirilməlidir.

4.11. Nəqliyyat mübadilə mərkəzində sərnişinlərə və sürücülərə xidmət göstərilməsi üçün kiçik ticarət və iaşə xidmətləri köşkləri, sanitar qovşağı yerləşdirilə bilər.

4.12. Yol-nəqliyyat infrastrukturu imkan verdiyi hallarda nəqliyyat mübadilə mərkəzinin yaxınlığında taksi duracaq yerləri də təşkil edilməlidir.

 

5. Bakı şəhərinin inzibati ərazisində yerləşən avtobus dayanacaq məntəqələrinə və taksi duracaq yerlərinə dair tələblər

 

5.1. Avtobus dayanacaq məntəqələrinin növləri və ölçüləri

5.1.1. Cibsiz dayanacaq məntəqəsi yol kənarında, səkiboyu yerləşdirilmiş dayanacaq məntəqəsidir.

5.1.2. Cibsiz dayanacaq məntəqəsi minimum 16 metr giriş, 24 metr dayanma və 9 metr çıxış sahəsindən, ümumilikdə 49 metrdən ibarətdir (11 nömrəli əlavə).

5.1.3. Cibli dayanacaq məntəqəsi sürət həddinin və nəqliyyat axınının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir (12 nömrəli əlavə).

5.1.4. Avtobus dayanacaq məntəqəsi eyni vaxtda iki və daha artıq avtobus üçün hesablandığı zaman qeyd edilən ölçülərdən əlavə avtobuslar arasında ən azı 9 metr məsafə nəzərə alınmalıdır (13 nömrəli əlavə).

5.1.5. Yol infrastrukturunun vəziyyətindən asılı olaraq, qeyd edilən ölçülərə müvafiq dəyişikliklər edilə bilər.

5.2. Avtobus dayanacaq məntəqələrinin yerləşdirilməsi

5.2.1. Avtobus dayanacaq məntəqələri şəhər daxilində 400-600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir.

5.2.2. Əks istiqamətlərdə hərəkət olan yollarda dayanacaq məntəqələri bir-birinə nəzərən çarpaz formada yerləşdirilməlidir (14 və 15 nömrəli əlavələr).

5.2.3. Dayanacaq məntəqəsi piyada keçidindən sonra yerləşdirilməlidir. Avtobusların yanalma sahəsi ilə piyada keçidinin arasında minimum 5 metr məsafə olmalıdır (14 nömrəli əlavə).

5.2.4. Əks istiqamətlərdə hərəkət olan və hər istiqamətdə hərəkət üçün bir hərəkət zolağından ibarət yollarda dayanacaq məntəqələri çarpaz formada, bir-birindən minimum 36 metr ara məsafəsi gözlənilməklə quraşdırılmalıdır (15 nömrəli əlavə).

5.2.5. Avtobus dayanacaq məntəqələri yolayrıclarından sonra kəsişmənin xüsusiyyətlərindən asılı olaraq, minimum 20 metr məsafədə yerləşdirilməlidir (16 nömrəli əlavə).

5.2.6. Yüksək sərnişin tələbatı olduqda və kəsişmədən sonra yol infrastrukturu əlverişli vəziyyətdə olmadıqda, avtobus dayanacaq məntəqəsi kəsişmədən minimum 30 metr əvvəl quraşdırıla bilər.

5.3. Avtobus dayanacaq məntəqəsinin təchizatı

5.3.1. Dayanacaq pavilyonu aşağıdakı tələblərə cavab verməlidir:

5.3.1.1. sərnişin tələbatından və istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının sayından asılı olaraq dayanacaq məntəqəsinə birdən az olmayaraq dayanacaq pavilyonu quraşdırılmalıdır;

5.3.1.2. dayanacaq pavilyonu avtobusun çıxış sahəsinə yaxın quraşdırılmalı və qurularkən piyadaların hərəkəti üçün minimum 1,2 metr səki sahəsi saxlanılmalıdır (17 nömrəli əlavə);

5.3.1.3. dayanacaq pavilyonu ilə avtobusun keçdiyi hərəkət hissəsi arasındakı məsafə minimum 0,5 metr olmalıdır (17 nömrəli əlavə);

5.3.1.4. tikiliyə yaxın yerləşdirilən pavilyona qulluq göstərilməsi (yuyulması və s.) üçün tikili ilə pavilyon arasında minimum 0,3 metr məsafə saxlanılmalıdır.

