Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7, maddələr 1445, 1486) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.3-cü yarımbəndin 13-cü abzasından “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru,” sözləri çıxarılsın;
1.2. 2.1.4-cü yarımbəndin 19-cu abzasından “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini,” sözləri çıxarılsın;
1.3. 2.1.6-cı yarımbəndin 8-ci, 2.1.7-ci və 2.3.3-cü yarımbəndlərin 1-ci abzaslarından “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun,” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 72, № 12, maddə 1249; 2017, № 3, maddə 380, № 11, maddə 2001; 2018, № 5, maddələr 911, 961, № 6, maddə 1207) ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 9-cu hissəsindən “, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru və onun müavini” sözləri çıxarılsın.
[1]
3. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 oktyabr tarixli 310 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü hissədən “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun işçilərinin say həddi 50 ştat vahidi,” sözləri çıxarılsın;
3.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 - “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Strukturu”nun 3-cü hissəsi ləğv edilsin.
4. “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1622; 2018, № 1, maddə 40) ilə təsdiq edilmiş Əlavə 2 - “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın 1 nömrəli cədvəlinin 4-cü hissəsində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
5. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 3.7-ci bəndində və 8-ci hissəsinin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 8-ci hissəsinin beşinci abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə:
5.3.1. 7.2-ci bəndin üçüncü abzasında “Sahibkarlığa Kömək Milli Fondu (SKMF)” sözləri “Sahibkarlığın İnkişafı Fondu (SİF)” sözləri ilə, birinci-üçüncü cümlələrində və 7.4.2-ci yarımbənddə “SKMF” abreviaturası “SİF” abreviaturası ilə əvəz edilsin;
5.3.2. 8-ci hissənin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 8-ci hissəsinin beşinci abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.5. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” üzrə:
5.5.1. 7-ci hissənin 1.4.1-ci yarımbəndinin adında, birinci abzasında və üçüncü abzasının birinci-dördüncü cümlələrində, 1.4.2-ci yarımbəndinin adında və ikinci abzasının birinci və ikinci cümlələrində və 1.4.8-ci yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.5.2. 8-ci hissənin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.5.3. 10-cu hissənin 1.4.1-ci və 1.4.2-ci yarımbəndlərində “Tədbirin adı” sütununda “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.6. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin 8-ci hissəsinin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.7. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə:
5.7.1. 7-ci hissənin 1.2.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.7.2. 8-ci hissənin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.8. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin 8-ci hissəsinin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.9. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin 8-ci hissəsinin beşinci abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.10. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin 8-ci hissəsinin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin;
5.11. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin 8-ci hissəsinin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 291 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısının 4-cü hissəsində “Göstərdiyi xidmətlər” sütununda “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 avqust tarixli 935 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 729; 2006, № 7, maddə 590, № 9, maddə 743; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”nın 1.5-ci bəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1172; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 7, maddə 841; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın 1.4-cü bəndinin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1637; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 576, № 8, maddə 1521; 2018, № 5, maddə 1093) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın 7.1.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1417) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 5.0.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli 3163 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1558) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017—2021-ci illər üçün Dövlət Proqramı”nın 5-ci hissəsinin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
12. “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1680) 3.2-ci bəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, №11, maddə 2115) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın 6.0.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3657 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 260) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın 6.0.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 263) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın 6.0.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 fevral tarixli 3668 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 271) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın 6.0.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
17. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7, maddə 1574) ilə təsdiq edilmiş 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşı”nda aşağıdakı dəyişikliklər edilsin:
17.1. 1.2.9-cu yarımbənddən “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru,” sözləri çıxarılsın;
17.2. 1.3.24-cü yarımbənddən “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini,” sözləri çıxarılsın;
17.3. 1.5.10-cu, 1.6.6-cı və 2.3.1-ci yarımbəndlərdən “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun,” sözləri çıxarılsın.
18. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 977) ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın 5.0.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr 2018-ci il
№374
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 11 aprel 2019-cu il tarixli 622 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 04, maddə 622)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 aprel 2019-cu il tarixli 622 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 04, maddə 622) ilə 2-ci bənd ləğv edilmişdir.