Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında” 2008-ci il 10 yanvar tarixli 699 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında” 2016-cı 15 yanvar tarixli 740 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 868 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 yanvar tarixli 699 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 3) 2-ci hissəsi ləğv edilsin.
2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 740 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 62) 2.1-ci bəndi ləğv edilsin.
3. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 673; 2017, № 10, maddə 1799) 1-4-cü hissələri ləğv edilsin.
4. “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097; 2018, № 6, maddə 1229, № 7 (I kitab), maddə 1462, № 9, maddə 1827) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi” sözləri “Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr 2018-ci il
№377