5.3.2. Dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun qoyulmamasına yol verilir (18 nömrəli əlavə).

5.3.3. Dayanacaq lövhəsi dayanacaq yerini işarə edən 5.12 yol nişanından, dayanacaq məntəqəsinin adının və dayanacaq məntəqəsindən keçən marşrutların nömrələrinin əks olunduğu məlumat tablosundan ibarətdir (19 nömrəli əlavə).

5.3.4. Dayanacaq pavilyonu olmayan dayanacaq məntəqələrində marşrutların dayanacaq məntəqəsindən keçmə qrafiki, intervalları və xəritə lövhənin aşağı hissəsində quraşdırılmış əlavə məlumat tablosunda əks olunmalıdır.

5.3.5. Ödəmə terminalı dayanacaq məntəqəsi pavilyonunun yaxınlığında təhlükəsiz yerdə yerləşdirilməlidir.

5.3.6. Avtobus dayanacaq məntəqəsində yol müvafiq qaydada nişanlanmalıdır.

5.3.7. Avtobusların yanalma sahələrində yolun 1.17 nişanlanması çəkilən hissənin eni 3m±30 sm olmalıdır (17 nömrəli əlavə).

5.3.8. Dayanacaq məntəqələri günün qaranlıq saatlarında işıqlandırılmalıdır.

5.3.9. Avtobus dayanacaq məntəqələrində bordürün hündürlüyü 12-16 sm olmalıdır.

5.3.10. Dayanacaq məntəqələri drenaj sistemi və zibil qutusu ilə təmin edilməlidir.

5.4. Avtobus dayanacaq məntəqələrinin reyestri

5.4.1. Hər bir avtobus dayanacaq məntəqəsi Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə dayanacaq məntəqəsinin adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar qeyd edilir.

5.5. Bakı şəhərinin inzibati ərazisində yerləşən taksi duracaq yerlərinə dair tələblər

5.5.1. Taksi duracaq yerləri yol hərəkəti qaydaları, nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkəti nəzərə alınmaqla, taksi xidmətlərinə ehtiyacın daha çox olduğu küçə və prospektlərdə yaradılmalıdır.

5.5.2. Taksi duracaq yerləri 5.14 yol nişanı və 1.17 nişanlanma xətti ilə işarələnməlidir.

5.5.3. Sərnişin tələbatının çox olduğu ərazilərdə taksi duracaqlarında pavilyon quraşdırıla bilər.

5.5.4. Taksi duracaq yerləri ən azı üç taksi minik avtomobilinin yerləşə biləcəyi ölçülərə malik olmalıdır. Yol şəraitindən asılı olaraq, taksi minik avtomobillərinin səkiyə paralel və səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yaradıla bilər.

5.5.5. Taksi minik avtomobillərinin səkiyə paralel durması nəzərdə tutulduğu taksi duracaq yerləri hər bir minik avtomobili üçün 6,0-7,5 metr uzunluğunda yer olması şərtilə təşkil olunmalıdır.

5.5.6. Taksi minik avtomobillərinin səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yalnız küçə və prospektlərin hərəkət hissəsinin kənarında xüsusi genişləndirilmiş sahələrdə, dayanmış taksi minik avtomobilinin əsas hərəkət zolaqlarında nəqliyyatın hərəkətinə hər hansı maneə yaratmadığı hallarda təşkil edilə bilər. Belə taksi duracaq yerlərində yanaşı dayanan hər bir taksi minik avtomobili üçün 2,5x5 metr ölçülərdə yer nəzərdə tutulmalıdır.

5.5.7. Hər bir taksi duracaq yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə duracağın adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar göstərilir.

 

6. Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarla və taksi minik avtomobilləri ilə sərnişin daşıyan daşıyıcılara dair tələblər

 

6.1. Bakı şəhərində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarla və taksi minik avtomobilləri ilə sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşınması haqqında müqavilə bağlanılmasını, avtobuslar üçün “Fərqlənmə nişanı” alınmasını və taksi minik avtomobilləri üçün “Fərqlənmə nişanı” alınmasını ehtiva edir.

