AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
05.03.2019
QEYDİYYAT NÖMRƏSİ
1521-VQD
ADI
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-04-2019, Nəşr nömrəsi: 81)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.04.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201903051521
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.04.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19; 2001, № 12, maddə 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005, № 8, maddə 686; 2006, № 12, maddə 1005; 2007, № 4, maddə 322; 2009, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 5, maddə 375; 2011, № 2, maddə 71, № 6, maddə 478; 2013, № 11, maddə 1272; 2017, № 11, maddə 1977; 2018, № 2, maddə 148, № 11, maddə 2194; Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1343-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddənin III hissəsinin altıncı abzasına “dövriliyini” sözündən sonra “(ildə bir dəfədən az olmayaraq)” sözləri əlavə edilsin.

2. 13-cü maddənin VIII hissəsi aşağıdakı redaksiyada verilsin:

“VIII. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.”.

3. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vəkillik fəaliyyətinin bu Qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 mart 2019-cu il

№ 1521-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status