AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.03.2019
QEYDİYYAT NÖMRƏSİ
93
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli 292 nömrəli və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17-03-2019, Nəşr Nömrəsi: 62), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2019, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 527)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201903140093
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.03.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli 292 nömrəli və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 391 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024; 2016, № 3, maddə 598) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsinə “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 789; 2016, № 3, maddə 599, № 5, maddə 955, № 11, maddə 1958; 2017, № 1, maddə 118) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.6-cı bəndin ikinci cümləsinə “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilsin və həmin cümlədə “4.2-ci bəndində nəzərdə tutulmuş rəy və ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən” sözləri “4.2-ci və 4.5-ci bəndlərinə müvafiq olaraq verilən rəy və ya” sözləri ilə əvəz edilsin;

2.2. Qaydaya 5 nömrəli əlavə - “Dövlət büdcəsi hesabına verilmiş qrant barədə Məlumat”ın 20-ci sətrinə “Şurasının” sözündən sonra “(gənclər siyasəti sahəsində qrantlara münasibətdə həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun)” sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 14 mart 2019-cu il

     № 93

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status