6.2. Daşıyıcı mülkiyyət, icarə və ya istifadəsində olan, bu Tələblərə və dövlət standartlarına uyğun sərnişin avtonəqliyyat vasitəsinə malik olmalıdır. Avtobuslarla müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı ona həvalə edilmiş marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayının 10 (on) faizi qədər ehtiyat nəqliyyat vasitələrinə, marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayı 10-dan az olduqda isə ən azı bir ehtiyat nəqliyyat vasitəsinə sahib olmalıdır. Daşıyıcının istifadəsində olan istehsalat bazasında istismar etdiyi avtobusların ümumi sayının 60 faizindən az olmamaqla təkər zəncir komplektləri olmalıdır. [7]

6.3. Daşıyıcının tabeliyində hər bir avtobus üçün ən azı 3 (üç) sürücü olmalıdır.

6.4. Daşıyıcı istifadəsində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən iş və istirahət rejiminə riayət olunmasına nəzarət etməlidir.

6.5. Avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı müvafiq avtonəqliyyat vasitələrinin saxlanması, onlara texniki xidmət göstərilməsi, texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi, reysqabağı texniki yoxlanılması, habelə sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi üçün istifadəsində olan avtobusların sayına uyğun şəraiti olan istehsalat bazasına, yaxud bu xidmətlərin göstərilməsi üçün belə bazası olan fiziki və ya hüquqi şəxslərlə bağlanılmış müqaviləyə malik olmalıdır.

6.6. Daşıyıcı (onun səlahiyyətli şəxsi) yola düşməzdən əvvəl sürücünü zəruri sənədlərlə (“Fərqlənmə nişanı”, yol vərəqəsi, marşrut sxemi, hərəkət cədvəli, icbari sığorta şəhadətnamələri, tələb olunan halda baqaj qəbzi və s.) icbari sığorta şəhadətnamələri barədə və digər məlumatlarla təmin etməlidir. [8]

6.7. Daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçirilə bilər. [9]

6.8. Daşıyıcı istifadəsində olan avtonəqliyyat vasitələrinin rübdə bir dəfə texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılmasını (taksi minik avtomobilləri istisna olmaqla), texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, dövlət texniki baxışından keçirilməsini təmin etməlidir.

6.9. Avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobusları reysdən sonra yalnız istehsalat bazasına daxil olan duracaq yerlərində (qarajda, avtoparkda və s.) saxlamalıdır. İstehsalat bazası mövcud standartlara uyğun olmaqla, aşağıdakı minimal tələblərə cavab verməlidir:

6.9.1. reysə çıxan nəqliyyat vasitələrinin sayına uyğun reysqabağı texniki yoxlamanın, texniki qulluğun və cari təmirin keçirilməsi üçün məntəqənin mövcudluğu;

6.9.2. eyni növbədə reysə çıxan sürücülərin sayına uyğun tibbi müayinənin keçirilməsi üçün məntəqənin mövcudluğu;

6.9.3. avtobusların sayına uyğun yuma məntəqəsinin mövcudluğu;

6.9.4. istifadəsində olan avtobusların rahat və təhlükəsiz parklanmasına imkan verən ərazinin və avtobuslar üçün təhlükəsiz və maneəsiz giriş-çıxış yerlərinin, o cümlədən fövqəladə hallar üçün ehtiyat çıxış yerlərinin mövcudluğu;

6.9.5. nəqliyyat vasitələrinin salamatlılığının təmini üçün nəzarət kameraları ilə təchiz edilmiş, yanğın və texniki-təhlükəsizlik tələblərinə cavab verən mühafizə sisteminin mövcudluğu.

6.10. Daşıyıcı bu Tələblərdə nəzərdə tutulmuş hallarda sərnişin avtonəqliyyat vasitəsini nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu) və ya POS-terminalla, daxili və xarici nəzarət kameraları ilə, taksometrlə (müvafiq proqram təminatı ilə) təchiz etməlidir.

6.11. Müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı, habelə taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən daşıyıcı sürücü qismində işə qəbul etdiyi və işdən azad etdiyi hər bir şəxs barədə müəyyən olunan qaydada məlumatları 3 (üç) gündən gec olmayaraq vahid informasiya sisteminə yerləşdirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidir.

