AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
08.10.1996
QEYDİYYAT NÖMRƏSİ
438
ADI
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-1997, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 168)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

qüvvədə olan müvafiq qanunvericilik aktlarının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş Əsərin qeydiyyatı haqqında şəhadətnamənin nümunəsini təsdiq etsin;

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin altıncı abzasında nəzərdə tutulmuş müəllif qonorarının minimum məbləğini müəyyən etsin;

öz səlahiyyətləri daxilində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü hissəsində, 9-cu maddəsinin yeddinci hissəsində, 17-ci maddəsinin 4-cü hissəsinin ikinci bəndində, 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında (hər dörd halda) və 2-ci hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin 2-ci hissəsinin ikinci bəndində, 32-ci maddəsinin 5-ci hissəsinin birinci cümləsində, 37-ci maddəsinin 3-cü hissəsinin birinci bəndində, 41-ci maddəsinin 3-cü hissəsinin birinci və ikinci abzaslarının birinci və ikinci cümlələrində, 43-cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndində (ikinci halda) və 3-cü hissəsində, 44-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Qanunun 8-ci maddəsinin 5-ci hissəsində, 17-ci maddəsinin 3-cü hissəsinin ikinci bəndində, 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda), ikinci cümləsində və 2-ci hissəsinin birinci cümləsində, 32-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində, 40-cı maddəsinin ikinci hissəsində, 43-cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

2.2-1. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda) və ikinci cümləsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [4]

2.3. həmin Qanunun 8-ci maddəsinin 4-cü hissəsində, 9-cu maddəsinin yeddinci hissəsində, 17-ci maddəsinin 4-cü hissəsinin ikinci bəndində, 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində birinci halda, üçüncü cümləsində və 2-ci hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin 2-ci hissəsinin ikinci bəndində, 32-ci maddəsinin 5-ci hissəsinin birinci cümləsində, 37-ci maddəsinin 3-cü hissəsinin birinci bəndində, 41-ci maddəsinin 3-cü hissəsinin birinci və ikinci abzaslarının birinci və ikinci cümlələrində, 43-cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndində və 3-cü hissəsində, 44-cü maddəsinin 1-ci hissəsində qurum dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur. [5]

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 8 oktyabr 1996-cı il.

  № 438

 


SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630)

2.       11 iyun 2018-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyun 2018-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1211)

3.       17 mart 2021-ci il tarixli 1302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2021-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 226)

4.       2 noyabr 2021-ci il tarixli 2983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 noyabr 2021-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1220)

5.       11 yanvar 2022-ci il tarixli 1573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 12 yanvar 2022-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 20)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti,  3 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndinə dördüncü abzas əlavə edilmişdir.

 

11 iyun 2018-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyun 2018-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1211) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 4-cü bəndində, 17-ci maddəsinin 4-cü bəndində, 27-ci maddəsinin 2-ci bəndində, 29-cu maddəsinin 2-ci bəndində, 37-ci maddəsinin 3-cü bəndində, 40-cı maddəsinin yeddinci və on beşinci abzaslarında, 43-cu maddəsinin 1-ci bəndinin 4-cü yarımbəndində və 3-cü bəndində, habelə 46-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi həyata keçirir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin 2-ci bəndində və 40-cı maddəsinin altıncı abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin üçüncü hissəsinin yeddinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

 

[2] 17 mart 2021-ci il tarixli 1302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2021-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 226) ilə 2.1-ci bəndə “29-cu maddəsinin” sözlərindən əvvəl “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında (hər dörd halda) və 2-ci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

11 yanvar 2022-ci il tarixli 1573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 12 yanvar 2022-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 20) ilə 2.1-ci və 2.3-cü bəndlərində birinci bəndində, ikinci bəndinin sözləri birinci və ikinci abzaslarının sözləri ilə əvəz edilmişdir.

 

[3] 17 mart 2021-ci il tarixli 1302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2021-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 226) ilə 2.2-ci bənddə “27-ci maddəsinin 2-ci hissəsində” sözləri “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda), ikinci cümləsində və 2-ci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

 

2 noyabr 2021-ci il tarixli 2983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 noyabr 2021-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1220) ilə 2.2-ci bənddən 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda), ikinci cümləsində və sözləri çıxarılmışdır.

 

[4] 2 noyabr 2021-ci il tarixli 2983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 noyabr 2021-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1220) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

[5] 17 mart 2021-ci il tarixli 1302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2021-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 226) ilə 2.3-cü bəndə “29-cu maddəsinin” sözlərindən əvvəl “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində birinci halda, üçüncü cümləsində və 2-ci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status