AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.03.2019
QEYDİYYAT NÖMRƏSİ
89
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 13 iyul tarixli 108 nömrəli, “Hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı Qaydası”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 iyul tarixli 116 nömrəli və “Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 30 aprel tarixli 83 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-03-2019, Nəşr Nömrəsi: 61), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2019, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 523)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.050.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201903130089
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.03.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 13 iyul tarixli 108 nömrəli, “Hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı  Qaydası”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 iyul tarixli 116 nömrəli və “Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 30 aprel tarixli 83 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1373-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 812 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 735; 2013, № 7, maddə 875; 2016, № 12, maddə 2232) ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 2.12-ci, 4.4-cü, 6.1-ci bəndlərində və 8.1.4-cü, 8.1.5-ci yarımbəndlərində ismin müvafiq hallarında “səmərəlilik” sözü ismin müvafiq hallarında “effektivlik” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyul tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 740) ilə təsdiq edilmiş “Hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı Qaydası”nın adında, 1-3-cü və 8-ci hissələrində “səmərəliliyinin” sözü “effektivliyinin” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 aprel tarixli 83 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 373) ilə təsdiq edilmiş “Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın 5.5-ci bəndində “səmərəliliyinin” sözü “effektivliyinin” sözü ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 13 mart 2019-cu il

                       № 89

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status