6.12. Hər bir daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobus və taksi minik avtomobili üçün ilk dəfə “Fərqlənmə nişanı” alarkən, Bakı Nəqliyyat Agentliyindən həmin avtobus və ya taksi minik avtomobilinə fərdi qaydada verilən eyniləşdirmə nömrəsi, hər avtobus sürücüsü üçün fərdi kod nömrəsi olan kart, taksi sürücüsü üçün isə fərdi kod almalıdır.

6.13. Hər bir daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobus və taksi minik avtomobili ilə bağlı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun icbari sığorta müqavilələrinə malik olmalı, həmin müqavilələri vaxtlı-vaxtında yeniləməlidir.

6.14. Daşıyıcı sürücü qismində işə qəbul etdiyi hər bir şəxsin Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisə-lərində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri tərəfindən təşkil olunan xüsusi hazırlıq keçməsini təmin etməli və belə hazırlığı keçməklə müvafiq sənəd əldə etməyən sürücünü avtobusun və taksinin idarə olunmasına buraxmamalıdır. [10]

6.15. Daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir.

6.16. Daşıyıcı sərnişin daşınmasında istismar etdiyi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı törədilmiş yol-nəqliyyat hadisələrinin, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından ibarət olan inzibati xətaların uçotunu aparmalıdır. İstifadəsində olan nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri barədə həmin gün, nəqliyyat vasitələrindən istifadə ilə bağlı törədilmiş inzibati xətalarla bağlı isə ayda bir dəfə Bakı Nəqliyyat Agentliyinə müəyyən olunmuş məzmunda (yol-nəqliyyat hadisəsinin və ya inzibati xətanın mahiyyəti, onun törədildiyi vaxt və yer, hansı nəqliyyat vasitəsindən istifadə ilə bağlı törədilməsi, bu xətanı törədən sürücü barədə məlumatlar daxil edilməklə) məlumat verməlidir.

6.17. Daşıyıcının işçi heyətinin tərkibinə daxil olan hər hansı sürücü nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edildikdə və ya onun bu hüququ məhdudlaşdırıldıqda, daşıyıcı bu barədə qərar və ya hökm qüvvəyə mindikdən sonra 3 (üç) gündən gec olmayaraq Bakı Nəqliyyat Agentliyinə məlumat verməlidir.

6.18. Daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməli və təkrar tibbi müayinədən keçməsinə nəzarət etməlidir.

 

7. Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobusların və taksi minik avtomobillərinin sürücülərinə dair tələblər

 

7.1. Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan) və yaxud “DE” kateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) və daşıyıcı ilə əmək müqaviləsi olan sürücülər buraxılırlar.

7.2. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılırlar. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobili ilə sərnişin daşımalarına taksi minik avtomobilində sürücü qismində ən azı 2 (iki) il təcrübəsi olan sürücülər buraxılırlar. [11]

7.3. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Avtobusların və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığı Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri tərəfindən təşkil edilir və keçirilir. [12]

7.4. Sərnişin daşımalarında istismar edilən avtobusların və taksi minik avtomobillərinin sürücüləri reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı, zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdırlar.

7.5. Avtobus sürücüsü avtobusu marşrutun hərəkət intervalına uyğun olaraq yalnız ilk və son dayanacaq məntəqəsində sərnişinlərin minib-düşməsi üçün lazım olandan artıq müddətə dayandırıb gözləyə bilər. Bütün aralıq dayanacaq məntəqələrində avtobus sürücüsü avtobusu yalnız sərnişinlərin minib-düşməsi üçün zəruri olan müddətdə dayandırmalıdır. Sürücü avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində dayandırmalıdır. Dayanacaq məntəqəsində olan son sərnişin mindikdən və ya orada düşməli olan son sərnişin düşdükdən dərhal sonra sürücü avtobusun qapılarını bağlayaraq hərəkətinə davam etməlidir. Avtobusu dayanacaq məntəqəsində çıxışa yaxın yerdə dayandırmaq lazımdır. Avtobusu müvafiq marşrut üzrə nəzərdə tutulan dayanacaq məntəqələrindən kənarda sərnişini mindirib-düşürmək məqsədi ilə dayandırmaq, habelə dayanacaq məntəqəsində dayanmış avtobus varsa, ondan qabağa keçərək dayandırmaq qadağandır.

