Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515) 166.2-ci maddəsində “valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər” sözləri “uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il
№ 1469-VQD
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 iyul 2019-cu il tarixli 1666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1385)
2.
20 dekabr 2021-ci il tarixli 432-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1328)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
12 iyul 2019-cu il tarixli 1666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1385) ilə 2-ci maddədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilmişdir.
20 dekabr 2021-ci il tarixli 432-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1328) ilə ləğv edilmişdir.