AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.03.2019
QEYDİYYAT NÖMRƏSİ
92
ADI
“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17-03-2019, Nəşr Nömrəsi: 62), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2019, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 526)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201903140092
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.03.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2159) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissədən “ilkin” sözü çıxarılsın.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi” üzrə:

2.1. 5.1-ci bənddən “ilkin” sözü çıxarılsın;

2.2. 1.2-ci bənddə “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsini, Azərbaycan Respublikasının” sözləri “və” sözü ilə əvəz edilsin;

2.3. 2.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin;

“2.2.1. Agentliyə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizasını aparmaq, müvafiq ekspert rəyi vermək, bu sahədə digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirmək, o cümlədən patent müvəkkillərinin attestasiyasının aparılmasında müvafiq qaydada iştirak etmək;”;

2.4. 2.2.2-2.2.4-cü yarımbəndlər ləğv edilsin:

2.5. 3.1.20-ci və 3.2.16-cı yarımbəndlər ləğv edilsin və aşağıdakı məzmunda 3.1.21-3.1.25-ci və 3.2.17-ci yarımbəndlər əlavə edilsin:

“3.1.21. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.22. Mərkəzə ayrılan vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.23. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.24. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.25. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.2.17. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək.”;

2.6. 3.2.7-ci yarımbənddə “rüsum və haqlar” sözləri, 5.4-cü bənddə “rüsum və haqqı” sözləri “dövlət rüsumunun və qanunvericiliklə müəyyən edilmiş haqların” sözləri ilə əvəz edilsin;

2.7. 4.7.7-ci yarımbənddə “Agentliyə təkliflər verir” sözləri “qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

2.8. 5.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Mərkəzin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.”;

2.9. 5.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.7. Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Agentlik tərəfindən, eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir.”.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 14 mart 2019-cu il

     № 92

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status