7.6. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri və beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar (20 nömrəli əlavə). Digər taksi minik avtomobillərinin sürücüləri isə səliqəli geyimə malik olmalıdırlar.

7.7. Taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən hüquqi şəxslərin və ikidən artıq minik avtomobili olan fiziki şəxslərin öz sürücüləri üçün vahid geyim forması tətbiq edilə bilər.

7.8. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri ingilis dilində sadə ünsiyyət üçün təməl bilgilərə malik olmalıdırlar.

7.9. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri və taksi minik avtomobillərinin sürücüləri sərnişinlərlə nəzakətli rəftar etməli, nəqliyyat vasitəsində, marşrut boyu yol şəraitində yaranan bütün problemlər barədə dərhal daşıyıcının səlahiyyətli şəxsinə məlumat verməli, yol-nəqliyyat hadisəsi, yanğın və başqa fövqəladə hadisələr baş verdikdə və ya sərnişinin səhhətində ciddi problem olduqda, dərhal müvafiq xidmətlərə (polis, yanğından mühafizə xidməti, təcili tibbi yardım xidməti) məlumat verməli, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirlər görməlidir.

 

8. Keçid müddəa

 

8.1. Bu Tələblərin 2.1.14-cü yarımbəndi 2025-ci il yanvarın 1-dən qüvvəyə minir. [13]

 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

1 nömrəli əlavə

 

 

Avtobusların siniflərinə görə uzunluğu və oturacaq yerlərinin minimum sayı

 

Sinif

Uzunluğu

Oturacaq yerinin sayı

(ədədlə)

Xüsusilə kiçiktutumlu

4,5 m-dən - 6,0 m-ə qədər

9

Kiçiktutumlu

6,0 m-dən -7,5 m-ə qədər

15

Ortatutumlu

7,5 m-dən - 10,0 m-ə qədər

21

Böyüktutumlu

10,0 m-dən - 12,0 m-ə qədər

27

Xüsusilə böyüktutumlu

12,0 m və daha yuxarı

33

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

2 nömrəli əlavə

 

 

A. Sərnişinlər üçün çıxışların minimum sayı

 

Sərnişin tutumu

(nəfər)

Çıxışların sayı

(ədədlə)

9 - 17

18 - 75

76 - 110

110 və daha yuxarı

2 (1+1)

2

3

4

 

Qeydlər:

1. Sərnişin tutumu 9-17 nəfər olan avtobuslarda qapıların hər ikisi sərnişin qapısı kimi və ya biri sərnişin, digəri isə qəza çıxış qapısı kimi nəzərdə tutula bilər.

2. Qoşqulu avtobusların ön bölməsində ən azı iki, arxa bölməsində (yarımqoşqusunda) isə ən azı bir sərnişin qapısı olmalıdır.

 

B. Avtobuslarda qəza çıxış yerlərinin minimum sayı

 

Sərnişin tutumu

(nəfər)

Çıxışların sayı

(ədədlə)

9 - 16

17 - 30

31 - 45

46 - 60

61 - 75

76 - 90

91 - 110

111 - 130

130 və daha yuxarı

3

4

5

6

7

8

9

10

11

 

Qeyd. Cədvəldə göstərilən qəza çıxış yerlərinin yalnız biri çıxış lükü olaraq qəbul edilə bilər.

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

3 nömrəli əlavə

 

 

 

 


 

 


 

 


 

 


 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

4 nömrəli əlavə

 

 

Avtobusun giriş və çıxışlarının işarələnməsi

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

5 nömrəli əlavə

 

 

Avtobus sürücülərinin fərdi kod nömrəsi olan kartı

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

6 nömrəli əlavə

 

 

Avtobusun daxili tərtibatı

 

 

 


 

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

7 nömrəli əlavə

 

 

 

 


 

 

 

 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

8 nömrəli əlavə

 

 

 

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

9 nömrəli əlavə

 

 

Nəqliyyat mübadilə mərkəzinin girişlərində qurulan lövhə

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

10 nömrəli əlavə

 

 

Nəqliyyat mübadilə mərkəzində hər bir marşrut yeri üçün lövhə

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

11 nömrəli əlavə

 

 

Cibsiz dayanacaq məntəqəsi

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

12 nömrəli əlavə

 

 

Cibli dayanacaq məntəqəsi

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

13 nömrəli əlavə

 

 

İki və daha artıq avtobusluq dayanacaq məntəqəsi

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

14 nömrəli əlavə

 

 

Piyada keçidinə yaxın dayanacaq məntəqələri

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

15 nömrəli əlavə

 

 

Əks istiqamətlərdə dayanacaq məntəqələri

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

16 nömrəli əlavə

 

 

Yolayrıcı yaxınlığında dayanacaq məntəqəsi

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

17 nömrəli əlavə

 

 

Dayanacaq məntəqəsinin təchizatı

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

18 nömrəli əlavə

 

 

Pavilyonsuz dayanacaq məntəqəsi

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

19 nömrəli əlavə

 

 

Avtobus dayanacaq lövhəsi

 

 

 


 

 

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

20 nömrəli əlavə

 

 

Avtobus və taksi sürücülərinin geyim forması

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2020-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1239)

2.       15 oktyabr 2020-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1281)

3.       20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1291)

4.       30 noyabr 2020-ci il tarixli 465 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1408)

5.       23 dekabr 2021-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1532)

6.       9 mart 2022-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2022-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 261)

7.       21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

8.       15 may 2023-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 may 2023-cü il, “Xalq” qəzeti, 18 may 2023-cü il, № 103)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 dekabr 2021-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1532) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 2.1.2.2-ci yarımbənddə “sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların” sözləri “əlilliyi olan şəxslər üçün təkərli oturacaqların” sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1291) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 2.1.2.12-ci və 2.3.1.5-ci yarımbəndlərində “dərman” sözü “ilk tibbi yardım” sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 dekabr 2021-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1532) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 2.3.1.10-cu yarımbənddə “sağlamlıq imkanı məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 dekabr 2021-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1532) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 2.3.5-ci yarımbənddə “sağlamlıq imkanları məhdud şəxslərin arabaları” sözləri “əlilliyi olan şəxslərin təkərli oturacaqları” sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 dekabr 2021-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1532) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 2.3.7-ci yarımbənddə “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.

 

[6] 15 oktyabr 2020-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1281) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 3.1.3-cü yarımbəndinin ikinci cümləsində “əlil” sözü “əlilliyi olan şəxs üçün” sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 sentyabr 2020-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1239) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 6.2-ci bəndin birinci cümləsində “və yaxud digər qanuni əsaslarla istifadəsində” sözləri “, icarə və ya istifadəsində” sözləri ilə əvəz  edilmişdir.

 

[8] 15 may 2023-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 may 2023-cü il, “Xalq” qəzeti, 18 may 2023-cü il, № 103) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 6.6-cı bəndindən “icbari sığorta şəhadətnamələri,” sözləri çıxarılmışdır və həmin bəndə “və digər” sözlərindən əvvəl “icbari sığorta şəhadətnamələri barədə” sözləri əlavə edilmişdir.

 

[9] 30 noyabr 2020-ci il tarixli 465 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1408) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 6.7-ci bəndinin ikinci cümləsində “Səhiyyə orqanlarının” sözləri “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[10] 20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1291) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 6.14-cü bəndə “Agentliyi” sözündən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisə-lərində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri” sözləri əlavə edilmişdir.

 

21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblərin 6.14-cü (hər iki halda) və 7.3-cü (hər iki halda) bəndlərində Təhsil sözü Elm və Təhsil sözləri ilə əvəz edilmişdir.

 

[11] 30 sentyabr 2020-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1239) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 7.2-ci bəndində “və ya digər qanuni əsaslarla (icarə müqaviləsi, etibarnamə və s.) istifadəsində” sözləri “, icarəsində və ya istifadəsində” sözləri ilə əvəz edilmişdir.

 

[12] 20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1291) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 7.3-cü bəndin ikinci və üçüncü cümlələri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq, beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri isə hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair yenidən hazırlıq keçməlidirlər. Avtobusların və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığı və yenidən hazırlığı Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən olunan qaydada və dövrilikdə təşkil edilir və keçirilir.

 

[13] 9 mart 2022-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2022-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 261) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 8.1-ci bəndində “2022-ci” sözləri “2025-ci” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status